çərşənbə günü, 04 noyabr 2026
     

Qərb və Rusiya Gürcüstanda vuruşda - Çin oyuna girdi...

Image


Azərbaycanın enerji resurslarının Qərbə nəqlində əsas tranzit məkan olan qonşu Gürcüstan uğrunda Qərb və Rusiyanın çəkişməsi getdikcə gərgin xarakter alır. "Xarici təsirin şəffaflığı haqqında" məlum qanun Tiflisin Qərblə münasibətlərini xeyli gərginləşdirib. 

Gürcüstanın bu mübahisəli qanun layihəsi həftələrdir davam edən kütləvi etirazlar, ABŞ və Avropa İttifaqının ölkənin gələciyi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, qanuna çevrilib. Bu da o deməkdir ki, ABŞ və Avropa İttifaqı hələlik Gürcüstanda öz hədəflərinə çatmaqda çətinlik çəkir. 

Belə vəziyyətdə bu günlərdə Rusiya kəşfiyyatı Gürcüstanın hakim partiyasının liderlərinə, xüsusilə də milyarder Bdzina İvanişviliyə qarşı sui-qəsd hazırlanması barədə məlumat aldığını bəyan edib. Moskva Gürcüstanda Qərbin planı üzrə hakimiyyət çevrilişinə cəhd göstəriləcəyi təqdirdə, qonşu ölkəyə yardım etməyə hazır olduğunu bəyan edib. Kreml vurğulayıb ki,  rəsmi Tiflis yardım üçün Rusiyaya müraciət edərsə, dərhal uyğun reaksiya veriləcək. Qərb və Rusiya Gürcüstan uğrunda çəkişdikləri vaxtda meydana digər oyunçu çıxıb və o, sözdən çox əməldə qonşu ölkədə təsirini artırır. Söhbət Çindən gedir. Çin infrastruktur layihələrinə sərmayə qoymaqla Gürcüstanda təsirini artırmaqda davam edir. Çin tərəfindən Anaklia dəniz limanının və Vazianidə yeni beynəlxalq hava limanının tikintisi təkcə iqtisadi təşəbbüslər deyil, həm də mürəkkəb geosiyasi oyunun elementləridir. Yeni hava limanının Gürcüstanın ən böyük hərbi bazası və NATO-Gürcüstan təlim mərkəzinin yaxınlığında yerləşməsi ABŞ və NATO ilə münasibətlərə mümkün təsirləri ilə bağlı suallar yaradır. Gürcüstan Müdafiə Nazirliyi hava limanının tikintisinin hərbi bazanın fəaliyyətinə mane olmayacağına əmin edib. Ümumiyyətlə, Gürcüstan və Çin arasında münasibətlər son vaxtlar xeyli intensivləşib. Ölkələr arasında ticarət dövriyyəsi 2 milyard dollara çatıb, Çinin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Zhou Jian iki ölkə arasında strateji tərəfdaşlığın görünməmiş səviyyəyə çatdığını, Çin tərəfinin Vaziani hava limanı layihəsində iştirak etməyə hazır olduğunu vurğulayıb: "Əlverişli coğrafi mövqe bir çox Çin şirkətlərinin diqqətini cəlb edir. Qarşılıqlı istək olarsa, Çin tərəfi Vazianidə hava limanı layihəsinin hazırlanmasında iştirak etməyə hazırdır". Dəyəri 1,26 milyard dollar olan yeni beynəlxalq hava limanı ildə 19 milyon sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulub. İqtisadiyyat naziri Levan Davitaşvilinin sözlərinə görə, belə sərnişin axını 2050-ci ilə qədər gözlənilir. Bir sıra gürcü ekspertlər, o cümlədən hərbi ekspert İase Zautaşvili Çinin Vazianidə yeni hava limanı tikmək planlarından narahat olduqlarını bildirib. Zautaşvili Tiflis hava limanını idarə edən Türkiyənin "TAV Urban Georgia" şirkəti ilə münaqişədən və investisiya layihəsi üçün təhlükədən ehtiyat edir. "TAV Urban Georgia"nın Gürcüstanla müqaviləsi 2027-ci ildə başa çatır, lakin uzadıla bilər. Orada Tiflis hava limanından 150 kilometr radiusda yeni hava limanlarının tikintisinin qadağan edilməsi nəzərdə tutulur. Gürcüstan müxalifəti həm də NATO-nun Vazianidəki hərbi bazası və təlim mərkəzinin bağlanmalı olacağından ehtiyat edir. Anaklia İnşaat Konsorsiumunun keçmiş rəhbəri və "Lelo" partiyasının lideri Mamuka Xazaradze Gürcüstanda yeni hava limanının tikintisi planlarından dərin narahatlığını ifadə edib. O hesab edir ki, alternativ təklif etmədən mövcud hərbi hava limanının bağlanması, əslində, Gürcüstanın hərbi infrastrukturunun inkişafına böyük sərmayə qoyan NATO ilə əməkdaşlıqdan imtina deməkdir. Xazaradze həmçinin Çinin aeroportun tikintisinə cəlb edilməsi qərarını tənqid edir və bunu geosiyasi səhv adlandırır. Onun fikrincə, strateji obyektlərin Rusiyanın müttəfiqi olan ölkəyə verilməsi ciddi fəsadlarla doludur. O, həmçinin magistralın Rikoti aşırım hissəsinin tikintisinin illərlə yubanmasını əsas gətirərək, Çin şirkətlərinin etibarlılığına şübhə etdiyini  bildirir. Xazaradze hesab edir ki, yeni hava limanı layihəsi ilk növbədə ölkənin inkişafına deyil, hakimiyyətin zənginləşdirilməsinə yönəlmiş korrupsiya sxemidir.

Gürcüstan Müdafiə Nazirliyi hava limanının tikintisinin hərbi bazanın fəaliyyətinə mane olmayacağına əmin edib: "Vaziani ərazisində yeni mülki hava limanının tikintisi məsələsi Gürcüstan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin Müdafiə Nazirliyinin iştirakı ilə keçirilən iclasında müzakirə olunub". Gürcüstan təkbaşına səhmlərinin 49%-i Çin-Sinqapur şirkətinə məxsus olan dərin dəniz Anaklia limanı və yeni beynəlxalq hava limanının tikintisi kimi irimiqyaslı layihələri həyata keçirə bilmir. Buna görə də, ABŞ Dövlət Departamentinin 2024-cü il üçün İnvestisiya Mühiti Hesabatında öz əksini tapdığı kimi, Gürcüstan investorlara rahat şərait yaradır. Sənəddə deyilir ki, Gürcüstan beynəlxalq ticarət, turizm və nəqliyyatdan faydalanır. Tranzit və logistika prioritet sektorlardır, çünki Gürcüstan 2022-ci ildə Ukraynada əməliyyata başladıqdan sonra Yaxın Şərq-Qərb ticarət dəhlizindən yararlanmağa çalışır:  "Genişlənən Mərkəzi Asiya bazarı həmçinin Avropanı Mərkəzi Asiya bazarına birləşdirən Orta Dəhliz boyunca nəqliyyatın artmasına səbəb olub və Gürcüstan üçün uzunmüddətli artım mənbəyi ola bilər, xüsusən də strateji infrastruktura və regional əməkdaşlığa sərmayə qoyuluşu buna səbəb ola bilər". Çin səfiri Zhou Jianın qeyd etdiyi kimi Gürcüstan son 10 ildə "Bir kəmər, bir yol" təşəbbüsünə cavab verən ilk ölkələrdən biridir. Buna görə də Çin Tiflisin əsas investorlarından birinə çevrilib. Ekspertlərin fikrincə, Gürcüstan xarici siyasətdə öz yerini axtarır, NATO və Aİ ilə münasibətləri inkişaf etdirməkdə çətinliklərlə üzləşir. Gürcüstanda NATO-nun hərbi təlimlərinin ləğvi və xarici agentlər haqqında qanun qəbul edilməsi kimi son hadisələr vəziyyəti mürəkkəbləşdirib. Bu arada, Gürcüstan ordusunun hərbi standartlara görə NATO ölkələrinə çatdığı bildirilir. Amma Abxaziya və Cənubi Osetiya ilə münaqişənin həll olunmaması səbəbindən yaxın gələcəkdə NATO-ya daxil olmaq gözlənilmir. Gürcüstan hakimiyyəti ölkənin 2030-cu ilə qədər Aİ-yə üzv olmağa tam hazır olacağını desə də, Aİ ilə münasibətlər xarici agentlər qanunu səbəbindən yavaşlayıb. Parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, Aİ Asiyadan Avropaya tranzit daşımalarda oynadığı rola görə Gürcüstana minnətdar olmalıdır. Gürcüstan özünün və regional maraqlarına arxalanır. Belə ki, Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniya 2024-cü ildə Buxarestdə Xəzər dənizi ilə Qara dəniz arasında beynəlxalq nəqliyyat marşrutunun yaradılmasına dair dördtərəfli hökumətlərarası saziş imzalamağı planlaşdırır. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi üçün Azərbaycan, Macarıstan və Rumıniya ilə birgə layihə də nəzərdən keçirilir. Gürcüstan həm də Azərbaycanın Aİ-yə neft tədarükünün birbaşa iştirakçısıdır. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ