çərşənbə günü, 04 noyabr 2026
     

Azərbaycan dili İranın rəsmi dillərindən biri olacaq...

Image


İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamnei Məsud Pezeşkianı yeni prezident kimi rəsmən təsdiqləyib. Mərasimin əvvəlində İranın daxili işlər naziri Əhməd Vəhidi növbədənkənar prezident seçkilərinin necə keçirildiyi barədə rəsmi hesabat təqdim edib. Daha sonra Seyid Əli Xamnei Pezeşkianın İranın 9-cu prezidenti elan edilməsi haqqında fərman verib. Bunun ardınca Pezeşkian iyulun 30-da İran parlamentində and içəcək.

Hesab olunur ki, Pezeşkianın dövründə İranda yaşayan soydaşlarımızın həyatında yeni mərhələ başlanacaq. Bunlar fonunda Cənubi Azərbaycandan olan sosioloq və siyasi fəal Vahid Qarabağlı Məsud Pezeşkianın Təbrizin millət vəkili olduğu dövrlər, prezidentliyə namizədlik dönəmi və prezident seçildikdən sonra gündəmə gətirdiyi sözlərini və diskurslarını dəyərləndirib: "Mənə görə, Pezeşkianın İrandakı etnik ayrıseçkilik məsələsi ilə bağlı söyləmi önəmlidir. Ona görə ki, İranda illərdir bu problemin varlığı inkar edilmişdi. Yəni yüksək vəzifələrdə olanlar, Xamneyi və ya digər rəsmilər hər zaman elə davranıblar, sanki bütöv bir İran milləti var, heç bir ayrıseçkilik yoxdur və etnik icmalar eyni səviyyədədir". Bir çox İran ekspertinin fikrincə, İranın ali dini lideri İslam Respublikasının qarşı-qarşıya olduğu xarici və daxili problemləri nəzərə alaraq Pezeşkianın prezident olmasına yol verib. Qarabağlının sözlərinə görə, Pezeşkianın prezidentliyə namizədliyinin önü bu gözlənti ilə açılıb ki, o, İranın yaxın gələcəkdə mümkün daxili və xarici böhranlardan daha yumşaq keçməsinə vasitə olsun. Qarabağlı dini və etnik ayrıseçkilikləri sıx şəkildə gündəmə gətirdiyi üçün Pezeşkianın bundan öncəki prezidentlər və digər rəsmilərdən fərqləndiyini vurğulayır: "Pezeşkian prezident namizədi olaraq dedi ki, İranda sünnilərə ayrıseçkilik olub, etnik qruplara ayrıseçkilik olub. Onlar dövlət vəzifələrində bərabər şəkildə təmsil olunmurlar. Məsələn, Bəluçistan və Azərbaycan bölgələrində iqtisadi və kültürəl olaraq ayrıseçkilik var. Bunların diskursiv olaraq bir prezident namizədinin və indi də bir prezidentin ağzından çıxması çox önəmlidir". O, İranda qeyri-fars icmaların bərabər hüquqlar uğrunda mücadiləsinə diqqət çəkərək deyir ki, bu söyləm zatən var idi: "Ayrıseçkiliyə məruz qalmış türklər, bəluçlar, türkmənlər, kürdlər və ərəblər illərdir bunun üçün mübarizə edirlər ki, bu söyləm İranın gerçəkliyi olaraq yayılsın. Pezeşkian bu söyləmin güclənməsinə səbəb olur. Bu, bir mübarizədir. Pezeşkian dönəmində mən düşünmürəm ki, o, bu məsələləri həll edəcək. Çünki bunlar köklü məsələlərdir. Bunlar keçən yüzilin məhsuludur. Keçən yüzilin ideologiyası və siyasətidir ki, indi institutlaşdırılıb. Amma eyni halda keçən yüzildə buna qarşı da bir mübarizə gedib". Məsud Pezeşkianın prezident seçildikdən sonra da nitqlərində və sosial media paylaşımlarında türkcə ifadələrə yer verməsi ekspertlər və fəallar tərəfindən fərqli şəkillərdə şərh olunur: "Pezeşkianın özünə görə fərqli bir xarakteri var. O, keçən 10 ildə millət vəkili olaraq da bu məsələləri dilə gətirib. O, türkcəni gözəl danışır. Normalda Azərbaycan bölgəsindən olan türk vəkillər və ya rəsmilər türkcəni daha çox farslaşdırılmış bir şəkildə danışırlar. Sadəcə felləri türkcə deyirlər. Pezeşkian hər zaman bu mövzuda bir az fərqlənib. İndi də, məncə, onun türkcə danışması populizm deyil. Əslində bu onun xarakterində var bir az. Yəni o bir prezident olaraq da türklüyünü gizləmir və hətta açıq bəyan edir. Bu önəmlidir. Çünki İranda keçən yüzildə vahid bir İran kimliyi yaratmağa çalışıblar və orada fərqli kimlikləri yox sayıblar. Ancaq Pezeşkianın türkcə danıçması türkcənin İranda önəmli bir dil olduğunu göstərir. Əgər biz ədalətli bir sistem təsəvvür etsək ki, orada fərqli etnik qruplar təmsil olunur, türk dili də İranda rəsmi olmalı və siyasətçilər bu dildə danışmalı idi. Biz gələcək üçün elə bir hədəf təsəvvür etməliyik".

Bunlar fonunda Təbriz əhalisinin İran parlamentindəki nümayəndəsi Əlirza Novin Pezeşkianın, Təbriz başda olmaqla, Cənubi Azərbaycana mühüm diqqət ayırmalı olduğunu qeyd edir. O, həmin vilayətin son on ildə infrastruktur baxımından geri qaldığını bildirib. Əlirza Novin Şərqi Azərbaycan vilayətinin millət vəkilləri heyətinin sədri seçilib. Bu vilayəyin millət vəkilləri iclasından sonra o, mətbuata vilayətin inkişafının vəziyyəti haqqında məlumat verib. Novinə görə, bu vilayət son on ildə bəzi göstəricilərdə geriləyərək 15-16-cı sıralara düşüb. Novin Məsud Pezeşkianın prezident seçilməsi ilə vilayətdə yaxşı addımların atılacağına ümid etdiyini bildirib. O, həmçinin qeyd edib ki, Şərqi Azərbaycan vilayətinin millət vəkilləri vilayətin inkişafı ilə əlaqədar məsələləri müzakirə etmək üçün gələcəkdə prezidentlə, həmçinin hökumət kabineti üzvləri ilə görüş keçirməyi planlaşdırırlar. Məsud Pezeşkianın ölkə prezidenti seçilməsindən sonra Şərqi Azərbaycan vilayətinin inkişafı üçün şərait yaradılacağı ehtimalı ilə bağlı düşüncəni təkcə Əlirza Novin irəli sürməyib. Bir müddət əvvəl Kəleybər millət vəkili Behnam Rizvani də xalqın Pezeşkianın kabinetində bu bölgənin məşhur simalarından nazir və müavin seçiləcəyini gözlədiyini bildirmişdi. Parlamentdəki Kəleybər xalqının millət vəkili Rizvani daha əvvəl də Məsud Pezeşkianın hökumətindən Fars körfəzindən və Qızqalası bəndindən suyun Urmiyə gölünə ötürülməsi, Süngün mis mədəninin müstəqil olması və konsentrasiya zavodlarının inkişafı üçün lazımi tədbirlərin görülməsini tələb etmişdi. Pezeşkian Təbrizdə keçirdiyi seçki mitinqində Süngün mis mədəninin müstəqil olması və Urmiyə gölünün canlandırılması ilə bağlı vədlər vermişdi. Süngün mis mədəninin müstəqil olması ilə kapitalın vilayətdən çıxarılmasının qarşısının alınacağı və vilayətin inkişafına böyük töhfə verə biləcəyi düşünülür. Güney Azərbaycanın hökumətin kabinetində tribuna sahibi olmaları ilə bağlı gözləntiləri olsa da, digər tərəfdən ölkədə buna qarşı çıxanlar hesab edir ki, Pezeşkian kabinet üzvlərini təyin edərkən etnosentrizm adlandırdıqları yanaşmalardan yayınmalıdır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ