çərşənbə günü, 04 noyabr 2026
     

Bakı fransız və holland müstəmləkəçiliyinə qarşı mübarizənin əsas mərkəzinə çevrilir...

Image


Məhərrəm Zülfüqarlı: "BTQ-nin Niderland koloniyalarına dəstək verməsi müsbət haldır və hesab edirəm ki, biz bunun uğurlu nəticəsinə şahidlik edəcəyik"

Günümüzdə hələ də başqa xalqları və kiçik ölkələri öz müstəmləkəsi altında saxlamağı davam etdirən Qərb dövlətləri mövcuddur. "Demokratiya" və "insan haqları"nı əlində bayraq edən Fransa, Niderland (Hollandiya) kimi ölkələr müstəmləkəçilik siyasətini dayandırmaq istəmirlər. 

Bilirik ki, Hollandiya əsrlər uzunu İndoneziya, Seylon, Şimali Amerika ərazilərini əsarətdə saxlayıb və hazırda da  koloniyaları qalır. 

Bakı Təşəbbüs Qrupu Niderlandın koloniyalarına dəstək verməyə başlayıb. Bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində Bakı Təşəbbüs Qrupunun paralel tədbirində deyib.

O məlumat verib ki, BTQ bundan sonra da həmin istiqamətdə fəaliyyəti davam etdirəcək, koloniyaların müstəqillik mübarizəsinə dəstək göstərəcək.

İndiyə qədər Bakı Təşəbbüs Qrupu tərəfindən  fransız kolonyalarına dəstək verilməsi əsas məsələlərdən biri idi, təbii ki, yenə də bu istiqamətdə proses davam edir. Bura bir ölkə də əlavə olunub. İndi Bakı Təşəbbüs Qrupu Niderlandın da müstəmləkələrinin azad olunmasına dəstək verməyə başlayıb. Bu yeni səhifədir və nə kimi perspektiv vəd edir? 

"Biz beynəlxalq hüquqa söykənərək bu addımı atırıq, yəni burada Azərbaycanın atdığı addımlar tamamilə qanunidir" 

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, müstəmləkəçilik siyasəti daim tənqid olunan siyasət olub. "Bu siyasət Avropa ölkələri tərəfindən orta əsrlərdən başlayıb. Rusiyanın isə işğalçılıq siyasəti Kiyev Rus Dövləti yaranandan - IX əsrdən başlayıb. Zaman-zaman Azərbaycan üzərinə gəliblər, Şirvanşahlar, Salarilər dövlətinə qarşı işğalçı yürüşlər ediblər. Stepan Razinin rəhbərlik etdiyi quldur dəstələri Azərbaycan üzərinə basqınlar ediblər, ölkəmizi talamaqla məşğul olublar. Amma işğalçı rusların əraziləri tutub o ərazilərdə oturması isə əsasən XVI əsrdən - IV İvanın vaxtından başlayıb. Volqaboyu əraziləri, Sibir, Kazan və Həştərxan xanlıqlarını,  sonra isə   Qafqazı, Orta Asiyanı və digər əraziləri işğal ediblər. 

Müstəmləkə siyasəti odur ki, əraziləri işğal edib əhalini kölə vəziyyətinə salırlar, həmin ərazilərin sərvətlərindən istədikləri kimi istifadə edirlər və sair. Qərb ölkləri də daim insan haqlarından, humanizmdən danışdıqları bir vaxtda  XXI əsrdə hələ də bunların müstəmləkələri qalmaqdadır, hələ də müstəmləkə siyasətləri davam etməkdədir. Sual oluna bilər ki, Azərbaycan buna niyə indi diqqət edir? Əvvəllər məgər biz bunu görmürdük? Görürdük, sadəcə bizim böyük problemlərimiz vardı, həmişə torpaqlarımızı azad etmək uğrunda mübarizə aparırdıq, diqqətimiz də əsasən Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə yönəlmişdi. Lakin 44 günlük müharibədə qazandığımız böyük Zəfərdən, 23 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyümüzü təmin etdikdən sonra baxdıq ki, Qərb ölkələri, xüsusən də Fransa, ona müttəfiq olan bir sıra Avropa ölkələri, o cümlədən də Niderland ermənipərəst siyasət yürüdür. Erməniyönlü siyasət yürütməklə  ermənilərin guya pozulmuş hüquqlarını müdafiə etməyə cəhd edirlər, "millətlərin öz müqəddəratını təyin etmək" hüququnu ortaya atırlar. Bəli, bu zaman Azərbaycan tərəfi onlara öz yerini göstərməyi lazım bildi. Azərbaycan bunlara bildirir ki, millətlərin öz müqəddəratını təyin etmək hüququnu doğrudan da müdafiə edirsizsə, onda niyə müstəmləkələrə azadlıq vermirsiniz? Müstəmləkələri soymaqla, oradakı əhalinin hüquqlarını pozmaqla, o ərazilərin sərvətlərini istədikləri kimi istifadə etməklə məşğuldurlar. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, o ölkələr isə özlərindən minlərlə kilomert aralıda müstəmləkələr saxlayırlar. Necə ola bilir ki, siz özünüzdən çox-çox uzaqlarda yerləşən əraziləri, yerli xalqları öz müstəmləkəniz altında saxlayırsınız, sərvətlərini istismar edirsiz, amma Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyi üçün siz buna düşmən münasibət bəsləyirsiniz? Demək istəyirəm ki, Azərbaycan artıq güclü dövlət kimi öz hüquqlarını müdafiə edə bilir və beynəlxalq hüquqa söykənərək də bunların layiqli cavabını verir". 

M.Zülfüqarlı bildirdi ki, müstəmləkə saxlayan ölkələr isə bu suallara cavab vermək iqtidarında deyillər, çünki bunların məqsədi sömürgəçilik siyasətini davam etdirməkdir, işğalçı, talançı siyasətlə məşğuldurlar. XXI əsr üçün bunun yaramaz bir siyasət olduğunu deyən M.Zülfüqarlı hesab edir ki, ATQ-nin bu gün Niderlanın müstəmləkə siyasətini ifşa etmək istiqamətində həyata keçirdiyi işlər tamamilə beynəlxalq prinsiplərə söykənir. "Artıq Azərbaycanda  kolonializm siyasətinə qarşı böyük bir mübarizə başlayıb. Niderland da koloniya siyasəti yürüdən Qərb dövləti kimi başqa xalqları, əraziləri əsarət altında saxlayır, sömürgəçilik siyasəti yürüdür. Müsbət haldır ki, müstəmləkəçilik siyasəti ilə mübarizənin mərkəzi Azərbaycandır. BTQ-nin Niderland koloniyalarına dəstək verməsi müsbət haldır və hesab edirəm ki, biz bunun uğurlu nəticəsinə şahidlik edəcəyik. BTQ-nin Niderland koloniyalarına dəstək verməsi müsbət haldır və hesab edirəm ki, biz bunun uğurlu nəticəsinə şahidlik edəcəyik. Biz beynəlxalq hüquqa söykənərək bu addımı atırıq, yəni burada Azərbaycanın atdığı addımlar tamamilə qanunidir"-deyə M.Zülfüqarlı bildirdi.  

O vurğuladı ki, keçən əsrin 60-cı illərində Afrika ölkələri müstəmləkədən azad olundu, o zaman SSRİ öz siyasətinə uyğun şəkildə buna dəstək verirdi, imperalizmi tənqid edirdi. "Halbuki, özü müstəmləkə dövləti idi. SSRİ ərazisində olan 100-dən artıq xalqa qarşı ruslaşdırma siyasəti yeridirdi. Amma buna baxmayaraq, özünü humanist göstərərək Afrika dövlətlərinin müstəmləkədən azad edilməsinə dəstək göstərir, hüquqlarını müdafiə edirdi. Amma indiki zamanda biz tamamilə fərqli siyasət yürüdürük. Biz nə SSRİ kimi başqasının ərazisini işğal edirik, nə başqa xalqları istismar edib onları əsarət altına salırıq, sadəcə, 30 ildən artıq bir dövr ərazində pozulmuş  hüquqlarımızı müdafiə edirik. Bundan sonra da hüquqlarımızın müdafiəsi uğrunda mübarizəmizi davam etdirəcəyik. Qərbi Azərbaycandan qovulmuş 300 mindən artıq azərbaycanlının dədə-baba torpaqlarına qayıtmasını təmin edəcəyik, bundan başqa, azad ərazilərdə məskunlaşmanı davam etdirəcəyik. Yəni bizim siyasətimiz Azərbaycan xalqının, Azərbaycan dövlətinin beynəlxalq hüquqa söykənən hüquqlarını müdafiə etməkdir. Buna qarşı çıxanlara da layiqli cavablarını veririk. Çünki Niderland, Fransa kimi dövlətlərin nöqsanlarını demədikcə, bunlar özünü güclü dövlət hesab edərək başqalarının üstünə ayaq açırlar. Azərbaycan artıq o dövlətlərdən deyil ki, nədənsə çəkinə, kiməsə xoş gəlmək üçün tənqidi fikirlərini söyləməyə, öz hüquqlarını müdafiə edə bilməyə. Artıq o dövrlər çoxdan keçib. Ola bilərdi ki, keçən əsrin 80-ci illərində, 90-cı illərin əvvəllərində belə olsun. Amma indi Azərbaycan güclü dövlətdir, onun Türkiyə, Pakistan kimi müttəfiqi var, Türk dünyası kimi böyük qardaşları var. Hətta Macarıstan kimi böyük bir müttəfiqimiz də mövcuddur. O NATO-nun və Avropa Şurasının, Avropa Birliyinin üzvüdür. Ona görə də Azərbaycan olaraq daim öz mövqelərimizi müdafuiə etməyə davam edəcəyik. Azərbaycanın haqq işinə ögey münasibət bəsləyənlərin, ikili standatlarla yanaşanların isə layiqli cavabını verəcəyik"-deyə M.Zülfüqarlı bildirdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ