çərşənbə günü, 04 noyabr 2026
     

Ermənistan Qərbin əsil planlarını anlayanda gec olacaq...

Image


Ermənistanın Qərbin əlində regional maraqların təmin edilməsi üçün bir vasitə olduğu heç kimə sirr deyil. İndi Ermənistanda da etiraf olunur ki, Qərb, xüsusən də Fransa müxtəlif vədlərlə İrəvanı aldatmaqla məşğuldur. Bu xüsusda "Sputnik Armenia" portalı yazır: 

"Ermənistanda iqtidarda olan Nikol Paşinyan hakimiyyətinin reytinqlərinin ardıcıl olaraq aşağı düşməsi səbəbindən "Qərb dostlarımız" tərəfindən ölkə vətəndaşlarının "aqressiv şəkildə beyinlərinin yuyulması" getdikcə daha da şiddətlənir.

Ermənistanda informasiya axınının təhlili göstərir ki, "qürurlu vətəndaşların" beyninə üç əsas tərəfdən hücum edilir. Birincisi, guya Türkiyə-Azərbaycan tandemi Ermənistana qarşı müharibə edəcək. İkincisi, amerikalılar "sülh", avropalılar isə, təbii ki, Ermənistanın müstəqil, suveren və təhlükəsiz ölkə kimi mövcud olmaqdan imtina etməsi müqabilində vətəndaşlara "vizasız" gediş-gəliş sözü verirlər. Üçüncüsü, Ermənistana cüzi maliyyə yardımını (məsələn, Avropa Sülh Fondundan bədnam 10 milyon avro) əlavə etmək lazımdır. Həmçinin, beyin yuyulması üçün Ermənistanın media sahəsinə külli miqdarda dollar yeridilib. Burada məbləğ on milyonlarla dollar təşkil edir. Bütün bunlar isə Ermənistan hökumətinin sadəlövh marketinq hərəkətləri fonunda (velosiped marafonu, ölkənin ali rəhbərlərinin qayğısız selfiləri, Berlində, Londonda qəhvə içmək) daha intensiv xarakter alır. Təbii ki, bütün bunlar, bir tərəfdən, "Qərb üstünlükləri" müqabilində Ermənistanın de-fakto neytrallaşdırılmasına hesablanıb. Digər tərəfdən, bu, Ermənistandakı mövcud gücü yenidən "Qərb faydaları" müqabilində iqtidarda saxlamaq üsuludur. İndi isə bunların real olduğunu göstərmək üçün əslində nə baş verdiyini nəzərdən keçirək. Dövlətin yüksək vəzifəli şəxslərinin təmsil olunduğu Ermənistan hökuməti eksklüziv olaraq "sadəcə yeyin, için, vergi ödəyin, xoşbəxt olacaqsınız" üslubunda təbliğat şouları ilə məşğuldur. Avropalılar Azərbaycanı enerji sektorunda özlərinin strateji tərəfdaşı elan edirlər. Bu durumda bizdə elə bir vəziyyət yaranıb ki, Ermənistanın özü "Qərb üstünlükləri" müqabilində siyasi və ərazi subyektivliyini tamamilə itirməyə doğru sürüklənir. Bu niyə edilir? Doğrudanmı amerikalılar və ya avropalılar başa düşmürlər ki, onların indiki mərhələdə bütün addımları Ermənistan dövlətinin məhvinə gətirib çıxarır? Mən Ermənistan hakimiyyətini xüsusi qeyd etmirəm, çünki onlar sadəcə xarici oyunçuların iradəsinin icraçısıdırlar və artıq xarici diplomatik dövrədə heç nə barədə qərar vermirlər. ABŞ dövlət katibi Entoni Blinkenin dediyi kimi, Qərb vektorunun Cənubi Qafqazda əsas vəzifəsi rusları və iranlıları bölgədən sıxışdırıb çıxarmaq, çinlilərin güclənməsinin qarşısını almaqdır. Türkiyə-Amerika birgə əməliyyatı nəticəsində Ermənistanın mövcudluğunu dayandırması isə, ümumiyyətlə, heç kimi narahat etmir. Ancaq Qərb üçün başqa bir problem də var: Ermənistan əhalisini necə inandırmaq olar ki, özlərinin məhv edilməsi və öz vətənlərinin dağıdılmasında könüllü iştirakçı olsunlar? Vəzifə asan deyil, lakin onlar "Qərbə" inandıqları üçün bu vəzifə tamamilə həll edilə bilər.

Beləliklə, addım-addım təlimatlar var ki, Ermənistanı ermənilərin əli ilə necə məhv etmək olar. Bunu aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Rusiya və İran simasında düşmən obrazı yaratmaq üçün daim anti-Rusiya və İran əleyhinə ajiotaj. 2. Ermənistan hökumətinin bütün uğursuzluqlarında yenə də ruslar və iranlılar günahlandırılır. 3. Vəziyyətin daim gərginləşməsi və ya müharibə ilə şantaj - Ermənistan "bunu-bunu" etməsə, müharibə başlayacaq. 4. Kilsəyə və erməni diasporuna qarşı informasiya, hüquqi və siyasi terror. 5. Erməni kimliyinin əsaslarını (kilsə, mədəniyyət və tarix) gözdən salmaq. 6. "Normal yaşamaq" üçün yeganə fürsət kimi ictimai şüura parazit həyat tərzinin aşılanması. 7. Erməni kimliyinə qarşı dağıdıcı ünsür formasında təbliğat. 8. Ermənistanı dövlətin ideologiyalarını formalaşdıran etnosiyasi vahid kimi erməni xalqına qarşı qoymaq. 9. Şəxsiyyətini və vətənini müəyyən üstünlüklərlə mübadilə etməyə yönəlmiş təbliğat üçün şərait yaratmaq (Amerika yardımı və ya Avropa ilə vizasız səyahət). 10. Cəmiyyətdə ölkənin ərazi və siyasi itkilərinə alternativin formalaşması. 11. Ölkədə müxtəlif sosial qruplar arasında "zəhərli" qarşılıqlı düşmənçilik mühitinin yaradılması. 12. Erməni cəmiyyətində Türkiyə-Azərbaycan tandeminin düşmən obrazını saxlamaq. Cənubi Qafqaz regionunda bir etnosiyasi vahid kimi Ermənistan Respublikasını məhv etmək üçün qısa "təlimat" təxminən belə görünür". Bütün bunlar Qərbin Ermənistanla bağlı fəaliyyətinin bu ölkə üçün çoxsaylı problemlər vəd etdiyini göstərir. Ermənistanın hakim dairələrinin, elə­cə də onlara yaxın ekspert və politoloqla­rın təbliğatı budur ki, ölkə ilə Qərb arasın­da əməkdaşlığın dərinləşməsi birincinin dövlətçiliyinin təşviqi üçün son dərəcə vacibdir. Amma Qərb anti-Rusiya cəbhəsinin növbəti məkanı qismində Cənubi Qafqazı se­çib və mövcud seçimdə Ermənistanın xidmətlərindən bəhrələnməyə çalışır. Amma Ermənistan rəhbərliyi ölkə­nin məhvə doğru getdiyinin də fərqində deyil. 

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ