çərşənbə günü, 04 noyabr 2026
     

ABŞ prezident seçkilərində dalbadal şok yeniliklər yaşanır...

Image


ABŞ prezidenti Co Bayden noyabr ayında keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini elan edərək, vitse-prezident Kamala Harrisi Demokratlar Partiyasının prezidentliyə namizədi kimi dəstəklədi. Həftələr ərzində zehni vəziyyəti ilə bağlı suallara müqavimət göstərən və prezidentlik yarışından çəkilməyəcəyini deyən prezident Co Bayden noyabr seçkilərində namizəd olmayacağını elan etdi. 

Baydenin yaydığı bəyanatda bu xüsusda deyilir: "Sizə prezident kimi xidmət etmək mənim həyatımın ən böyük şərəfi olub".

Bayden namizədlikdən çəkilərək, geri qalan müddətdə ABŞ prezidenti vəzifəsinə fokuslanmağın Demokrat Partiyasının və ölkəsinin marağında olduğuna inandığını bildirib. O, sosial media paylaşımında partiyanın namizədliyi üçün Harrisə dəstək verdiyini elan etdi. ABŞ prezidenti onun ikinci dəfə seçilməsinə çalışanlara və vitse-prezident Kamala Harrisə gördüyü işə görə təşəkkürünü bildirib. Son vaxtlar səhhətində yaranan problemlərə görə Demokrat Partiyasının nüfuzlu üzvləri və donorları arasında narahatlıq yaranmışdı ki, o bu durumda Respublikaçılar Partiyasından olan namizəd Donald Trampı məğlub edə bilməz. Xüsusən bir neçə həftə əvvəl Trampla debatda daha zəif göründüyü üçün onun seçki marafonundan çəkilməsi ilə bağlı çağırışlar artmışdı. Bu fonda sosial mediada öz partiyadaşlarına müraciətində Bayden builki seçkilərdə prezidentliyə namizəd kimi Kamala Harrisi dəstəkləyib. O bildirib ki, Harrisi 4 il əvvəl özünə vitse-prezident seçməklə özünün ən yaxşı qərarını vermis olub. İndi isə onun prezidentliyə namizəd olmasını istəyir: "Demokratların bir araya gəlib Trampı məğlub etmək vaxtıdır". Beləliklə, ABŞ-da prezident seçkisinə təxminən 100 gün qalmış Co Bayden marafondan çıxıb və Kamala Harrisi Demokrat Partiyasının namizədi kimi dəstəkləyib. Qeyd edək ki, iyunun 27-də rəqibi, respublikaçıların namizəd Donald Trampla debatda zəif, bəzən çaşqın görünən 81 yaşlı Baydenin fiziki və zehni durumu ilə bağlı suallar yaranmışdı. Avqustun 9-21-də Demokrat partiyanın milli qurultayı keçiriləcək. Bir çox demokratlar, o cümlədən keçmiş prezident Bill Klinton Harrisin Demokratlar partiyasından namizəd olmasını dəstəkləyib. Ancaq Harrisin partiyadan namizəd olmaqda hansısa əngəllərlə üzləşib-üzləşməyəcəyi bəlli deyil. Demokrat Milli Komitəsinin sədri Ceym Harrison deyib ki, partiya tezliklə nominasiya prosesilə bağlı şərh verəcək. Onu da qeyd edək ki, Bayden son 50 ildən artıq bir müddətdə partiyadan namizəd olmaqdan imtina edən ilk vəzifədə olan ABŞ prezidentidir. Corc Vaşinqton Universitetində tarixçi və siyasi elmlər professoru Metyu Dallek bildirir: "Əsas məsələ odur ki, Harrisi bir sıra səbəblərdən siyahıda birincilikdən uzaqlaşdırmaq çox çətin olacaq. O, Baydenin dəstəyini alıb. Onun indi kampaniya infrastruktura və kampaniya dollarlarına çıxışı ola bilər. O, dörd ildir vitse-prezidentdir. Çox vaxt qalmayıb. Fikrimcə, Demokrat partiyasının ilk afroamerikalı qadın vitse-prezidenti namizəd kimi ağdərili kişi ilə əvəzləməsi çox çətin ola bilər". Demokratlar hazırda seçkini uduzmağın çox şeyə, hətta demokratiyanın özünə də risq yaratdığını deyirlər. Çünki 2017-2021-ci illərdə prezident olan Tramp NATO-nun birliyinə zərbə vurub, Ali Məhkəmədə siyasi spektrin sağ qanadının çəkisini artırıb, 2020-ci ildə seçkinin nəticələrini dəyişməyə çalışıb. İndi Respublikaçı liderlər dərhal Harrisə Bayden administrasiyası siyasətindən dolayı hücuma keçiblər. Demokratların namizədi seçilərsə, keçmiş prokuror və Kaliforniyadan senator olan 59 yaşlı Harris qaradərili qadın kimi ölkə tarixində ilkə imza atacaq. O, administrasiyada immiqrasiya, seçki hüquqları, reproduktiv hüquqlar kimi bir sıra məsələlərlə məşğul olub. Üç il vəzifədə olduğu müddətdə xaricə azı 12 səfər edib, 150-yə yaxın liderlə görüşüb. O, ötən ay İsveçrədə Ukrayna sülh samitində Birləşmiş Ştatları təmsil edib. Demokratlardan digər mümkün namizədlər kimi Kaliforniyanın qubernatoru Gevin Nyusom, Miçiqandan Qreçen Vitmer, Pensilvaniyadan Coş Şapiro, İllinoysdan Con Pritskerin adları çəkilir.

Harrisin də reytinqi Bayden kimi o qədər də yüksək deyil. Ancaq ekspertlərin fikrincə, onu bir çox amerikalılar yaxşı tanımır, ölkə boyunca seçki tədbirlərində imicini yaxşılaşdıra bilər. Harris özü isə noyabrda keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib: "Prezidentin dəstəyini almaqdan qürur duyuram və namizədliyi irəli sürmək niyyətindəyəm. Seçkilərə qədər 105 günümüz var. Birlikdə mübarizə aparacağıq və qalib gələcəyik". Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizəd Ceyms Devid isə qeyd edir ki, Donald Tramp seçkilərdə demokratlardan rəqibinin kim olmasından asılı olmayaraq qalib gələcək: "Keçmiş prezident Tramp və mən Amerikanı xilas etməyə hazırıq və demokratların kim olacağından asılı olmayaraq bunu edəcəyik". O, Baydeni həyatının ən pis prezidenti adlandırıb, Harrisi isə yalan danışmaqda ittiham edib: "Kamala Harris Baydenin zehni qabilliyyəti barədə 4 il yalan danışıb, həmçinin mənzil və ərzaq qiymətlərini artıran siyasətin həmmüəllifi olub". Donald Trampın oğlu Baydenin seçki yarışından geri çəkilməsini şərh edərkən bildirib: "Kamala Harris Amerika lideri Co Baydendən də səriştəsizdir. Yeganə fərq ondadır ki, Harris Codan daha liberal və daha az bacarıqlıdır və bu, həqiqətən nəsə deyir. Ona sərhədi mühafizə etmək tapşırılıb, amma biz tariximizdə qeyri-qanuni mühacirlərin ən dəhşətli işğalının şahidi olduq". Donald Tramp özü də məsələyə münasibət bildirib: "Kamala Harrisi məğlub etmək Baydendən daha asan olacaq. Cozef Bayden Birləşmiş Ştatların ən pis prezidenti olub. ABŞ onun dövründə çox əziyyət çəkib və Bayden ikinci müddətə namizəd olmağa layiq deyil. Ətrafındakı hər kəs, o cümlədən həkimi və mediası bilirdi ki, o, prezident olmağa yaramır". 

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ