çərşənbə günü, 04 noyabr 2026
     

Rusiyada miqrantların daha çətin dövrü başladı - ölkəyə axın sürətlə azalır...

Image


Rusiya Dövlət Duması Rusiyada miqrantlara nəzarəti sərtləşdirən qanun layihələri paketini qəbul edib. Buna əsasən, polisə əcnəbiləri ölkədən çıxarmaq qərarı vermək icazəsi verilib. Miqrantlar üçün onların hüquqlarını kəskin məhdudlaşdıran xüsusi deportasiya rejimi də  tətbiq olunur.

Yaşayış izni, yaxud viza olmadan ölkədə qalma müddəti 180 gündən 90 günə salınıb. Bu qanun layihələri qəbul olunanadək ölkədən çıxarılma barədə yalnız məhkəmələr və sərhəd xidməti qərar verə bilərdi. Rusiyada hüquqi əsaslar olmadan qalan, yaxud cinayətlər törətməkdə təqsirləndirilən əcnəbilər üçün xüsusi hüquqi rejim tətbiq olunur. "Deportasiya rejimi"ndə olan əcnəbilərin bank hesabları və biznes açması, avtomobil idarə etməsi, nikah bağlaması, digər regiona köçməsi qadağan olunacaq. Polis onların yaşayış yerinə ordersiz gedə bilər. Məhkəmənin sanksiyası olmadan onları texniki nəzarət qurğuları vasitəsilə izləməyə icazə verilir. Polis əməkdaşları bu şəxslər barəsində hətta kommersiya sirri sayılan informasiyanı, bank, vergi məlumatlarını istəyə bilər. Hüquq müdafiəçilərinin fikrincə, bu rejim miqrantları Rusiya ərazisində hüquqsuz edəcək. Qanun layihələri Dövlət Dumasına "Crocus City Hall" mərkəzinə hücumdan sonra təqdim olunub. Həmin hücumda 145 nəfər həlak olub, azı 500 nəfər yaralanıb. Hadisəyə görə Orta Asiya ölkələrindən bir neçə nəfər ittiham olunur. Bu hücumun ardınca Rusiyada hakimiyyətin miqrantlara qarşı ritorikası kəskin dəyişib. Orta Asiya ölkələri vətəndaşlarına Rusiyaya getməmək tövsiyə olunur. Dumanın spikeri Vyaçeslav Volodin deyib ki, hazırda deputatlar 25 miqrasiya layihəsinə baxır. Bu arada onu da qeyd edək ki, Rusiyaya miqrant axını son 10 ildə ən aşağı həddə düşüb. Ekspertlər bunu 2008-ci il böhranı, 2014-cü ildə Krımın ilhaqı və COVID-19 pandemiyasından bəri dördüncü azalma dalğası adlandırır. Rusiya statistika orqanının məlumatına görə, 2023-cü ildə ölkəyə 560 min nəfər gəlib. Bu isə Ukraynada müharibə başlayan 2022-ci ildəkindən 23 faiz azdır: onda Rusiyaya 730 min nəfər gəlmişdi. Rusiyaya gələnlərin üçdə biri Tacikistandan, 10 faizi Qırğızıstandan, 9 faizi Ukraynadan, Ermənistan və Qazaxıstandan, 4 faizi isə Özbəkistandandır. Belarus, Çin, Türkmənistan, Hindistan və digər ölkələrdən gələn miqrantlar da var. 2023-cü ildə Rusiyaya gələnlərin 55 faizi kişilər, 45 faizi qadınlar olub. Onların əksəriyyəti, 76 faizi əmək qabiliyyəti yaşında gəlib. Miqrantların 11 faizi yaşlılar, 13 faizi isə yaşı 16-dan aşağı olanlardır. Miqrantların çoxunun Moskva və Tümen vilayətlərinə, həmçinin Xantı-Mansi muxtar dairəsinə gəldiyi açıqlanıb, ümumi miqrant sayının 57 faizi bu ərazilərin payına düşür. Bundan öncə Tomsk vilayətində miqrantların 20 sahədə, o cümlədən taksi, ticarət, ərzaq təchizatı, təhsil, idman, mühafizə, mehmanxana, personal seçimi sahələrində işləməsi qadağan edilib. "Agentstvo"nun hesablamasına görə, Rusiya regionlarının üçdə birində, o cümlədən Ukraynadan ilhaq olunmuş Krımda miqrantların işləməsinə məhdudiyyətlər tətbiq edilib.

Bununla yanaşı, Rusiyanın Milli İşlər üzrə Federal Agentliyi miqrantlara qarşı öz ana dillərindən istifadəni kəskin şəkildə məhdudlaşdıran və onları ictimai yerlərdə namaz qılmaqdan və ya dini məqsədlər üçün heyvan qurban verməkdən çəkindirən yeni davranış qaydaları tətbiq edir. Ölkənin bəzi regionlarında Milli İşlər üzrə Federal Agentliyin yaratdığı 70 dəqiqəlik kurs çərçivəsində miqrantlara xüsusi seminarlarda ciddi qaydalar və davranış kodeksi öyrədilir. Mühazirədə təsvir olunan qaydalara rus dilini və ölkənin miqrasiya qanunvericiliyini mütləq bilmək, ruslar haqqında danışarkən öz ana dilindən istifadə etmək qadağası, əks cinslə fit çalmağın qadağan edilməsi daxildir. Mühazirəçilər həmçinin miqrantlara Rusiya Silahlı Qüvvələrində müqavilə əsasında xidmət etməklə "sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığını əldə etmək" imkanını xatırlatmalıdırlar. Həmçinin ekstremist kimi tanınan şəxslər və ya terror fəaliyyətində iştirak edən şəxslərlə ünsiyyətin yolverilməzliyi barədə xəbərdarlıq edilir. Onu da xatırladaq ki, 2023-cü ilin oktyabrında Dövlət Dumasına təqdim olunmuş qanun layihəsində xarici vətəndaşların məktəblərdə, əczaçılıq sahəsində, dövlət tibb ocaqlarında, taksi və yük daşımalarında işləməsinin yasaqlanması təklif olunur. "Crocus City Hall"da teraktın Tacikistan vətəndaşları tərəfindən törədilməsi haqda rəsmi versiya yayılandan sonra Rusiyada miqrantlara ksenofob münasibət kəskinləşib. Bəzi regionlarda hüquq-mühafizə orqanları əcnəbi işçilərin yaşayış və iş yerlərində reydlər keçiriblər. Bəzi hallarda miqrantları hərbi komissarlıqlarda qeydiyyata salıblar. Moskva əməkçi miqrantları ölkədən çıxmağa vadar etməkdən ötrü onları Ukraynadakı müharibəyə göndərir. Bunu Peterburqda beynəlxalq hüquq forumunda İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin söyləyib. Dediyinə görə, Rusiya vətəndaşlığı ala bilmiş 10 minə yaxın miqrant orduya cəlb olunub. Rusiya vətəndaşları və Rusiya pasportu alan ortaasiyalıların çoxu Ukraynadakı döyüşlərə cəlb olunmaqdan yayınmaq üçün Rusiyadan qaçmağa çalışır. Bu halda Avropa İttifaqı ölkələrinə gedərək sığınacaq istəmək çox halda ən yaxşı seçim olur. Onlar sərhədi qanunsuz keçərək hökumət nümayəndələrinə təslim olur, humanitar vizaya müraciət edir və adətən gözləmə müddətində xüsusi düşərgələrə, bəzənsə hətta həbsxanalara göndərilirlər. Bütün bu müddətdə onlar müraciətlərinin qəbul olunacağına ümid bəsləyirlər. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ