çərşənbə günü, 04 noyabr 2026
     

Ermənistan Hindistan silahlarının sınaq poliqonuna çevrildi...

Image


Hindistan və Ermənistan arasında hərbi müstəvidə əlaqələrin genişlənməsi təkcə Azərbaycanda yox, elə Rusiyada da ciddi şəkildə izlənilir. Bu barədə danışmazdan öncə qeyd edək ki, hazırda hind silahlarının əsas alıcılarından biri qismində məhz Ermənistan çıxış edir. Hindistan hökuməti bildirib ki, Ermənistanın Hindistanın silah istehsalçıları ilə son bir neçə ildə imzaladığı müqavilələrin ümumi dəyəri 600 milyon dollara çatıb.

Rusiyanın TASS xəbər agentliyi Hindistanın Maliyyə Nazirliyinə istinadla yazır ki, Ermənistan bu ölkənin silah istehsalçıları ilə "Pinaka" zenit-raket sistemlərinin və "Akash" antitəyyarə qurğularının alınmasına dair müqavilələri imzalamaqla Hinsdistan silahının ən böyük idxalçısına çevrilib. "Indian Aerospace Defense News" saytı 2024-2025-ci illər üçün 600 milyon dollar rəqəmini təsdiqləsə də, müqavilələrin təfərrüatlarına varmayıb. Qarabağda 2020-ci il müharibəsindən bəri Ermənistan Hindistanla ikitərəfli hərbi əməkdaşlığını dərinləşdirib. Bəzi məlumatlara görə, milyonlarla dollarlıq kontraktlarda təkcə "Pinaka" sistemlərinin deyil, haubitsaların, tank əleyhinə raketlərin və antidron avadanlığının alınması nəzərdə tutulub. Hindistanın müdafiə mövzularında xəbərlər yayan bir saytı ötən sentyabrda yazmışdı ki, Ermənistan növbəti üç il ərzində Hindistandan 90 ədəd ATAGS haubitsaları almalıdır. Bu da xəbər verilirdi ki, onlardan 6-sı artıq Ermənistana çatdırılıb. Bu ilin may ayında İrəvanda Hindistanın hərbi rəsmilərinin iştirakı ilə ilk Hindistan-Ermənistan "müdafiə məsləhətləşmələri" keçirilib. Tərəflərin yaratdığı "işçi qrup" 2024 və 2025-ci illər üçün birgə hərəkət planını hazırlayır. İrəvanla Nyu Dehli arasında hərbi əməkdaşlığa təkcə silah təchizatı deyil, hərbi təlimlər, o cümlədən "taktiki məşqlər" və "təcrübə mübadiləsi" daxildir. Xatırladaq ki, uzun illər ərzində Rusiya Ermənistanın əsas silah təchizatçısı olub. Lakin Rusiyanın başı Ukraynadakı müharibəyə qarışdığı bir vaxtda Ermənistan başqa silah satıcılarının axtarışına başlayıb. 2022-ci ilin sentyabrından bəri Ermənistan Hindistanla azı 400 milyon dollarlıq müdafiə kontraktları imzalayıb. Ermənistan ordusunun Hindistandan artilleriya sistemləri, tank əleyhinə raketlər, antidron avadanlığı alacağı bildirilir. 2023-cü ilin oktyabrında isə Ermənistan Fransa ilə iki silah sazişi imzalayıb. İrəvanın Fransanın "Thales" şirkətindən üç qabaqcıl radar sistemi alacağı gözlənir. İrəvan daha öncə Moskva ilə 400 milyon dollarlıq Rusiya silahı alınması üzrə kontraktlar bağlayıb. Lakin erməni rəsmiləri ötən il gileylənirdi ki, Ermənistan hələ də həmin silahları ala bilməyib. İki aparıcı ermənistanlı deputatın yanvarda dediyinə görə, Rusiya artıq silahların ilk partiyasını yola salıb. Rusiyanın Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov Ermənistanı Hindistan və Fransa silahlarını almaqdansa, başqa istiqamətlərdə düşünməyə çağırıb: "Ermənistanın alqı-satqısı başı qoparılmış ilana bənzəyir və mənasız ziqzaqlar yaradır, Fransada nəsə ələ keçirməyə çalışır, Hindistanda nə isə dəhşətli cəhənnəmdir. Bunların gösəriciləri Latın Amerikasında vertolyot qəzalarıdır. Hindistan bir vaxtlar silahlarını hətta pulsuz "satmağa" da hazır idi və ilk olaraq onları  Ermənistan aldı". O, hind silahları ilə bağlı baş verənləri mənasız hesab edir. Puxov qeyd edib ki, daha az açıqlanan, lakin effektiv silahlar var, məsələn, serb mərmiləri və ya Bolqarıstan tank əleyhinə qumbaratanları: "Hazırda Rusiya Ermənistanı bəzi silah növləri ilə təmin edə bilməz, lakin unikal hərbi təcrübə verə bilər. Nə Hindistan, nə də Fransa bu təcrübəni təmin edə bilməz, çünki onlar özləri bu məsələdə körpədirlər". Puxov Ermənistana maliyyəni bir neçə hərbi layihənin həyata keçirilməsinə cəmləməyi, resursları onlarla sövdələşməyə səpələməməyi tövsiyə edib. Qeyd edək ki, Hindistan hazırda qlobal silah bazarında satıcı deyil, alıcı kimi tanınır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu qeyd edi rki, müəyyən illər ərzində Hindistan dünyanın ən böyük silah idxalçısı olub. 2014-2018 və 2019-2023-cü illər arasında Hindistan silah idxalını 4,7% artırıb və son 20 ildə onların alınmasına 60 milyard dollardan çox vəsait xərcləyib. Yəni Ermənistana silah satan Hindistan özü də başqa ölkələrdən silah alır və raket, təyyarə və hərbi gəmilərin istehsalı üçün lazım olan kritik texnologiyalara malik deyil. Əksinə, Hindistan silah almaqla onların istehsalı üçün istifadə olunan texnologiyaları da əldə etməyə çalışır. Hindistan ordusunun silah arsenalının 65%-i Rusiyadan alınan silahlardan ibarətdir. Bu fonda Hindistanın Ermənistana satdığı və döyüş sınaqlarından keçməmiş eksperimental silahların əksəriyyətinin – "Akash hava hücumundan müdafiə sisteminin, ATAGS haubitsalarının və "MARG 155" özüyeriyən haubitsalarının keyfiyyəti və dəqiqliyi ciddi şübhələr yaradır. Hindistanın Ermənistanı bu silah və texnikanın sınaq poliqonu kimi qəbul etməsi də diqqətdən yayınmır. Digər tərəfdən, Ermənistan Hindistandan yüksək qiymətə və keyfiyyət zəmanəti olmadan silah alır.  Burada Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanın bir müddət əvvəl dedikləri də xüsusi diqqət cəlb edir. Mövcud hakimiyyətin hərbi-siyasi sahədə siyasətini tənqid edən Karapetyan Hindistandan alınan silahların bir ildir Ermənistanda olduğunu, lakin yararsız vəziyyətdə olduğunu bildirib: "Mənim sənədim var ki, artıq bir ildir ki, Hindistan istehsalı olan silahları təmir edib istifadəyə yararlı vəziyyətə gətirmək mümkün deyil".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ