çərşənbə günü, 04 noyabr 2026
     

Türkiyə ilə Ermənistan dəmir yolunun açılması barədə razılığa gəldilər...

Image


Akif Nəsirli: "Türkiyə və Ermənistan arasında dəmir yolunun açılması onlar arasında ticarət, iqtisadi bağların yaranmasına gətirib çıxaracaq"

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr – səfir Serdar Kılıç və Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan arasında beşinci görüş iyulun 30-da iki ölkənin ortaq sərhədindəki Alican-Marqara sərhəd-keçid məntəqəsində baş tutub.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin iki ölkə arasında münasibətlərin normallaşması prosesi üzrə xüsusi nümayəndələrin görüşü ilə bağlı yaydığı açıqlamada deyilir. Qeyd edilir ki, görüşdə əvvəlki müzakirələr zamanı razılaşdırılmış məsələlər təsdiqini tapıb.

Bildirilir ki, xüsusi nümayəndələr, həmçinin, Akyaka-Axurik dəmir yolu sərhəd qapısı regional inkişafa uyğun şəkildə istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək və diplomatik-rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Nəticə etibarilə son məqsədi tam normallaşma olan bu prosesin heç bir ilkin şərt irəli sürülmədən davam etdirilməsinə dair razılıq əldə olunub.

Sərhəddə baş tutan görüşdə Ermənistan və Türkiyə arasında Akyaka-Axurik dəmir yolunun açılması ilə bağlı razılaşma əldə olunub. Həm də danışıqlarda Azərbaycanla normallaşma prosesi müzakirə olunub. Dəmir yolunun açılması barədə razılaşmaya necə yanaşmaq olar?

"Bu razılaşma gələcəkdə "Zəngəzur dəhlizinin" açılmasına da münbit şərait yaradır" 

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli "Bakı-Xəbər"ə "Türkiyə və Ermənistan arasında dəmir yolunun açılması onlar arasında ticarət, iqtisadi bağların yaranmasına gətirib çıxaracaq. Hazırda Rusiyadan uzaqlaşaraq Qərbə doğru hərəkətdə olan Ermənistan bazarı ümumilikdə Rusiyanın əlindən çıxmaqdadır. Bu bazar Rusiyanın əlindən çıxacaqsa kiminsə təsiri altına düşəcək. Fikrimcə, Türkiyə ilə bu cür yaxınlaşma, sərhədlərin açılması məhz Ermənistanda yaranmış sərbəst bazarın, iqtisadi mühitin Türkiyənin təsiri altına düşməsinə gətirib çıxara bilər ki, bu həm də Azərbaycanın xeyrinədir. Tutalım, istənilən bir türk şirkəti gedib Ermənistanda hər hansı bir iş quracaqsa onun azərbaycanlı tərəfdaşı da olacaq. Yəni arada olan mövcud konflikt yavaş-yavaş siyasi üst qurumun üzərində  siyasi baxımdan çözüləcək. Digər tərəfdən, həm də Ermənistan bazarının bölüşdürülməsində Azərbaycan da payçı kimi iştirak edə bilər"-deyə bildirdi. 

A.Nəsirlinin sözlərinə görə, Azərbaycan və Ermənistan üçün əsas məsələlərdən biri "Zəngəzur dəhlizinin" açılmasıdır. O hesab edir ki, Türkiyə ilə Ermənistanın münasibətlərin yaxşılaşması, normallaşması, bunun əsasında da adıçəkilən dəmir yolunun açılması həm də gələcəkdə "Zəngəzur dəhlizinin" açılmasına şərait yaradacaq. "Türkiyə ilə Ermənistan arasında əldə olunan bu razılaşma gələcəkdə "Zəngəzur dəhlizinin" açılmasına da münbit şərait yaradır. Yəni Ermənistan cəmiyyəti artıq anlayır ki, onların hər nə qədər Fransa, Avropanın digər ölkələri, ABŞ kimi tərəfdaşları olsa da, əsas ehtiyaclarını adıçəkilən ölkələr yox, biz qarşılaya bilərik. Bunu həmin ölkələr davamlı şəkildə bacara bilməz. Qonşusu ilə dil tapmayan hər hansı bir dövlətin, hər hansı bir subyektin uzaqdan tərəfdaş tapması çətin məsələdir. Ona görə ki, uzaqdakı tərəfdaşlar həmin ölkə ilə tərəfdaşlıq etməyə tərəddüd edirlər. Məsələn, bu gün Amerika rəsmi şəkildə bəyan edir ki, biz Ermənistanın Rusiyadan qopması üçün hər cür şəraiti yaradırıq. Bunu rəsmi şəkildə elan etsə də, boşluğu doldura bilməz. Tutalım, bu gün Rusiyanı tamamilə Ermənistandan çıxardılar, bu halda Ermənistan boş evə bənzəyəcək. Çünki Rusiya oleqarxları dövlətin təhriki, dövlətin istiqamətləndirməsi ilə Ermənistan iqtisadiyyatını öz əllərinə alıblar. Onlar çıxıb gedəndə öz kapitalını da götürüb gedəcək, Ermənistan boş qalacaq. İqtisadi baxımdan o boş ərazini doldurmaq, orada iqtisadi fəaliyyət qurmaq üçün Ermənistanın yerli potensialı, demək olar ki, mövcud deyil. Ola bilsin, 5-10 oliqarx var, amma əsasən ölkənin daxilinə kifayət qədər kapital qoymağa potensial yoxdur. Bu səbəbdən də potensial xaricdən gəlməlidir. Üstəgəl, biz bilirik ki, bu, Avropanın tərəfdaşıdırsa, burda demokratik şərait olacaq, burda qanunların aliliyinə hörmət olunacaq və qanunlar işləyəcək. Avropanın əsas şərtlərindən biridir. Belə bir şəraitdə investisiya qoymaq kifayət qədər səmərəlidir. Hesab edirəm ki, Türkiyə hökuməti bu hədəfləri gözə alaraq addımlar atır, Ermənistanla münasibətləri yaxşılaşdırır, Ermənistan da bunu çox gözəl bilir. Fikrimcə, bu təqdirəlayiq haldır"-deyə A.Nəsirli əlavə etdi.

İradə SARIYEVA    



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ