çərşənbə günü, 04 noyabr 2026
     

Qarabağda 40 minlik fars ordusuna “qalib gələn” erməni “qəhrəman Vani” - YALANA BAXIN...

Image


Qasım Hacıyev: "Bunların "qəhrəmanlaşdırdığı" Vani olsa-olsa bir satqın ola bilərdi"

Cənubi Qafqazın "xərcəng şişi", "qara yarası" olan ermənilər bizim torpaqlara köçürüldükdən və məskunlaşdırıldıqdan sonra intensiv şəkildə tarixi saxtalaşdırma işi ilə məşğul olublar. Erməni tədqiqatçıları tarixi gerçəkliklə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan elə ağ yalanlar, mifik qəhrəmanlar yaradıblar ki, adam baxanda məəttəl qalır. 

Qarabağın tarixini saxtalaşdırmaqda davam edən erməni tarixçiləri indi də ortaya erməni "qəhrəman" məliyi, yüzbaşı Vanini atıblar ki, guya 1804-cü ildə orada belə bir "xiaskar" olub. 

Hətta erməni mətbuatı "Qarabağlı Vani 40 min farsdan ibarət bütöv bir ordunu və ya 500 rusu necə xilas etdi" başlıqlı yazı da yayımlayıb, başdan-başa saxtakarlıqdan və uydurmalardan ibarət olan mətndə ağlasızmaz iddialar yer alıb. 

1804-1813-cü illərdə baş verən rus-Qacar müharibəsində tərəflərin milli tərkibini təhrif edən erməni mediası türk Qacarları "fars" kimi qələmə verməklə müharibənin  guya farslar və ruslar arasında getdiyini yazırlar.  Tərəflərdən biri ruslar idi, amma o biri tərəf türk Qacarlar idi. İddia edirlər ki, müharibəsinin "ən parlaq səhifələrindən" biri 1905-ci ilin iyulunda "Tiqranakertdə" (ermənilər iddia edirlər ki, Ağdam ərazisində guya "Tiqranakert" adlı şəhər olub. Təbii ki, bu iddia da digərləri kimi tamamilə cəfəngiyatdır-İ.S) baş verdi. Rus-Qacar müharibəsində rusların qalib gəlməsində "Qarabağ ermənilərinin" böyük "rol" oynadığını yazırlar. Guya o zaman Karyagin Füzuli ərazisində şəhər salıb, sonra o şəhərə onun adı verilib və sair.

Yazırlar ki, Karyaginin dəstəsi əsas qüvvələrlə birləşmək üçün 24 gün irəliləyib və iyulun 3-də "Qandzakdan" yola düşən canlı qüvvəsi  təhlükələrlə dolu cığırdan keçə bilməyib və böyük hissəsi tələf olub. "Batalyonun fəal iştirakı ilə bu yolu qət edən əsas şəxs Vani adlı erməni məlik (knyaz) idi"-deyə yazırlar. Guya bu batalyonu hətta üç yüz spartalının Fars padşahının minlərlə nəfərlik ordusunun yolunu kəsdiyi Rus Termopilaları adlandırmaq olar...

"Karyaginin komandanlığı altında 500-ə yaxın əsgərdən ibarət 17-ci Jaeger (İrəvan) alayı Qandzakdan 16 yaşlı vəliəhd Abbas Mirzənin 40 minlik fars ordusuna qarşı yola düşdü. Məsələ burasındadır ki, 1805-ci ildə bağlanmış Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə daxil olub. Amma o, Napoleon Fransası ilə müharibədə olarkən farslar bu əraziyə nəzarəti bərpa etmək üçün vəziyyətdən istifadə etmək qərarına gəliblər.

Şuşa bölgəsində Karyagin batalyonu təxminən 4 min nəfərdən ibarət fars avanqardları ilə qarşılaşıb. Ruslar bütün gün farsların hücumunu dəf etdilər, sonra Vaqenburq (vaqonlardan tarla istehkamı) tikdilər və daha dörd gün dayandılar. Bu beş gün ərzində 200-ə yaxın mühafizəçi öldürülüb və yaralanıb. Fars qoşunları gəlməyə davam edirdi.

Nəticədə, Karyagin mühasirəni yarmaq və Şahbulaq qalasını işğal etmək qərarına gəldi"-deyə iddia irəli sürüblər. 

Guya rusları bütün bəlalardan məlik Vani xislas edib:"Ruslar belə qərara gəldilər ki, düşmənə təslim olub özlərini rüsvay etməkdənsə, döyüşdə ölmək daha yaxşıdır. İdeya gecəni gözləmək və onun pərdəsi altında davam etmək idi. Amma rus ordusu üçün əsl qəyyum mələkinə çevrilən erməni - qarabağlı Vani bunun həyata keçirilməsinə imkan vermədi.

Tarixçi Vasili Pottonun "Rus hakimiyyətinin qurulması dövründə Qarabağın ilk könüllüləri (məlik Vani və Akop-yüzbaşı Atabəyovlar)" kitabından:

Vani Karyaginə dedi: "İrəli getmək mümkün deyil, biz heç bir fayda vermədən məhv olacağıq".   Guya qosqoca Çar orsusu erməni Vaninin ümidinə qalıbmış və generallar onun sözü ilə oturub-dururmuş. Guya Vani  "həm insanları, həm də silahları xilas edəcəm"-deyib, Karyagin isə gənc erməniyə "güvənib". Yazırlar ki, Vani qabağda gedib yol göstərib, onun arxasında isə dəstə səssizcə irəliləyib, sübhə yaxın  rus ordusu "Şahbulaq" qalasını ələ keçirib. Guya bütün bunlar Vaninin planı olub və sair. O qədər cəfəngiyatlar yazırlar ki, bu qədər yalanın harda isehsal olunduğuna adam məəttəl qalır. 

Bəzi detalları onların  yazdığı kimi ona görə verdik ki, qoy, dünya ermənilərin nə qədər düzənbaz olduğunu bilsin. Ermənilər hara, məlikliklər hara? Vani erməni idisə necə məlik ola bilərdi? 

Ermənilərin kütləvi şəkildə bizim ərazilərə köçürülmə tarixi bəllidir. Kürəkçay müqaviləsi bağlandığı dövrdə Qarabağda erməni vardı ki, bunlar belə yalanlar yazırlar? 

"Ermənilər rus-Qacar müharibəsini gündəmə gətirməklə və Çar ordusunun ermənilərin hesabına qalib gəlməsi cəfəngiyatını ortaya atmaqla Rusiyanın diqqətini cəlb etmək istəyirlər ki..." 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ermənilərin bu barədə yazdıqları tamamilə cəfəngiyatdır. "Tarixdə çox hadisələr baş verib, onları analiz və şərh etməyə ehtiyac var. Vaxtilə Sovetlər dövründə tamamilə başqa istiqamətdə şərh olunan məsələlər var ki, onlara aydınlıq gətirmək lazımdır. O illərdə tarixi faktlar çox təhrif olunub, günümüzdə onları obyektiv baxımdan tədqiq edəndə başqa məna verir. Sözsüz ki, Sovet dövründə Azərbaycana qarşı düşmənçilik mövqeyində duran bütün adamların hərəkəti, fəaliyyəti müsbət qiymətləndirilirdi. Çar Rusiyasının və bolşeviklərin bizim torpaqları işğal etməsinə "xilaskarlıq yürüşü" adı verilirdi, guya xalqlara "azadlıq" gətirmişdi.  Bu cür təqdimatlar vardı. Təbii, ermənipərəst alimlər də bu kimi məsələləri onların maraqlarına uyğun izah edirdilər. Yerli xalq olan azərbaycanlıların xeyrinə bir məqam yazılırdısa, onu da "Sovet tərbiyəsi" sisteminə uyğun "düzəldirdilər". Ona görə də, şübhəsiz, ermənilərin maraqlarına uyğun yazılan o kitabları oxuyanda orada çox neqativ hallara, qeyri-ciddi yanaşmalara rast gəlirik. Ermənilərin yazdığından belə çıxır ki, guya Karyagin Füzuli ərazisində Karyagin kəndini salıb. Çox gülünc iddiadır. Bu, Füzuli-Cəbrayıl bölgəsi idi, sonra ora Karyaginin adını vermişdilər. Amma ondan neçə yüz illər əvvəl orada yaşayış vardı. Bu bədbəxtlər ya bilmirlər, ya da özlərini bilməzliyə vururlar. Qaratəpə abidəsi var, ən qədim dövrlərdə şəhər mədəniyyəti olan bir abidədir. Karyagin hara, Qaratəpə abidəsi hara? Halbuki, ora şəhər yeridir, onu arxeoloqlarımız tədiq edib və tarixini də yazıblar, adı qədim şəhərlər siyahısındadır.  

Ermənilər nə yazırlar-yazsınlar, mütləq ora öz iyrənc fikirlərini salırlar, onlar üçün bu daha maraqlıdır. Ruslarla farsların döyüşü barədə iddia irəli sürürlər. Tarixi bilənlər yaxşı bilir ki, Qacarlar fars dövləti deyildi, Qacarlar türk mənşəli Qacarlar dövləti idi. İndi farslar qalıb bir qıraqda, ermənilər fars oyunu oynayır. Bu riyakarlıqdır. Həmişə demişəm, yenə deyirəm, Qafqazda nə varsa ermənilər onu öz adlarına çıxırlar, mümkün olmayanları isə farsın adına yazırlar, futbolda pas verən kimi onlara pas verirlər, topu onlara atırlar ki, bu şeylərə onlar sahib çıxsın. Bu gülünücdür. Şahbulağı "Tiqranakert" adlandırırlar. Nə qədər demək, yazmaq olar ki, Şahbulaq hara Tiqran hara? Eradan  əvvəl V-IV əsrlərdə yaşamış erməni olmayan parfiyalı bir adamdan özlərinə "sərkərdə" düzəldirlər, harda da bir abidə tapırlar dərhal adını "Tiqranakert" qoyurlar. Nə qədər "Tiqranakert" olar? Şahbulaq son əsrlərdə tikilmiş qaladır.

Məsələ burasındadır ki, həm Pottonun kitabında tarixi gerçəklik saxtalaşdırılıb, həm də ermənilərin yazdıqları başdan-başa saxtakarlıqdır. 

Ermənilərin bizim ərazilərə kütləvi köçündən əvvəl xidmətçi kimi bura kənardan gələn və xristian olduqlarına görə məliklərin ərazisində yerləşən, yerli alban məliklərinə qoşulub erməniliyini göstərənlərin burada dəsti-xətti görsənir. Erməni bura köçürülən andan Qarabağın bədənində bir qara yara olub, o hər yerdə ağrı və fəsad verir. Bunların "qəhrəmanlaşdırdığı" Vani olsa-olsa bir satqın ola bilərdi və Sisyanovun qabağına düşüb ona yaltaqlıq edirmiş. Əslində, bu Vani məsələsini yeni ortaya atıblar. Vani kim idi ki, onun "planı" ilə  Qacar qoşunlarına da qalib gəlinsin? Bu heç bir əsası olmayan iddiadır.  Mən bu adda  "sərkərdə" eşitməmişəm. Bilirsiz, Qacar-rus müharibəsinin tarixini, Gülüstan və Türkmənçay müqaviləsinin mətnini rus tarixçiləri də, ermənilər də bir sıra hallarda təhrif edirlər. Ora erməniləri yamaq etmək üçün hər cür saxtakarlığa gedirlər. 1805-ci ildə Qarabağda ermənilər kütləvi yaşamırdılar. Orada alban mənşəli məliklər vardı, onların erməniləırlə heç bir tarixi bağı yoxdur. 

O boyda İrəvan qalasını neçə dəfələrlə hücum edib rus ordusu ala bilməmişdi, amma o qalanın təslim olmasında ermənilərin fəaliyyəti sübut olunmuş bir faktdır. Qarabağda heç bir erməni qəhrəmanı olmayıb. Onlar kim idilər ki, ordu, batalyon düzəltsinlər, o ermənilər Sisyanovun dəstəsində bir əlaltı, xidmətçi idilər. Ermənilər satqınlıq edib və azərbaycanlıları arxadan vurublar"-deyə Q.Hacıyev bildirdi.

Q.Hacıyev qeyd etdi ki, Vani adlı bir erməninin ortaya atılması növbəti erməni fırıldağıdır. Q.Hacıyevin sözlərinə görə, ermənilər farslarla necə qardaş, əmioğlu idilər ki, onları satırdılar? "Rus-Qacar müharibəsində tərəflərdən birini saxtalaşdıran ermənilər Qacarları fars kimi qələmə verirlər. Burada bir sual yaranır. Siz farslarla necə qardaş, əmioğlu idiniz ki, onları ruslara satırdınız? Əslində, onlar Qacarlar idilər. Demək ermənilər üçün qardaş-filan yoxdur. Görürsüz, özləri öz dilləri ilə yazırlar ki, xəfiyyəliklə məşğul olublar, hiyləgərliklə Qacar ordusuna arxadan zərbə vurublar. 

Pottonun da yazdıqlarını təhlil edərkən görürsən ki, ermənilərin əsas işi satqınlıq, nökərçilik, namərdlik olub. O vaxt nökərçilik məqsədilə Qacarlar dövlətindən Qarabağa gələn bir-iki erməni əslində xəfiyyəlik məqsədilə gəlmişdi, vəzifələri qacarları satmaq olub. 

Burada maraqlı bir məqam var. Ermənilər rus-Qacar müharibəsini gündəmə gətirməklə və Çar ordusunun ermənilərin hesabına qalib gəlməsi cəfəngiyatını ortaya atmaqla Rusiyanın diqqətini cəlb etmək istəyirlər ki, biz olmasaq siz regionda heç nə edə bilməzsiniz. Əslində, bu cür cəfəngiyatlarla Rusiyanın nəbzini yoxlayırlar. Guya ermənilər olmasa Rusiya Cənubi Qafqazı birdəfəlik itirə bilər. Ermənilər öz aləmlərində Rusiyaya mesaj ötürürlər ki, biz olmasaydıq siz Qacar ordusuna qalib gələ bilməzdiniz. Bilirsiz, ermənilər hər cür cəfəngiyata əl atırlar.    

Bu baxımdan, Vaninin "qəhrəmanlığı" da uydurmadır, Pottonun ermənilərin xeyrinə  yazdıqları da həmçinin. Bunlar bir oyun oynayırlar...

Bir məqamı da deyim ki, hazırda Rusiya və Ermənistan arasında ciddi gərginlik var. Ermənistan öz siyasətinə yenidən baxmaq əvəzinə olmayan şeylərdən tarix düzəldib Rusiyanı şantaj edir. Rusiya tarixçiləri də obyektivlik edib gerçəyi izah etməlidirlər. Tarixin bu dərəcədə saxtalaşdırılmasına imkan vermək olmaz, qondarma, şişirdilmiş tarix heç bir xalqa başucalığı gətirmir. Vaxtilə ermənipərəst Rusiya tarixçilərinin yazdıqlarından yapışıb saxtalaşdırmanı davam etdirmək ziyanlı tendensiyadır"-deyə Q.Hacıyev vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ