çərşənbə günü, 04 noyabr 2026
     

Prezident Qarabağ prosesi boyunca şəxsi emosiyalarını idarə etməsəydi...

Image


Sahil İsgəndərov: "Azərbaycan Prezidentinin soyuqqanlı, təmkinli davranışı son nəticədə bizim bütün müstəvilərdə qələbəmizin bir növ əsas şərti oldu"

Prezident İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı torpaqlarımızın azad edilməsi üçün Ermənistan liderləri ilə keçirdiyi görüşlərdən danışıb.

Ermənistanın liderləri ilə dəfələrlə görüşdüyünü, indiki hakimiyyət və ondan əvvəlki prezidentlərlə də danışıqlar apardığını xatırladan Prezident Əliyev qeyd edib: "Baxmayaraq əvvəlki iki prezident Azərbaycana qarşı, xüsusilə də Xocalıdakı soyqırımını törədənlərdən idi, mənim üçün bu, xoşagəlməz hal idi ki, onlarla məcburi əl sıxışırdım. Ancaq mən bunu sülh və ərazilərimizin azad edilməsi naminə edirdim. Prezident olaraq mən bütün şəxsi hisslərimi, bütün emosiyalarımı kənara qoymalı idim. Yəni sən bu vəzifəni daşıyırsansa, emosiyalarını kənara qoyacaqsan. Həmin görüşlər ərazilərimizi bərpa etməyə bizə kömək etdimi?! Məncə, bəli, onların xeyri oldu".

Prezident dedi ki, mən prezident olaraq bütün şəxsi hisslərimi, emosiyalarımı kənara qoymalı idim.

Prezidentin təmkinli, soyuqqanlı siyasəti münaqişənin həllində necə rol oynadı?

"...Ölçülüb-biçilməmiş qərar vermək son nəticədə heç vaxt xalqa və dövlətə xeyir gətirmir, əskinə, ziyan vurur" 

Politoloq Sahil İsgəndərov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, əlbəttə, Azərbaycan Prezidentinin 2-ci Şuşa Qlobal Media Forumunda təmkinliliklə, soyuqqanlılıqla bağlı dediyi ifadələrə məhz yalnız bu günün yox, ümumiyyətlə onun hakimiytyətdə olduğu illərin ümumi kontekstində baxılmalıdır. "Prezidentin səsləndirdiyi fikirlər bu prizmadan nəzərdən keçirilməlidir. Bəli, həqiqətən də, strateji düşüncəyə malik olan siyasətçilər daim öz soyuqqanlılıqlarını qoruyub saxlamalıdırlar və onların soqyuqqanlılığı, təmkini dövlətin, dövlətçiliyin qorunub saxlanılması, inkişafı kontekstində xalqa yalnız xeyir verə bilər. Çünki emosionallıq, tələskənlik, vaxtından tez hansısa bir məsələyə reaksiya vermək, onunla bağlı düşünülməmiş, ölçülüb-biçilməmiş qərar vermək son nəticədə heç vaxt xalqa və dövlətə xeyir gətirmir, əksinə, ziyan vurur. Bəşər tarixində bu cür nümunələr kifayət qədərdir. 

Məsələn, Qarabağ münaqişəsinin həll olunması və nəhayət ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi məsələsinə bunu şamil edəndə  soqyuqqanlı, təkminli olmağın nəticəsi aydın görünür. Azərbaycan Prezidenti hakimiyyətə gəldiyi ilk gündən, ondan da hələ əvvəl ulu öndər Heydər Əliyev Azərbaycanda qüdrətli bir müdafiə ordusunun, Azərbaycanın itirilmiş ərazilərini işğaldan azad etməyə qabil olan bir ordunun yaradılmasına başlayıb. Yeri gəlmişkən, Azərbaycan ordusunun gücü, qüdrəti ilə bu tarixi vəzifənin öhdəsindən gəlmək imkanı 2020-ci ildə yaranmamışdı, o çox-çox əvvəl yaranmışdı. Görün, neçə il əvvəl 2016-cı ilin Aprel döyüşləri də bunu sübut etdi ki, Azərbaycan ordusu  işğalda olan ərazilərini azad etməyə tam hazırdır. Amma məsələ nədədir? Müasur dövrdə bütün müharibələr ilk növbədə döyüş meydanında yox, ondan əvvəl siyasi müstəvidə, siyasi meydançalarda həll olunur. Yəni ilk növbədə sən diplomatik, siyasi uğurların kontekstində döyüş meydanında qalib gəlməyin üçün zəmin hazırlamalısan. Bu da o deməkdir ki, sən həm regional dövlətdə, həm beynəlxalq arenada söz sahibi olan güc mərkəzləri kontekstində, yəni artıq bu müharibənin udulmasına zəmin yaratmalısan. Bu baxımdan ki,  artıq digər ölkələrin güc mərkəzlərinin sənə qarşı   həm siyasi, həm də açıq şəkildə hərbi təzyiqinin neytrallaşdırılması üçün ilk növbədə sən siyasi müstəvidə bu qələbəni hazırlamalısan. Bu nöqteyi-nəzərdən, məhz soyuqqanlılıq və təmkinlilik strateji düşüncəyə malik olan dövlət başçısına xas olan bir xüsusiyyətdir".

S.İsgəndərovun sözlərinə görə, ilk növbədə bunun siyasi təməlini hazırlamaq üçün dövlət başçısı soyuqqanlı, təmkinli olmalıdır. "Azərbaycan Prezidentinin dəfələrlə vurğuladığı kimi, mən nəyi nə vaxt etməyin lazım olduğunu bilirəm. Yəni mən bunu bilirəm, ölçüb-biçirəm. Əsas məsələ budur. Cənab Prezidentin səsləndirdiyi bu bəyanata həmin prizmadan yanaşılmalıdır. Konkret olaraq Azərbaycanın İkinci Qarabağ savaşını udmasında belə yanaşmanın nə dərəcədə düzgün olduğunu, yəni strateji düşüncəyə malik siyasətçiyə xas bir addım, səciyyə olduğunu gördük. İkinci tərəfdən, müstəqil politoloq kimi məni götürsəniz, mən müstəqil politoloq olaraq öz hissimi, emosiyamı, fikrimi istənilən vaxt istənilən səviyyədə göstərə bilərəm. Yəni müstəqil politoloq kimi, yeri gələndə öz fikrimi emosional, yaxud sakit şəkildə də deyə bilərəm. Çünki mən təkcə özümə görə cavabdehəm, məsuliyyət daşıyıram. Amma dövlət başçısı, indiki halda cənab İlham Əliyev dövlət və bütün xalq üçün məsuliyyət daşıyır. Ona görə də onun emosional reaksiyası, yaxud bu və digər şəkildə öz hisslərini cilovlaya, təmkini nümayiş etdirə bilməməsi yalnız onun üçün acı nəticələrə gətirib çıxara bilməz, bütövlükdə Azərbaycan xalqı və dövləti üçün çox neqativ nəticələrə gətirib çıxara bilər. Ona görə də, əlbəttə, soyuqqanlılıq və təmkinlilik bütün müstəvilərdə, istər onun müdrik bir siyasətçi kimi diplomatik siyasi müstəvilərdə, istərsə də, Ali Baş Komandan kimi hərbi müstəvidə ən nəzərəçarpan xüsusiyyətlərindəndir. Məsələ burasındadır ki, dövlət başçısından və Ali Baş Komandandan da həmişə bu xüsusiyyət tələb edilir. Bu baxımdan düşünürəm ki, Azərbaycan Prezidentinin soyuqqanlı və təmkinli olması İkinci Qarabağ müharibəsində bizim qələbəmizin təməlinin qoyulmasında, onun bazasının hazırlanmasında böyük rol oynayıb". 

S.İsgəndərov bildirdi ki, 2010-cu illərin əvvəllərindən başlamış gənclərlə, tələbələrlə görüşdə, ali məktəb auditoriyalarında gənclərdən bizim bu cür güclü ordumuz olduğunu, Ali Baş Komandanın əmrini gözlədiklərini eşidirmişlər. "Gənclər deyirdi ki, nəyə görə Ali Baş Komandan bu əmrin verilməsini gecikdirir, ləngidir, biz erməniləri bəlkə də bir göz qırpımında məğlub edə bilərik. Həmişə deyirdim, siz cavansınız, cavanlara da həmişə maksimalizm xas olur, amma yaddan çıxarmayaq, Azərbaycan Prezidenti gündə 5 min, bəlkə də daha çox kanalla beynəlxalq siyasi konyunktura kontekstində məlumatlar alır, o çox gözəl bilir ki, o müharibə, o hücum əmri nə vaxt verilə bilər. Yəni torpaqlarımızın azad olunması ilə bağlı o hücum əmrinin nə vaxt veriləcəyini o çox gözəl bilir. Çünki dövlət başçısı kimi onun düşünülməmiş, tələsik, götür-qoy edilməmiş qərar vermək ixtiyarı yoxdur. O bunların hamsını gözəl başa düşür. Çünki yalnız strateji düşüncəyə malik olan dövlət başçısı, Ali Baş Komandan müdrik bir addımdan, müdrik bir hərəkətdən, ölçülüb-biçilmiş bir qərardan sonra həmin əmri verir. Gənclərə də həmişə deyirdim ki, narahat olmayın, belə bir gün gələcək, sadəcə ilk növbədə siyasi, diplomatik səviyyədə qələbənin təməli qoyulmalıdır. Bunun da biz şahidi olduq. Bəli, bu baxımdan Azərbaycan Prezidentinin soyuqqanlı, təmkinli davranışı son nəticədə bizin bütün müstəvilərdə qələbəmizin bir növ əsas şərti oldu" - deyə S.İsgəndərov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ