çərşənbə günü, 04 noyabr 2026
     

Sülh üçün Azərbaycandan Ermənistana mühüm təklif... COP29-a qədər önəmli yeniliklər ola bilər

Image


Rəsmi Bakı yüksək səviyyədə bəyan edib  ki, Azərbaycan və Ermənistan daha geniş razılaşmanın müzakirəsini davam etdirən zaman gələcək sülh müqaviləsinin əsas prinsipləri ilə bağlı sənəd imzalamağı müvəqqəti tədbir kimi təklif edir. Bu barədə danışmazdan öncə qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev süıh sazişinin mətninin 80-90 faiz hazır olduğunu deyib, lakin Ermənistanın Qarabağın müstəqilliyinə dolayı istinadı aradan qaldırmaq üçün konstitusiyaya dəyişiklik etmədən onu imzalamağın mümkün olmadığını bir daha vurğulayıb.

"Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində prezident İlham Əliyev qeyd edib: "Azərbaycan öz suverenliyini ötən ilin sentyabrında bərpa etdikdən sonra biz daha üç ay gözlədik ki, Ermənistan nəhayət, danışıqlara yenidən başlasın. Yəni praktiki baxımdan, mahiyyət etibarilə real danışıqlar altı aydır - dekabr ayından başlayaraq gedir və o, xarici işlər nazirləri səviyyəsində həyata keçirilir. Müxtəlif ölkələrdə bir neçə görüş keçirilibdir. Sülh sazişinin mətninə gəldikdə, mənə xarici işlər naziri tərəfindən verilən məlumata görə, mətnin 80-90 faizi razılaşdırılıb. Ona görə də Ermənistan həmin o müddəanı və terminologiyanı oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verdi". Hər iki tərəf sülh sazişində irəliləyiş əldə etməyə çalışır. Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev "Reuters" agentliyinə əsas prinsiplərə dair sənədin müvəqqəti tədbir kimi qiymətləndirilə biləcəyini, ikitərəfli münasibətlərin əsasını təşkil edə və iki ölkə arasında qonşuluq münasibətlərini təmin edə biləcəyini bildirib. Hacıyev əlavə edib ki, sənəd noyabrda Azərbaycanda COP29 iqlim sammiti keçirilənə qədər imzalana bilər. Ermənistanın baş naziri Nikol Paşinyan iyun ayında Azərbaycanla sülh müqaviləsinin tamamlanmaq üzrə olduğunu, lakin ölkəsinin konstitusiyasını dəyişdirmək tələblərini qəbul etməyəcəyini bildirib. Bu açıqlamalardan sonra, kəndlərin Azərbaycana qaytarılması da daxil olmaqla, onun siyasətini pisləyən və istefasını tələb edən etirazlar dalğasının növbəti aksiyasında polislə nümayişçilər arasında qarşıdurma yaranmışdı. İyulun 5-də Ermənistanın Konstitusiya günündə Paşinyan bildirib ki, ölkənin "insanların yaratdığı, qəbul etdiyi, orada yazılanların onların yaratdığı dövlət haqqında və bu dövlətdə insanlar və vətəndaşlar arasında münasibətlər haqda təsəvvürlərini əks etdirən" yeni konstitusiyaya ehtiyacı var. Bu arada qeyd edək ki, Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib. Hikmət Hacıyev bildirib ki, İrəvana rəsmi dəvət göndərilib: "COP29-un prezidenti Muxtar Babayev Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib". O qeyd edib ki, hər iki ölkənin rəsmi diplomatik münasibətləri olmadığı halda bu məktubun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir. Bununla yanaşı,  prezidentin köməkçisi əlavə edib ki, COP29 qlobal səydir və həlledici danışıqlar Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxır: "İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır". 

Baş verənləri şərh edən  Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirir ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi müsbət istiqamətdə gedir: "Yəqin ki, noyabrda COP29-da sülh müqaviləsi imzalamaq olardı. Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivləri kifayət qədər yüksəkdir. Ermənistan Bakının şərtlərini qəbul etməyə hazırdır. Artıq iki ölkə arasında 12 km sərhədin demarkasiyası həyata keçirilib, Ermənistan əvvəllər işğal etdiyi kəndlərini Azərbaycana qaytarıb. Deyə bilərik ki, ikitərəfli sülh prosesi də Ermənistanın istəyi ilə gedir. Əminəm ki, respublikanın hakimiyyət orqanları da Azərbaycana qarşı bütün ərazi iddialarını ölkə Konstitusiyasından çıxaracaq, Azərbaycanın tələb etdiyi budur". O bildirib ki, prinsipcə, Ermənistan hakimiyyəti həqiqətən də Azərbaycanla sülhə sadiqdir: "Baxmayaraq ki, vaxtaşırı Ermənistan hökumətinin nümayəndələri Konstitusiyanın dəyişdirilməsi ilə sülh müqaviləsinin bağlanması prosesinin heç bir əlaqəsi olmadığını deyirlər. Bunun fonunda Ermənistanın baş naziri vaxtaşırı deyir ki, ölkə Konstitusiyasının həqiqətən də dəyişdirilməsi lazımdır, çünki bu, reallıqlara cavab vermir. Noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim konfransına qədər hər şey bu sazişin imzalanmasına doğru gedir. Düşünürəm ki, Paşinyan hər şeyi xalqa necə təqdim edəcəyini və vəziyyətdən necə çıxacağını tapacaq. Hər halda, Ermənistan üçün Azərbaycanla sülh imzalasa, bu, daha yaxşı olar. Ölkə həyatında yeni səhifə açılacaq". İndilikdə politoloqlar Azərbaycanla Ermənistan arasında ümumi müddəları əhatə edən çərçivə sazişinin imzalanmasını vacib hesab edir. Çünki bu halda sərhədlər açıla, delimitasiya prosesi davam etdirilə bilər. Ermənistan bu fonda Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar atmalıdır. Eləcə də Türkiyə ilə Ermənistan arasında münasibətlər tənzimlənəndən sonra erməni ictimai rəyi konstitusiya və referendumun keçirilməsini dəstəkləyəcək. Yalnız o zaman Ermənistan konstitusiyadakı ərazi iddiaları ilə bağlı müddəaları çıxara biləcək. TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman bu xüsusda qeyd edir ki, Azərbaycan Ermənistanla tezliklə sülh müqaviləsinin imzalanması üçün bütün səylərini göstərir: "Ümid etmək istərdim ki, Ermənistan tərəfi də buna eyni addımlarla cavab verəcək. Amma Ermənistanın baş nazirinin Azərbaycan prezidenti İlham Əliyevlə Londonda görüşməkdən imtina etməsi düşünülmüş və çox da perspektivli mövqe deyil". 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ