çərşənbə günü, 04 noyabr 2026
     

Qatı antitürk iranşünas Voskanyanın Azərbaycandakı casusları ələ keçdi...

Image


Ermənistanda oturub Azərbaycana qarşı qərəzli və həqiqətə uyğun olmayan məlumatlar yayan, qondarma iddialarla gündəmə gəlməyə çalışan, müxtəlif platformalarda cəfəng söhbətlər edən, antriazərbaycan, antitürk mövqeyi sərgiləyən İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan artıq ölkəmizin içinə də əl uzatmağa başlayıb. 

Biz ondan "yeganə çıxış yolu müharibədir", "cəmiyyətimizə mütəmadi olaraq təbliğ edilən ən təhlükəli mövzulardan biri odur ki, Bakı Ermənistan üçün ölümcül olmayan şərtlərlə sülhə razılaşa bilər" kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl olan cəfəngiyatlar eşitmişik. O, yalandan Azərbaycanı "toponim müharibəsində" suçlayıb. Xəstə təfəkkürlü Voskanyan hətta iddia etmişdi ki, İsrailin İran konsulluğunun Dəməşqdəki binasına hücumu guya rəsmi Bakının Netanyahu hökuməti ilə İrana qarşı "sövdələşməsi kimi görünür". O, qədim türk qalası olan İrəvan qalasını "Erabuni" "erməni qalası" adlandırıb. Bir sözlə, bu alimciyəz o qədər antiazərbaycan, antitürk söhbətləri edib ki, saymaqla qurtarmaz. Biz ayrı-ayrı vaxtlarda onun xəstə təxəyyülünün məhsulu olan cəfəngiyatlara münasibət bildirmişik, onun cavabını arqumentlərlə vermişik. Hətta o, feysbuk hesabında qəzetimizi tənqid edən məqalə də vermişdi. İndi də Voskanyanın yeni bir əməli ifşa olunub. Demə ki, o, İrəvanda oturub Bakıda özünə beyni yuyulmuşlardan emissar axtarırmış. Hətta müəyyən qədər buna nail də olub. 

Rəsmi məlumata diqqət yetirək: 24 iyul 2024-cü ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsində Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Əbilov İqbal Şahin oğlu barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Xarici ölkədə yaşayan adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Əbilov İqbal Şahin oğlu üçüncü ölkə ərazisində məskunlaşıb Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan Respublikası ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilir.

Məhkəmə prosesində, digər dəlillərlə yanaşı, İqbal Əbilovun İrəvan Dövlət Universitetinin Şərqşünaslıq kafedrasının rəhbəri və Ermənistanda fəaliyyət göstərən Şərqşünaslıq İnstitutunun direktoru - Ermənistan xüsusi xidmət orqanlarının nəzarətində Azərbaycanın ərazi bütövlüyü əleyhinə məqsədyönlü iş aparan Asatrian Garnik Seroboviç ilə SKYPE vasitəsilə apardığı gizli danışıqlar və sövdələşmələri də elan edilib.

Müəyyən olunur ki, İ.Əbilovun xarici xüsusi xidmət orqanlarının nümayəndələri ilə birgə müxtəlif ölkələrdə olan pozucu qüvvələri cəlb etməklə Azərbaycanın ərazi bütövlüyü əleyhinə qondarma təşkilatın fəaliyyətini təşkil etməsinə, həmçinin Ermənistan XXO ilə əlaqəli Vardan Voskanyan və digərlərinin ölkəmizə qarşı düşmənçilik fəaliyyəti həyata keçirməsinə kömək etməsinə də şübhələr var.

Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.

Məhkəmə İqbal Əbilov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının rəhbəri, Azərbaycan düşməni Vardan Voskanyan dediyimiz kimi, Azərbaycan əleyhinə çox yazılar yazıb, İranpərəst mövqedən çıxış edib. "Zəngəzur dəhlizinin" açılmasına mane olan cəfəng iddialar irəli sürüb. Habelə Qarabağ məsələsi, indiki Ermənistan ərazindəki  tarixi yurdlarımız, toponİMlərimiz barədə yanlış məlumatlar yayıb. İndi də məlum olub ki, demə, Azərbaycanda onun əlaltıları var. Bu adamlarla danışır, onlardan məlumat alır, onlara tapşırıq verir. Bütün bunlar istintaqdan məlum olub. 

Maraqlıdır, Azərbaycanda bir gəncin daim ölkəmizə, xalqımıza böhran atan şəxslə bu əlaqələrində məqsəd nə ola bilər? Bu mexanizm necə yarana bilərdi? Voskanyan onu necə, hansı yolla ələ keçirib, əməkdaşığa cəlb edə bilər? 

Faiq Ələkbərli: "Türk düşməni Voskanyan kimiləri öz çirkin məqsədlərinə çatmaq üçün hər cür təhlükəli üsula əl ata bilirlər" 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini Faiq Ələkbərli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, V.Voskanyan tipik ermənidir və onda erməni hiyləgərliyinin hər detalı var. Voskanyan kimilərinin əsas məqsədi sosial şəbəkələrdən və başqa platformalardan istifadə edib Azərbaycan əleyhə rəy yaratmaq olduğunu deyən F.Ələkbərli hesab edir ki, ola bilsin, o hansısa üsuldan istifadə edərək o gənci ələ keçirib. "Voskanyanın gerçək bir türk düşməni olduğunu və onun antiazərbaycan təbliğatını bilməyən yoxdur. Adını alim qoyan bu adam hər zaman Azərbaycana şər-böhtan atıb, cəfəng fikirlər səsləndirib. Onun kimiləri hər zaman Azərbaycanın əleyhinə işləyir. Öz çirkin niyyətlərinə çatmaq üçün Voskanyan kimiləri hər cür çirkin üsula əl atırlar. Bu gənci necə cəlb edib, bunun üçün hansı üsullardan istifadə edib, bunu demək çətin deyil. Voskanyan erməni məkrinin və hiyləgərliyinin bütün məziyyətlərini daşıyan birisi kimi yəqin hansısa üsullarla azərbaycanlı gənci öz təsiri altına sala bilib. Ola bilsin, humanzimdən danışıb, kosmopolizm ideyalarından istifadə edib, yaxud başqa bir təklif irəli sürüb. Kosmopolit gənclərə Voskanyan kimiləri təsir edə bilir. Burada bizim bilmədiyimiz amillər də istisna deyil. Voskanyan yəqin ki, hansısa amillərdən istifadə edib o gəncin şüuruna təsir edib, beynində dolaşıqlıq yaradıb. Bilirsiz, türk düşməni Voskanyan kimiləri öz çirkin məqsədlərinə çatmaq üçün hər cür təhlükəli üsula əl ata bilirlər".

F.Ələkbərli hesab edir ki, bu məsələni detallı bilmədiyimiz üçün geniş danışmaq mümkün deyil. O bildirdi ki, bu barədə əsas sözü istintaq deyəcək.

Sədrəddin Soltan: "İndi o gəncin hansı yolla şirnikləndirildiyini, yəqin ki, Azərbaycanın xüsusi xidmət orqanları müəyyənləşdirəcək" 

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan "Bakı-Xəbər"ə "Mahmud Kaşğarinin  "Divani lüğət-it-türk" əsərində belə bir ata sözü var: "Özgə məhəlləsindən öz məhələsinə hürən it kimi". Öz dövlətinə, öz vətəninə xəyanət edən, onun maraqlarını başqalarına satanlar ancaq və ancaq tülkü və it timsalındadır. Tülkünün və itin hüquqlarını müdafiə edənlər bizi qınaya bilər. Amma bu onların yaşam tərzidir, o yaşam tərzini bəzi insanlar özləri üçün örnək seçirlər. Yəni başqaları tərəfindən yallanırlar" - deyə bildirdi.

S.Soltan qeyd etdi ki, bu cür adamlar dünya malına öz vətənlərini, milli maraqlarını satanlardır, onları da bizə düşmən olanlar yallandırırlar. S.Soltanın sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa edəndən daim bu kimi adamlar ölkəmiz daxilində, vətəndaşlarımız olaraq, təəssüf ki, bizimlə bir yerdə yaşayıblar. "Necə olur ki, bunlar iradə cəhətdən zəif insanlar olur? Onları dini istiqamətdə ələ alırlar, onlar dini cəhətdən savadsız olurlar. Habelə, belələri həm də Azərbaycanı sevməyənlər olur. Azərbaycanda Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanlar arasında türk olmayan xalqların nümayəndələri də, talış, kürd, ləzgi, yəhidi, rus və başqa etnik qrupların təmsilçiləri də var. Hətta 20 yanvar faciəsi qurbanları arasında türk olmayanlar da yox deyil. Bunların hamısının Vətəni Azərbaycandır, öz vətənlərinin, öz dövlətlərinin azadlığı, ərazi bütövlüyü uğrunda mübarizə aparıblar. Azərbaycan konstitusiyası ilə bunların insan haqları, təmsil olunduqları etnik haqları da qorunur. 

Burda xarici qüvvələr, düşmən olan dövlətlər həmin tip zəif iradəli, Azərbaycanı sevməyən, özündən müştəbeh insanları müxtəlif yollarla özlərinə cəlb edirlər. Bu, şirnikləndirmə vasitəsilə, ilk növbədə pulla olur. Sonra qadınla şirnikləndirirlər və sair. 

İndi o gəncin hansı yolla şirnikləndirildiyini, yəqin ki, Azərbaycanın xüsusi xidmət orqanları müəyyənləşdirəcək. Amma Azərbaycana qarşı fəaliyyət göstərdiyinə dair xəbərlər yayılıb, o istiqamətdə araşdırmalar aparılır. Çox maraqlıdır ki, xarici qüvvələrə işləyən o cür şəxslər adətən mənsub olduqları, yaxud barəsində yazdıqları etnik qruplarla azərbaycanlılar və türklər arasında birləşdirici məqamlara diqqət yetirmirlər. Halbuki, hər iki etnik qrupun bir vətəni var, bir dövləti var, onların birgə yaşayışı üçün də şərait var. Ağla bölücülük, düşmənçilik, satqınçılıq etmək gələrsə türklər, azərbaycanlılar arasında belə parçalanma aparmaq mümkündür. Bütün bunlar hamısı Azərbaycan cəmiyyətinin parçalanmasına, onun bütövlüyünə qarşı tuşlanıb. Hesab edirəm ki, Azərbaycanın ərazi bütövlüyü, cəmiyyətinin bütövlüyü, dar məqamda bir-birini dəstəkləməsi, dövlətin maraqlarını müdafiə etməsi qonşu Ermənistanın da, İranın da və başqalarının da xoşuna gəlmir. Ona görə həmin dövlətlər bu tip zəif xarakterli insalardan sui-istifadə edirlər. Vaxtlə Ermənistanda belələri Azərbaycana qarşı konfranslar keçirirdilər, guya Qarabağın Ermənistana aid olmasından, ordakı Azərbaycan vətəndaşı olan erməni sakinlərin hansısa hüquqlarından danışırdılar. Nəticə artıq bəllidir. Həmin o qüvvələr artıq əvvəlki pafosla Azərbaycana qarşı ittihamlar irəli sürə bilmirlər. Məsələn, daha bir örnək göstərim, Ayətullah Seyid Əli Xamneinin Azərbaycan üzrə nümayəndəsi Höccətül-İslam Əli Əkbər Ocaq Nejat da vaxtilə Azərbaycanda "beşinci kolon" yaratdı və özü də, "kolonu" da ifşa olunduqdan sonra Azərbaycan ictimaiyyətindən, cəmiyyətindən çəkildi, yox oldu. Bunlar eynən parazit, vərəm xəstəliyi, insan orqanizmində yaşayan mikroblar, viruslar kimidir". 

S.Solatının fikrincə, insan zəifləyəndə o xəstəliklər ona hücum çəkdiyi kimi, belə insanlar da dövlətə, onun təməl prinsuplərinə qarşı çıxış edirlər, amma iflasa uğrayırlar. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ