çərşənbə günü, 04 noyabr 2026
     

Fransa irticası ilə mübarizə - Azərbaycanda dövlət və ictimai marağın ortaq məsələsidir...

Image


Azərbaycan xalqı bütün tarixi dövrlərdə öz humanistliyi, əzilənlərə dayaq olmaq, kömək durmaq keyfiyyətləri ilə seçilib. Xalqımız hər zaman haqqın, ədalətin tərəfində, haqsızın qarşısında durmağı bacarıb. Bu, tarixin sınağından çıxmış bir aksiomadır.

Bu gün dünyanın istənilən nöqtəsində bir əzilən xalq varsa, Azərbaycan xalqı, dövləti onun köməyinə yetişib. 

Uzun illərdir ki, Fransa adlı irticaçı, işğalçı dövlət dünyanın ayrı-ayrı nöqtələrindəki əraziləri, xalqları öz əsarəti altında saxlayır. Fransanın müstəmləkəçilik tarixi qanla yazılıb və günümüzdə də belədir. 

Bu gün Fransanın Yeni Kaledoniyada həyata keçirdiyi irticaçı tədbirlər onu göstərir ki, bu dövlət qanlı əllərini başqa xalqların yaxasından çəkmək istəmir. 

Bilirik ki, Yeni Kaledoniyada və başqa kiçik dənizaşırı ərazilərdə Fransa zülmünə məruz qalan xalqlar, dövlətlər var, təəssüf ki, "demokratiya", "insan haqları" kimi məsələlərdən başqa dövlətlərə dərs keçən iri dövlətlər buna səssiz qalır, beynəlxalq qurumların heç tükü də tərpənmir. 

Azərbaycan isə, hər zaman olduğu kimi, yenə də zülmə qarşı mübarizədə ön cəbhədə dayanır. 

Azərbaycan dövləti və ictiamiyyəti, qeyri-hökumət təşkilatları Fransanın kiçik ada dövlətləri xalqlarına etdiyi zülmlərə biganə qalmır. 

Bildiyimiz kimi, ölkəmizdə Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparmaq məqsədilə Bakı Təşəbbüs Qrupu (BTQ) adlı təşkilat yaradılıb. Təşkilatın özünün də bəyan etdiyi kimi, məqsəd hansısa dövlətin siyasətinə qarışmaq deyil, Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparmaq və bu ölkənin işğalı, tapdağı altında olan xalqlara, ərazilərə dəstək olmaqdır. 

Fransa müstəmləkəçiliyinə qarşı ictimai mübarizə

Bakı Təşəbbüs Qrupunun yaradılması barədə qərar 6 iyul 2023-cü ildə Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində Bakıda keçirilmiş dəyirmi masa zamanı verilib. Tədbir zamanı Martinika, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis və Futuna, Solomon adalarının nümayəndələri çıxış ediblər. Təşkilatın ofisi 21 oktyabr 2023-cü ildə Bakıda yerləşən "Winter Park Plaza"da açılıb. 

Qrupun məqsədi müstəmləkəçilikdə olan dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verməkdir. 22 sentyabr 2023-cü ildə qrup tərəfindən BMT-də "Dekolonizasiya: Sakit inqilab" mövzusunda konfrans keçirmişdir. 20 oktyabr 2023-cü ildə qrupun təşəbbüsü ilə 14 ölkənin, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsikanın təmsilçilərinin iştirak etdiyi "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" adlı beynəlxalq konfrans baş tutmuşdur. 21 noyabr 2023-cü ildə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda konfrans keçirilmişdir. 

20 iyun 2024-cü ildə qrupun təşəbbüsü ilə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında "Müstəqilliyə və fundamental azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu" adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda Fransa və Niderlandın müstəmləkəsi olan 8 ərazidən nümayəndələr iştirak ediblər. 

Bakı Təşəbbüs Qrupu aşağıdakı müstəmləkə ərazilərin dekolonizasiyasını dəstəkləyir, həmin ərazilərin nümayəndələri ilə əməkdaşlıq edir. Bundan əlavə, Komor adaları, Haiti kimi keçmiş Fransa müstəmləkələri də Bakı Təşəbbüs qrupu tərəfindən keçirilən tədbirlərdə iştirak edirlər.

BTQ-nin həyata keçirdiyi bütün bu işlər Azərbaycan ictimaiyyəti tərəfindən də yükək dəyərləndirilir və təqdir edilir. Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə Azərbaycan xalqı ilə Azərbaycan dövlətinin maraqları uzlaşır. Dövlət və ictimai maraqların çuğlaşdığı bir məsələ olan Fransa müstəmləkəsi ilə mübarizənin uğurla nəticələnəcəyi şübhəsizdir.

"Bu məsələdə dövlətimizlə ictimaiyyətimizin maraqları üst-üstə düşür" 

Ekspertlər bildirir ki, Azərbaycanda dövlət və ictimai maraqlar məsələsində uzlaşma mövcuddur. Ekspertlər qeyd edir ki, çox az sayda dövlət tapıla bilər ki, yürütdüyü siyasət vətəndaşlar, ictimaiyyət tərəfindən dəstəklə, razılıqla qarşılansın. Ekspertlər deyir ki, Frasanın müstəmləkəçilik, irticaçı siyasətinə qarşı mübarizə Azərbaycan dövləti və ictimaiyyətinin mövqeyi tamailə üst-üstə düşür.

Bu mənada, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ictimaiyyətimiz tərəfindən müsbət qarşılanır.

Bu sahədə dövlət və ictimai maraqların uzlaşması nə ilə bağlıdır?

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü "Bakı-Xəbər"ə bildirdi ki, XXI əsrdə,  internetin, texnologiyaların belə sürətlə inkişaf etdiyi müasir dövrdə müstəmləkəçiliyin bütün təzahürləri nəinki Azərbaycan dövləti, eləcə də  ictimaiyyətimiz, xalqımız tərəfindən qəbuledilməyən, pislənilən bir məsələdir. "Azərbaycan ictimaiyyəti heç bir zaman müstəmləkəçilik siyasətini qəbul edə bilməz. Mütərəqqi düşüncəli xalq, dünyada müstəmləkəçiliyin fəsadlarını görən hər bir dövlət bunun əleyhinə olmalıdır.  Ümumiyyətlə, müstəmləkəçilik çox ağır bir prosesdir. Fransa müstəmləkəçiliyi isə dünya tarixdə ən ağır müstəmləkəçilik üsuludur, metodudur. Çünki Fransanın müstəmləkəçilik siyasəti yeni deyil, bu ölkə tarixən qəddar müstəmləkəçilik siyasəti yürüdüb, bu işgəncələrlə, edamlarla, soyqırımlarla, faciələrlə müşayiət olunub. Bu gün də bu irticaçı siyasət davam edir. BTQ bu məsələ ilə bağlı çalışmalar həyata keçirir. Bu addımlar Azərbaycan ictimaiyyəti tərəfindən də təqdir olunur. Çünki təqdirəlayiq addımlar atılır. Fransa müstəmləkə altında saxladığı və bu gün də ağır işgəncə siyasəti ilə idarə etdiyi xalqların haqq səsini BTQ dünyaya çatdırır. O xalqların Fransa müstəmləkəçiliyindən azad olması üçün addımlar atır, onların bu və digər formada qarşılaşdıqları çətinliklərlə, problemlərlə bağlı dünya ictimaiyyətini məlumatlandırır, bu xalqların haqlı azadlı mübarizəsinə yaxından dəstək verir. Bu mənada təbii ki, bu məsələdə dövlətimizlə ictimaiyyətimizin maraqları üst-üstə düşür. Azərbaycan xalqı, bütövlükdə türk, islam toplumu daim haqqın yanında olub, əzilənə kömək çıxıb, dəstək verib. Bu gün də belədir. Baxmayaraq ki, Fransa BMT Təhlükəsizlik Şurasının üzvlərindən biridir, özünü böyük dövlət adlandırır. Bu bizi qorxuzmur. Ədalət məsələsi bizim üçün çox önəmlidir və ədalət də o xalqların müstəmləkəçilik buxovundan azad olunmasından, müstəqilliklərinə qovuşmasından, yaxşı yaşamasından ibarətdir. Çünki o xalqların azad olmağa, özgür yaşamağa, dünyada öz yerlərini tutmağa haqqı var. Bu ədalətli yanaşmadır, biz də bu yanaşmanı dövlət və ictimaiyyət olaraq müdafiə edirik. Bu da Fransanın daxili işlərinə qarışmaq deyil. Belə bir məsələ, müstəmləkəçilik siyasəti Fransanın daxili işi ola bilməz. Bu bütün mütərəqqi bəşəriyyəti narahat edir,  o cümlədən də, Azərbaycan dövlətini və Azərbaycan xalqını. Ona görə də biz əzilən xalqların haqq səsiyik, olmaqda da davam edəcəyik" - deyə M.Göyüşlü vurğuladı.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ