çərşənbə günü, 04 noyabr 2026
     

Ermənistan Ukraynadan da pis ssenariyə hazırlanır...

Image


Ermənistanın Qərb və Rusiya arasında növbəti qarşıdurma məkanına çevrilməkdə olduğu heç kimə sirr deyil. Görünən odur ki, bütün xəbərdarlıqlarıa baxmayaraq, Ermənistanın bu taledən xilası mümkün olmayacaq. Əsas səbəb Ermənistan hakimiyyətinin yol verdiyi çoxsaylı yanlışlıqlardır. Bu fonda erməni politoloq Suren Surenyants Qərbin Ermənistanı Rusiyaya qarşı ikinci Ukraynaya çevirmək istəyindən əl çəkməyəcəyini bildirib.

Surenyants qeyd edib ki, Macarıstan baş naziri Orban Ukraynanın yaxın gələcəkdə NATO və Avropa ittifaqının üzvü olmayacağını dilə gətirib: "Düşünmürəm ki, Aİ-də bu fikirdə olan yeganə şəxs Orbandır, sadəcə, Orban başqalarının düşündüklərini səsləndirən yeganə şəxsdir. Ukrayna çox yüksək bədəl ödədi, dövlətçiliyin dağılması ilə üz-üzədir, lakin onun NATO və Aİ-yə üzvlüyü qətiyyən təmin edilmir. Əmin deyiləm ki, bu arqumentlər Ermənistanın ukraynalaşdırılması həsrətində olan psevdoqərbliləri rasionallaşdıracaq, amma bəlkə də cəmiyyətimizə təsir edər". Bundan başqa, Rusiyanın Ermənistanda Ukraynna ssenarisinin təkrarlana biləcəyi ilə bağlı xəbərdarlıqlarının son dövrlərdə sürətlə artması da təsadüfi hesab olunmur. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Andrey Klimov Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun "Rusiya Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlığına hörmətlə yanaşır, lakin Moskva ilə münasibətlərdə İrəvanın Kiyev rejiminin yolunu seçməyəcəyinə ümid edir" bəyanatını şərh edərkən bununla bağlı maraqlı fikirlər səsləndirib: "Çox hikmətli sözlər, vaxtında deyilən, çox incə sözlərdir". Biz, həqiqətən, Ermənistanın daxili işlərinə qarışmırıq, lakin onların bizə yaxın olan bu və ya digər ölkəni necə xoş niyyətlə cəhənnəmə apardıqlarını dəfələrlə müşahidə etmişik. Bu mənada biz istəməzdik ki, hadisələrin müəyyən gedişatı halında erməni xalqı onları cənnətə yox, tamamilə əks tərəfə apara biləcək bu cür hərəkətlərdən məyus olsun". Klimov qeyd edib ki, Qərb Ermənistandan sırf öz geosiyasi maraqları üçün alət kimi istifadə edəcək: "Qərbdə heç kim erməni xalqının xoşbəxtliyi üçün mübarizə aparmaq istəmir". Erməni politoloq Qaqik Keryan isə bildirir ki, Ermənistanı ABŞ-dakı prezident seçkilərindən sonra daha çətin günlər gözləyir: "Trampın qələbəsi artıq təmin edilmiş kimi görünür ki, bu da Rusiya rəhbərliyinə nəfəs almaq və postsovet məkanında baş verən siyasi proseslərə, xüsusən də Cənubi Qafqaz reallıqlarına baxmaq imkanı verir". Onun sözlərinə görə, Tramp Ukraynadakı müharibəni çox tez bitirəcək: "Biz artıq bilirik ki, Tramp Ukraynadakı müharibəni çox tez bitirəcək. Hətta Zelenski də bunu bəyan edir və hələ seçkilərdən əvvəl Trampla Ukraynanın taleyinin necə olacağı ilə bağlı danışıqlara başlayıb. Müharibənin bitəcəyinə şübhəm yoxdur. Təsadüfi deyil, elə bu məqamda Rusiya bəyan etdi ki, onlar Ermənistan və Azərbaycanı Rusiya platformasında danışıqlara dəvət edirlər. Əslində, indi yenə də Kreml danışıqlar prosesini öz nəzarəti altına almağa çalışır". Keryan bir daha bildirib ki, Tramp Ukraynadakı müharibəni çox tez bitirəcək və Ermənistan tələyə düşəcək.

Bu arada xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Moskva Bakı və İrəvan nümayəndələrinə danışıqlar üçün platforma təqdim etməyə, onlar üçün ən rahat şərait yaratmağa hazırdır. Azərbaycan tərəfi bu təklifi qəbul etdiyini dərhal bildirib. Bakı bəyan edib ki, Azərbaycan Ermənistanla Rusiyada və bütün başqa məkanlarda danışıqlara hazırdır. Amma rəsmi İrəvan hələlik bu təklifə münasibət bildirməyib. Ermənistan bundan əvvəl Moskva platformasında danışıqlardan imtina etmiş və Qərb vasitəçilərinə üstünlük verdiyini bildirmişdi. Rusiya rəsmiləri dəfələrlə bildiriblər ki, ABŞ və Avropa İttifaqının sülh səylərinin əsas məqsədi Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaqdır. Erməni ekspert Naira Karapetyan bildirir ki, Ermənistan və Rusiya üçün xoşagəlməz şərtlər yaranıb: "Aydındır ki, Qərb qanadı altında aparılan danışıqlar və ritorika yaxşı heç nə vəd etmir. Rusiya bizə göydən hədiyyələr göndərməyəcək. Məsələ burasındadır ki, Ermənistan bu gün çox depressiyaya düşmüş vəziyyətdədir. Hər şeyi bununla əlaqələndirirəm. Lakin başa düşməliyik ki, Rusiya fövqəldövlət kimi Cənubi Qafqazda bu böyük geosiyasi tənzimləmə rolunu oynayır. Bu baxımdan, Ermənistanın canı Rusiyanın əlindədir. Ermənistan hakimiyyəti Rusiyanın təklifinə hələ ki, cavab verməyib. Bunun əvəzində ilk olaraq Bakı cavab verib. Burada çox maraqlı real siyasət baş verib. Görünən odur ki, Ermənistan Rusiyanın vasitəçiliyinə ehtiyac duymur. Onlar fəlakətin miqyasını dərk etmirlər. Azərbaycanın reaksiyası isə sübut edir ki, Azərbaycan oyunu öz meydanına çıxarmağa çalışır. Azərbaycan bu işdə səriştəli davranır". Karapetyanın fikrincə, Ermənistan özünü çox pis burulğanda tapıb: "Əgər əvvəllər Azərbaycan Ermənistanın irəli sürdüyü tələbləri tarazlaşdırmaq üçün bütün tədbirlərdən istifadə edirdisə, indi Azərbaycanın tələbləri rəsmi Bakının istədiyinə nail olmaq üçün növbəti cəhddir. Azərbaycan öz niyyətini bir-bir ortaya qoyur və ciddi müqavimət göstərmədən uğur qazanır. Mən sülh müqaviləsinin imzalanmasının gecikməsini də bununla əlaqələndirirəm, çünki onu ratifikasiya etdikdən sonra Azərbaycanın yeni güzəştlər götürməsi çətin olacaq. Mən demirəm ki, bu mümkün olmayacaq, çünki Allah eləməsin, əgər bu hakimiyyət hələ uzun müddət tab gətirə bilsə, biz çoxlu fəlakətli güzəştlərin şahidi olacağıq, lakin sülh müqaviləsindən sonra Azərbaycanın güzəştə getməsi çətin olacaq. Moskvada Azərbaycanı dayandıra bilməyəcəklər, amma ləngidə biləcəklər. Eybəcər bir situasiya yaranıb. Ermənistanın əvəzinə fövqəldövlətlər danışır, yəni biz özümüzü ifadə edə, öz taleyimizə sahib çıxa bilmirik. Moskva Paşinyanın yüngül əli ilə tamamilə sıxışdırılmış oyuna qayıtmağa çalışır. ABŞ-da prezident seçkilərində baş verən dəyişiklikləri nəzərə alsaq, özümüzü necə haqlı saxlaya bilərik? Bundan istifadə edə biləcəyikmi, şansımız olacaqmı?". Bütün bunlar Ermənistanı qarşıdakı dövrdə çoxsaylı problemlərin gözlədiyini göstərir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ