çərşənbə günü, 04 noyabr 2026
     

Beynəlxalq səyahətçilər özləri ilə Qarabağdan "çox şey aparırlar"...

Image


Səyyahlar dünya tarixində çox əhəmiyyətli rola malikdirlər. Qədim dövrlərdən başlayaraq indiyə qədər səyyahların ölkələr, xalqlar, mədəniyyətlər, təbiət haqqında topladıqları maraqlı məlumatlar dünya tarixinə böyük töhfələr verib. Azərbaycan əski zamanlardan dünya səyyahlarının diqqət mərkəzində olub və onlar ölkəmiz barədə çox maraqlı məlumatları tarixin səhifəsinə köçürüblər. 

Bu gün də səyyahlar ölkəmizə, xüsusən də işğaldan azad edilmiş ərazilərimizə böyük maraq göstərirlər. Bu günlərdə "Most Traveled People" (MTP) səyahət klubunun rəhbəri də daxil olmaqla 35 nəfərlik geniş heyətin Qarabağa səfəri dediklərimizi bir daha təsdiqləyir. 

Məlum olduğu kimi, dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluqda yer alan Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi heyətin səfərinə 13 ölkədən beynəlxalq səyahətçilər qatılıb. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.

Bu, klub üzvlərinin işğaldan azad edilmiş ərazilərə dördüncü səfəridir. MTP daha əvvəl Qarabağa və Şərqi Zəngəzura üç dəfə səfər edib. Vətən müharibəsindən ötən dörd il ərzində isə 50-yə yaxın ölkədən 400-dək beynəlxalq səyahətçi böyük qruplarla Qarabağa və Şərqi Zəngəzura 10 dəfə səfər edib. Bu səfər isə bu qəbildən olan sayca 11-cidir. 

MTP səyahət klubunun təsisçisi və rəhbəri, amerikalı səyyah Çarlz Vili bir neçə gün əvvəl "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda da iştirak edib. O, həmin forumda "feyk nyus"ları ifşa etməkdə beynəlxalq səyahətçilərin rolunu vurğulayıb, bir sıra xarici media orqanlarında Qarabağ barədə təqdim olunan saxta məlumatlarla yerində gördükləri arasında kəskin fərqi izah edib.

Dünya miqyaslı dörd nəhəng səyyah klubundan biri olan "Most Traveled People" (MTP) səyahət klubunun 35 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhəri ilə də tanış olub. Eyni zamanda Ağdamda erməni vandalizmini öz gözləri ilə görüblər. Əlbəttə, Xankəndi, Xocavənd, Cəbrayıl, Şərqi Zəngəzur səfərində də həm erməni vandalizminin izlərinə şahidlik ediblər, həm də aparılan tikinti-quruculuq, bərpa işləri ilə tanış olublar. 

Təbii ki, bu səyyahlar öz ölkələrinə döndükdən sonra gördükləri gerçəkləri olduğu kimi çatdıracaqlar. Bu səyyahların arasında şair, yazıçı, rəssam, heykəltəraş var. Azad ərazilərimizdə gördükləri mənzərələri əsərlərə köçürə, rəssamlıq nümunələri yarada bilərlər. Yəni məsələ onların gördüklərinin sənət əsərlərinə köçürülməsidir ki, bu çox maraqlı olardı. Həm də dünyaya gerçək bir informasiya vermək baxımından böyük əhəmiyyət daşıyardı. 

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, dünyanın bir sıra qədim və orta əsr, eləcə də müasir səyyahları Azərbaycanda olublar. Məsələn, tanınmış norveçli səyyah, məşhur etnoqraf və alim-antropoloq Tur Heyerdalın Azərbaycana səfəri, ölkəmiz haqda dedikləri çox qiymətli mənbə rolunu oynayır. Məsələn, Tur Heyerdal 1980-2000-ci illər arasında bir neçə dəfə Azərbaycana səfər edib və həyatının son illərini Qafqaz və Skandinaviya arasındakı qədim əlaqələrə yönəldilmiş layihələr üzərində işləyib. Onu Azərbaycanda cəlb edən məhz Qobustanın qayaüstü qayıq təsvirləri olub. O, Qobustanda qaya üzərindəki oymalardan heyrətə gələrək, Qobustanı "açıq səma altında muzey" adlandırıb. 

Fransız yazıçısı-səyyahı Aleksandr Düma da səyyah kimi Azərbaycana gəlmişdi, onun dediklərindən hələ də istifadə olunur.  Azərbaycana səyahət edən italyan səyyahı Marko Polonun (XII əsr),  Azərbaycanda keçirdiyi günlərini "Səyahətnamə" adlı kitabında qeydə alan görkəmli türk səyyahı Övliya Çələbinin (1646-1666), X-XI əsr ərəb səyyahları İstəxri və İbn Haqvəlin, XIII əsr flamand səyyahı rahib Rubrik Vilehelmin, XIV-XV əsrlərdə yaşamış Şərqin tanınmış səyyah, coğrafiyaşünas və astronomu Əbdürrəşid Bakuvinin son dərəcə zəngin məlumatlarından bu gün də geniş istifadə olunur. 

Məşhur Rus səyyahı və tacir Afanasi Nikitin (XV əsr) "Üç dəniz arxasına səyahət" adlı kitabında da Bakıdan bəhs edib. 

XVII əsr alman səyyahı, görkəmli alim Adam Oleari Muğan düzü ilə bağlı müşahidələrində maraqlı qeydlər edib. 

Bir çox səyahətçinin qeydlərində - E.Kempfer (XVII əsr), S.Qmelin (XVIII əsr), P. I Lerx (XIX əsr) - Şirvanşahlar saray kompleksi qeyd olunur. Avropalı səyyahlar E.Kempfer, P.Vilot və başqaları atəşpərəstlərin Suraxanıda yerləşən Atəşgah məbədindən də bəhs ediblər.

Sözümüzün canı odur ki, onlarla səyyah Azərbaycana səyahət edib ölkəmiz, onun təbiəti, insanların yaşayışı, həyat tərzi, mədəniyyətimiz, coğrafiyamız  barədə geniş məlumat verib və onlardan indi də mənbə kimi istifadə olunur.

Heç şübhə yoxdur ki, bu gün Qarabağa və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyyahların yazdıqları da sabah tarixi mənbə rolu oynayacaq və onlardan da istifadə olunub. Təbii, onlar burada görüklərini bir-bir öz yazılarında, sənət nümunələrində əks etdirməklə dağılan qəbirlərin, viran qoyulan yurdların, daşı-daş üstündə qalmayan şəhərlərin harayını gələcəyə çatdıracaqlar, bildirəcəklər ki, bütün bunları erməni vandalları  edib. Həmçinin də dağıdılan yurdlarımızın bərpa prosesini ilhamla qeyd edəcəklər... Çünki səyyahların səfərini əks etdirən videolarda onların münasibətləri, yanğısı üzlərindən oxunur. Səyyahlar arasında gənc bir qız dağıdılmış qəbrə baxıb mütəəssir olur, kövrəlib yanındakına nələrsə deyir...

Aydın Quliyev: "Təki gələnlərin sırasından Çələbilər, Nikitinlər, Heyerdallar çıxsın..."

"Bakı-Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində işğaldan azad olunmuş və bərpa edilməkdə olan rayonlarımız barədə "Təki gələnlərin sırasından Çələbilər, Nikitinlər, Heyerdallar çıxsın..."  başlıqlı paylaşım edib.  A.Quliyev yazır: "İşğaldan azad olunmuş və bərpa edilməkdə olan rayonlarımıza - əsasən  Şuşaya, Xankəndiyə, Xocalıya xaricdən səyyahlar dəstəsinin gəlişinin ayrı məzmunu var. Bu işin tarixi qaynaqları və  perspektivləri də maraqlıdır. Hazırda dünyanın tanınmış səyyah qruplarından biri sayılan "Ən səyahətcil insanlar" qrupu rayonlarımızdadır.

Onların arasında müxtəlif peşə təmsilçiləri var. Şairlər, yazıçılar, heykəltəraş və rəssamlar da olmamış deyil. Yəni onların hərəsinin bu torpaqlarda gördüklərini tarixi yaddaşlara yazaraq mənəvi irsə çevirmək üçün hansısa imkanı, gücü, qabiliyyəti var. Bizə də elə lazım olan bu deyilmi? Ümumiyyətlə, səyyahların təəssüratları həmişə qiymətli məlumat və bilgi mənbəyi olub.

XV əsrdə Şamaxıya gəlmiş rus səyyah Afanasi Nikitinin ölkəmiz haqqında təəssüratları hansısa bir dövrdə insanlar üçün müəyyən bələdçi rolu oynadı. XVII əsrdə İstanbuldan gəlmiş səyyah Övliya Çələbi 10 cildlik əsərinin 2- ci cildində Azərbaycan haqda qiymətli məlumatlar toplayıb. XX əsrdə məşhur Norveç səyyahı Tur Heyerdalın isə Azərbaycana səfərinin nəticələri çoxlarına bəllidir.

Səyyahlar bu gün də gəlir. Onların Qarabağ haqda yazdıqları, gördükləri, yaydıqları, danışdıqları nə vaxtsa Nikitinin, Çələbinin, Heyerdalın irsi qədər ölkəmiz üçün əhəmiyyətli rol oynaya bilər. Təki gələnlərin sırasından Çələbilər, Nikitinlər, Heyerdallar çıxsın..."

Faiq Balabəyli: "Bu gün azad ərazilərimizə səfər edən səyyahların da özlərindən əvvəlkilərin yolu ilə gedib, gördüklərini real şəkildə bugünkü və sabahkı nəslə çatdıracaqlarına ümid edirəm" 

Müstəqil.az saytının baş redakoru Faiq Balabəyli də "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, bütün dövrlərdə səyyahlar səyahət etdikləri ayrı-ayrı ölkələrin, məmləkətlərin həm kəşf olunmasında, həm tanıdılmasında, həm də onların əraziləri barədə gələcək nəsillərə çox mühüm məlumatlar veriblər. "Tarixdən də, ədəbiyyatdan da məlumdur ki, ayrı-ayrı qitələrin, materiklərin, ölkələrin kəşf olunmasında səyyahların böyük rolu olub və onlar haqda məlumatların günümüzə qədər gəlib çatmasında əvəzsiz əməyi olub. Bu məsələdə səyyahlar xüsusi əhəmiyyətə malikdir. Bilirsiz ki, qədim dövlərdən başlayaraq Azərbaycana dünyanın müxtəlif ölkələrindən səyyahlar gəlib, onlar ölkəmiz barədə çox dəqiq və maraqlı məlumatlar toplayıblar. Bu gün də qədim dövr və orta əsr səyyahlarının Azərbaycanla bağlı yazdıqları dünyada maraqla qarşılanır. Təsadüfi deyil ki, biz özümüzlə, tariximizlə bağlı çox maraqlı məlumatları o səyyahların, salnaməçilərin qeydlərindən oxuyuruq. 

Günümüzdə də beynəlxalq səyahətçilər ölkəmizə maraq göstərir. "Most Traveled People" (MTP) səyahət klubunun 35 nəfərlik heyətinin Qarabağa və Şərqi Zəngəzura səfəri bizim üçün xeyirli olacaq. Niyə? Çünki onlar obyektivdirlərsə, özlərinin yaratdıqları klubun nizamnaməsinə uyğun addımlar atacaqlarsa, Qarabağın ayrı-ayrı dağılmış  şəhər və kəndlərinin, qəsəbələrinin şəklini, videosunu çəkib onları işğaldan əvvəlki vəziyyətləri əks etdirən şəkillərlə müqayisə edə bilərlər. Bu müqayisə əsasında dünya ictimaiyyətinə çatdırıla bilər ki, Qarabağda, Şərqi Zəngəzurda ermənilər hansı vəhşiliklər törədilib, aqressiv dövlət olan Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları hansı faciələrə səbəb olub. Yəni onlar bütün real vəziyyətləri tamamilə obyektiv şəkildə işıqlandıra bilərlər. Onlar bizim mədəni irsimizin vəziyyəti ilə bağlı da maraqlı məlumatlar verməklə çox böyük işlər görmüş olarlar. Əlbəttə, işğal zamanı dağıdılan maddi-mədəni, tarixi, dini abidələrimiz, kitabxanalarımız, muzeylərimiz, məktəblərimiz və sair barədə də müfəssəl məlumatlar toplayıb onları dünyaya çatdıra bilərlər. Bunların da çatdırılması bizim haqq səsimizin dünyaya çatdırılmasında yardımçı olacaq".

F.Balabəyli qeyd etdi ki, bu səyyahların arasında bu acı mənzərəni əks etdirən əsərlər yaradanlar tapılacaq. F.Balabəylinin sözlərinə görə, qədim və orta əsr səyyahları kimi onlar da Azərbaycan barədə gələcək nəsillərə obyektiv məlumatlar ötürə bilərlər. "Təbii ki, bu səyyahlar arasında Qarabağda və Şərqi Zəngəzurda gördüklərini əsərlərə çevirənlər də tapıla bilər. Necə ki, qədim və orta əsr səyyahları Azərbaycan barədə müşahidələrini əsərlərə, əlyazmalara köçürmüşdü. Hesab edirəm ki, onlar arasında da belələrinin olacağı şübhə doğurmur. Səyyahın əsas missiyası gördüklərini olduğu kimi gələcəyə çatdırmaqdır. Bu gün azad ərazilərimizə səfər edən səyyahların da özlərindən əvvəlkilərin yolu ilə gedib gördüklərini real şəkildə bugünkü və sabahkı nəslə çatdıracaqlarına ümid edirəm".

F.Balabəylinin sözlərinə görə, səyyahlar Qarabağda və Şərqi Zəngəzurda erməni vəhşiliyinin bütün detallarını görüblər və onların Bakının mərkəzindəki erməni kilsəsini də görmələri vacibdir: "Onlar görsünlər ki, ermənilər Qarabağda məscidlərimizi, məbədlərimizi viran qoysalar da, Azərbaycan Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlayır. Bunu müqayisə üçün görmələri vacibdir" - deyə F.Balabəyli vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ