çərşənbə günü, 04 noyabr 2026
     

Katolikos Vazgenin Bulqanindən Naxçıvan, Qarabağ və Əhəlkələk barədə xahişi – 1956-ci il...

Image


Hay kilsəsinin Türk-Müsəlman dünyasına qarşı daha bir qəsdi açılır ...

II Dünya müharibəsinin son ilində, 19 aprel 1945-ci il tarixdə hayların baş keşişi VI Qevorq Çörəkçiyants (1868-1954) SSRİ rəhbəri İ.V.Stalinlə (1879-1953), Xarici işlər naziri V.M.Molotovla (1890-1986) və Dini Şuranın başçısı İ.V.Polyanski (1898-1956) ilə görüşündə 1947-ci ildə SSRİ, ABŞ və Böyük Britaniya başçılarına rəsmi müraciətində Türkiyə Cumhuriyyətinin şərq ərazilərinin 186 min kv.km-ə qədər hissəsini (qondarma "Qərbi Ermənistan" adlandırmaqla) onlara "qaytaılmasına" köməklik göstərilməsini xahiş etmişdir.  

Cənubi Qafqaza eramızın əvvəllərində köçürülən ibtidai insan-hay sürüsünün dini, siyasi, ictimai, milli-mənəvi...dəyərlərini ifadə edən hay kilsəsi, mövcuddiyyəti kimi fəaliyyəti də Türk-Müsəlman dünyasına qarşı yönəldiyindən, daimi olaraq yeni çalarlar qazanmışdır. Vətənsiz bir icmanın, toplumun idarəedilməsinə təhkim/məhkum olmuş dinsiz hay kilsəsi bu məqsədlə həm də güc dövlətlərinə qəbul edilmiş və edilməmiş bütün hallarda, siyasi-hərbi və ictimai-iqtisadi sahədə yarınmaqda beynəlxalq/xüsusi təcrübə qazanmışdır.

Türk-Müsəlman dünyası timsalında Azərbaycan dövlətinə qarşı XIX-XX əsrlərdə dini, irqi, milli-mədəni, siyasi-idarəetmə, hərbi-təhlükəsizlik, ictimai-iqtisadi...kimi ümumdövlət/ümumxalq cəbhəsində işğalçılıq mübarizəsində/müharibəsində eyni dəsti-xətdən istifadə olunmuşdur.

1919-1920-cu illərdə Paris Sülh konfransında ABŞ prezidenti Tomas Vudro Vilsonunun (1856-1924) ABŞ Senatı tərəfindən ləğv edilmiş (01.06.1920-ci il tarixli iclasda) hüquqi vasitəçiliyini, 1920-1923-cü illərdə Rusiya/SSRİ imperiyasının rus-bolşevik və hay/daşnak birliyinin Zəngəzur və Qarabağla bağlı qəbul etdiyi siyasi qərarları...əlində dəstəvuz edən hay kilsəsinin digər mənfur əməlləri də az olmamışdır.

Bu sırada XX əsrin I yarısında hay kilsəsinin baş keşişi  I Vazgenin SSRİ Nazirlər Sovetinin sədri N.A.Bulqaninə ünvanladığı məktubun II hissəsi (1956-cı il may nömrəsində "Eçmiədzin" jurnalında dərc edilib) məzmun etibarı ilə fikrimizə nümunə ola bilər. 

Məktubun tərcüməsi hörmətli oxucuların nəzərinə çatdırılır. 

Çox hörmətli Nikolay Aleksandroviç! 

Biz, I Vazgen, Bütün ermənilərin katolikosu olaraq erməni Kilsəsinin başçısı seçilməklə Sovet Hökumətinin humanist münasibəti nəticəsində yaradılmış şəraitdən yararlanaraq xaricdə fəaliyyət göstərən erməni kilsələrini ziyarət etmək, Vətəndən kənarda yaşayan ermənilərin həyatı ilə tanış olmaq imkanına görə Sizə minnətdarıq. Üç ay ərzində biz Livanda, Misirdə, İtaliyada, Fransada və İngiltərədə olan erməni koloniyaları ilə tanış olduq. Xalqımız hər yerdə bizi Ana Vətənin -.Müqəddəs Eçmiədzin Kilsəsinin təmsilçiləri kimi yüksək mehribanlıqla və qəlb coşqusu ilə qarşılamışlar.

Üç ay müddətində keçən xarici səfərimizin nəticələrini Sizin Ali nəzərinizə  çatdırmağı və aşağıdakılar barədə məlumat verməyi özümüzə borc sayırıq: 

a) hazırda xaricdə yaşayan 1 milyondan çox erməninin nəzərləri müqəddəs Eçmiədzinə, Ana Vətənə-Sovet Ermənistanına yönəlib. Bir neçə onillikdir ki, Vətən həsrəti ilə yaşayan və köçüb orada yaşamaq arzusunda olanlar "erməni məsələsi"nin (Naxçıvan MR və DQMV-nin "Ermənistan SSR"-ə birləşdirilməsi nəzərdə tutulur-Q.Y.) ədalətlə həll olunacağına ümid bəsləyirlər. 

Biz harda olsaq da, istər, Livan, Misir, Suriya, Fransa olsun, hər yerdə, 400 min erməni yaşayan ərazilərdə, on minlərlə soydaşlarımız – "Bizi burada qoymayın, bizi Vətənə aparın!" - deyə  yalvarırdılar. Beyrut şəhərindən Misirə, Fransaya qədər uzanan bütün yollar boyunca erməni xalqının axıtdığı göz yaşları Vətən həsrəti ilə yoğrulmuşdur.

b) bu ölkələrdə yaşayan alovlu vətənpərvərlər-xalqımızın öndərləri-yepiskoplar milli-kilsə hakimiyyətinin nümayəndələri bizdən Sovet Hökumətinə dərin minnətdarlığı bildirməyi xahiş etmişlər ki, böyük rus xalqının və Sovet İttifaqının dəstəyi ilə 1,5 milyon erməni Sovet Ermənistanında azad və xoşbəxt yaşamaq hüququna malik olmuşlar. Ancaq bu, "erməni məsələsi"nın üçdə bir hissəsi qədərdir. Zaqafqaziyanın qonşu ölkələrində-Gürcüstan və Azərbaycanda 1 milyondan çox erməni yaşayır, təqribən bu sayda da xaricdə. Onlar Birinci  Dünya müharibəsində Türkiyə Ermənistanında yerli hökumət tərəfindən doğma yurdlarından   qovulan və ağır işkəncələrə məruz qalanların nəslindəndir. Bütünlüklə onlar inandıqları ümidlərini böyük rus xalqına və Sovet hökumətinə bağlamışlar.

v) xaricdə olarkən əksəriyyət bizdən soruşurdu ki, əsasən ermənilər məskunlaşan və Sovet Ermənistanının sərhədlərindən kənarda qalan Dağlıq Qarabağ Muxtar Vilayətinin, Naxçıvan Muxtar Respublikasının və Əhəlkələk rayonunun birləşdirilməsi məsələsinin ədalətli həllinin vaxtı çatmayıbmı? Beləliklə, xaricdə yaşayan ermənilər əmindirlər ki, Sovet Hökumətinin davamlı səyi sayəsində Vətənə qayıtmaq naminə torpaq (ərazi), iqtisadi və yaşayış məsələlərinin həlli istiqamətində zəruri şərait   yaradılacaq, onlar da  doğma torpaqlarda doğma qardaşlarına qovuşa biləcəklər.

q) xaricdə yaşayan ermənilərin rəhbərləri Sovet Hökumətinə bir istəklərini də çatdırmağı xahiş etmişlər ki, yaxın 5-7 il ərzində hər il 3-40 min erməninin Sovet Ermənistanına qayıtması üçün dövlət proqramı hazırlansın. Təbii ki, bu cür proqramın icrası məqsədi ilə ərazi ayrılması və işlə təmin edilməsi, yaşayış tikintisinin aparılmasına müəyyən məbləğ vəsait yönləndirilməsi   məsələlərinin həll olunması şərti ilə müvafiq tədbirlər görülməlidir.

d) xaricdə yaşayan ermənilərin əksəriyyəti narahatdır ki, Gürcüstan və Azərbaycanın ayrı-ayrı rayonlarında və şəhərlərində, eləcə də ermənilər sıx yaşayan digər yaşayış məntəqələrində erməni dilli məktəblər bağlanılmış və həmin məktəblərin olduğu ərazilərdə isə məktəblərin sayı kifayət deyil ki, erməni uşaqları doğma dildə təhsil ala bilsinlər. Belə ki, 1937-ci ilə kimi  Rostov, Krasnodar, Armavir, Pyatiqorsk, Batumi, Suxumi şəhərlərində, Xəzərarxası respublikalarda (Qazaxstan, Türkmənistan və Özbəkistan nəzərdə tutulur-Q.Y.) və başqa yerlərdə mövcud olmuş erməni orta məktəbləri artıq fəaliyyət göstərmir.

Çox hörmətli Nikolay Aleksandroviç Bulqanin!

Sizi əmin etmək istəyirik ki, məktublarda göstərilən məsələlər bütün erməni xalqının ən səmimi hissləridir və daimi arzularıdır. İcazə verin, əlavə edim ki, Zaqafqaziyada erməni xalqı və Ermənistan nə qədər güclü olarsa, bizim Böyük Vətənimizin cənub sərhədlərinin təhlükəsizliyi daha çox təmin oluncaqdır. Son 200 il ərzində erməni xalqı öz tarixi ilə böyük və humanist rus xalqına münasibətdə sonsuz sədaqətini və möhkəm dostluğunu bir daha təsdiq etmişdir. Həmişə olduğu kimi, indi də bizim xalqın bütün həyatı və taleyi özünün böyük şimal dostunun, xilaskar xalqın taleyi ilə bağlıdır. 

Bütün ermənilərin katolikosu I Vazgen.

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi 

R.S. 2001-ci il dekabr ayının əvvəlində Fransa Respublikasının prezidenti J.Şirak Yelisey sarayında "erməni"lərin baş keşişi II Qaregini (1951) "Fəxri Legion" ordeni ilə təltif etmişdir. 

ABŞ Konqresinin Nümayəndələr palatasının 10 oktyabr 2007-ci il tarixli iclası II Qareginin "xeyir-duası" ilə açılmışdır. Keşişi Nümayəndələr palatasının sədri Nensi Pelosi (Demokratlar partiyasının üzvü, Kaliforniya ştatı) təqdim etmişdir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ