çərşənbə günü, 26 avqust 2026
     

Şuşa Forumunda dezinformasiyanın yayılma arealının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparıldı

Image


"Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda təşkil olunan 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 21-də "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək" adlı birinci panel sessiya keçirilib.

Forumun ikinci gününün birinci sessiyasından əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək dezinformasiyanın cəmiyyətdə yeni olmadığına toxunaraq deyib: "Dezinformasiya yeni fenomen deyil. İnformasiya çox güclü vasitədir. Lakin onun necə istifadə edildiyi böyük sual altındadır. Ən təhlükəlisi isə odur ki, dezinformasiya manipulyasiyaya və Azərbaycan xalqına qarşı psixoloji müharibəyə çevrilib".

H.Hacıyev qeyd edib ki, dezinformasiya müəyyən qrupların məqsədlərinə çatmasında vasitə ola, müharibələrə gətirib çıxara bilər. Dezinformasiyanın əsas qurbanları media və jurnalistlərdir.

Azərbaycanın uzun illər işğala məruz qaldığını, lakin xarici medianın onu başqa tərəfdən göstərdiyini forum iştirakçılarının diqqətinə çatdıran Prezidentin köməkçisi əlavə edib: "Bəzi xarici media orqanları bildirirdi ki, guya biz Ermənistana qarşı cinayət törətmişik, işğala məruz qalan onlardır. Lakin biz cidd-cəhdlə təkzib vasitələrini işə salmışdıq. Rəsmi bəyanatlar və mətbuat konfransları vasitəsilə düzgün məlumatı və həqiqəti dünyaya çatdırırdıq. Bizim media bu işdə çox böyük rol oynayıb".

Azərbaycanın dezinformasiyanın hədəfi olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi əlavə edib: "Biz COP29-la bağlı çox güclü dezinformasiya kampaniyası ilə üzləşmişik. Lakin biz öz işimizə inanırıq və mübarizəmizi davam etdiririk. Biz bununla da qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizəyə öz töhfəmizi vermiş oluruq. Gündəliyə əsasən işimizi həyata keçiririk. Biz ədalətli mövqeyimizə ədalətli dəstəyi də görürük".

Sonra "TRT World" kanalının aparıcısı və baş prodüseri Ghida Faxrinin moderatorluğu ilə "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək" adlı birinci panel sessiya işə başlayıb. Sessiyada ən son yeniliklər nəzərə alınmaqla, dezinformasiya anlayışının təhlili, yeni media müstəvisində dezinformasiya dinamikalarının, mənbələrinin və növlərinin araşdırılması, müasir informasiya platformaları üzrə dezinformasiyanın yayılma arealının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Çıxış edən "TRT World" kanalının aparıcısı və müxbiri Jaffar Hasnain deyib: "Bəzi xəbər agentliklərinin yaydıqları məlumata baxanda görürdüm ki, Azərbaycanı hədəfə almışdılar. Ölkəni aqressor kimi təqdim edirdilər".

Suriyaya, Ukraynaya və Azərbaycanın Qarabağ bölgəsinə səfərlər etdiyini vurğulayan "TRT World" kanalının aparıcısı bu ərazilərlə bağlı dezinformasiyadan çox güclü istifadə edildiyini diqqətə çatdırıb.

"Mən o ilk jurnalistlərdənəm ki, Qarabağ işğaldan azad olunandan sonra oraya ayaq basmışam. Buraya dördüncü dəfə gəlirəm, görülən işlərin sürətlə getdiyinin şahidi oluram", - deyə Jaffar Hasnain əlavə edib.

Rusiyanın TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman çıxışında bildirib ki, informasiya müharibələri siyasi rejimdən asılı olmayaraq bütün ölkələrə xas bir fenomendir. Bəzi ölkələr daha fəal fazadadır, bəziləri isə yox. Aktiv müharibələrdən fərqli olaraq informasiya müharibələri heç vaxt dayanmır. Biz həmişə onlarla mübarizə aparmalıyıq.

Saxta məlumatları özlüyündə bir informasiya silahı adlandıran Mixail Qusman əlavə edib: "Bu gün çox sayda insan yığcam məlumatları telefon vasitəsilə alır. Lakin bu vəziyyətə hazır olmayan cəmiyyətdə feyk xəbərlər düzgün məlumat kimi qəbul edilir. Ona görə də xəbər agentlikləri təbliğatı işıqlandırmamalıdırlar, onların yeganə silahı həqiqi məlumatı yaymaq olmalıdır".

Ənənəvi medianın nəhəng qurumların əlində olduğunu deyən Əl-Cəzirə Media İnstitutunun Media təşəbbüsləri meneceri Montaser Marai əlavə edib: "Onlar da bildiyimiz kimi, Şimal yarımkürəsində yerləşir. Bizə hər zaman nəzarət edirlər. Ona görə də media olaraq biz narrativlərin mötəbərliyini sorğulamalıyıq. Biz çoxsaylı məlumatların içində qalmışıq. Sosial mediada informasiya axını yüksək olduğu üçün insanlar nəyin düzgün, nəyin feyk olduğunu çətin ayırd edirlər. Ənənəvi mediada da bunu müşahidə etmək olar. "Tik-Tok" istisna olmaqla, rəqəmsal platformalara nəhəng təşkilatlar rəhbərlik edir. Onlar məlumat axınına təsir edirlər. Təəssüflər olsun ki, bunu bacarırlar".

Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin (CeSPI) Türkiyə üzrə Müşahidə mərkəzinin akademik və elmi direktoru Valeria Giannotta qeyd edib ki, Şuşaya ilk dəfə 2021-ci ildə gəlib: "O zaman şəhər xarabalıq vəziyyətində idi. Mətbuat qurumlarının narrativlərə qarşı mübarizələrinin şahidi oldum".

Valeria Giannotta qeyd edib ki, lobbilər tərəfindən müəyyənləşmiş narrativlər olduğu üçün obyektivliyi saxlamaq çətindir. Seçim etmək, faktları yoxlamaq, müxtəlif mənbələrlə tutuşdurmaq jurnalistlər üçün çox vacibdir.

"Biz mütləq hadisə ərazisində olmalıyıq. Etik məsuliyyəti anlamaq, məsafəni saxlamaq lazımdır. Hazırda jurnalistlər üçün məlumatları ilkin mənbədən almaq imkanı var. Dezinformasiyanı həqiqətdən ayırd etmək üçün xüsusi mexanizmlər yaradılmalıdır. Buna aid qurumlar Avropada, Rusiyada və Türkiyədə yaradılıb", - deyə V.Giannotta vurğulayıb.

ABŞ-ın MTP (Most Travelled People - Ən çox səyahət edən insanlar) klubunun təsisçisi Çarlz Veley deyib: "Biz - 35 nəfər işğaldan azad olunmuş bütün ərazilərə son üç il ərzində səyahətlər etmişik. Azərbaycan hökumətinə bizə bu imkanı yaratdığı üçün təşəkkür edirəm. Qarabağa ilk dəfə gələndə xarabalıqların şahidi olduq. Budəfəki səfərimizdə inanmadıq ki, qısa müddət ərzində buralar belə inkişaf edə bilər".

Qarabağa səyahət etdiyinə görə klaviatura arxasındakı "qəhrəmanlar" tərəfindən hücuma məruz qaldığını vurğulayan ABŞ-ın MTP klubunun təsisçisi əlavə edib: "Bəzi insanlar mənə "siz niyə etnik təmizləməni, barbarlığı dəstəkləyirsiniz" kimi şərhlər yazırlar. Lakin mən bildirirdim ki, şahidi olduqlarımı, həqiqətləri insanlara çatdırıram".

Azərbaycanın paytaxtı Bakıda da olduğunu diqqətə çatdıran Ç.Veley şəhərin böyüdüyünü, sürətlə inkişaf etdiyi bildirib.

Qeyd edək ki, informasiya yayımının və kommunikasiya vasitələrinin növlərinin sürətlə dəyişdiyi müasir dövrdə məlumatlara əlçatanlıq əhəmiyyətli dərəcədə asanlaşıb. Belə olan təqdirdə, bütün dünya miqyasında saxta xəbərlərin bilərəkdən və ya bilməyərəkdən geniş şəkildə yayılması, eləcə də belə məlumatların müxtəlif ictimai proseslərə mənfi təsiri son illərdə xüsusilə nəzərə çarpmaqdadır. Metodoloji cəhətdən çətin olsa da, günümüzdə dezinformasiyanın yayılma modellərini və təsir dairəsini təhlil etmək dezinformasiyaya qarşı mübarizədə səmərəli yanaşmanın tətbiqi üçün zəruri hesab oluna bilər.

Ona görə də 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndələrinin qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.

ZÜMRÜD



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

26.08.2026 / 14:30
Milli maraqların müdafiəsində medianın rolu

26.08.2026 / 14:17
Bir dəstə Avropa lideri Ukrayna üçün Trampdan "Patriot" raketləri almağa gedir...

26.08.2026 / 13:56
“Ümid edirəm ki, Rusiyadan Köçəryanla bağlı zəng gəlməyəcək” - Alen Simonyan

26.08.2026 / 13:40
Rusiya Ermənistanı bütün "hədiyyələrini" əlindən almaqla hədələdi – “Qərblə birlikdə oynamaq istəyirlər”…

26.08.2026 / 13:18
Bu ilin ən gənc və ən yaşlı tələbəsi bəlli oldu - Birinin 16, digərinin 58 yaşı var...

26.08.2026 / 13:05
Azərbaycan-Gürcüstan sərhədində son vəziyyət açıqlandı...

26.08.2026 / 12:57
İrandan ABŞ kəşfiyyatına misilsiz zərbə - milyardlarla dollarlıq müşahidə avadanlıqları məhv edildi…

26.08.2026 / 12:40
Netanyahunun İranın ölüm siyahısında olan oğluna sui-qəsd cəhdi – gizli yolla ABŞ-dan çıxarıldı...

26.08.2026 / 12:25
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 12:17
“Aİ-yə qoşulursuz, onda niyə AİB-in imkanlarından istifadə edirsiniz?” - Duma sədri Ermənistana səsləndi…

26.08.2026 / 12:02
ABŞ noyabr seçkilərindən sonra İrana qarşı yenidən müharibəyə başlaya bilər…

26.08.2026 / 11:23
Ukrayna daha bir Wildberries anbarını və ən böyük neft zavodlarından birini vurdu…

26.08.2026 / 11:02
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik etdi

26.08.2026 / 10:57
ABŞ və İran atəşkəs barədə razılığa gəldi - İDDİA...

26.08.2026 / 10:41
İran Trampın Hörmüzlə bağlı iddialarını təkzib etdi – minaların yerini bizdən başqa heç kim bilmir…

26.08.2026 / 10:27
Bir gündə 73 cinayətin üstü açıldı

26.08.2026 / 10:15
Ermənistandan Putini qəzəbləndirəcək açıqlama - müharibədən qaçan ruslara qapılarını açdılar…

26.08.2026 / 09:58
Binəqədidə yanğın - bir nəfər öldü...

26.08.2026 / 09:15
ABŞ-da "Black Hawk" helikopteri qəzaya uğradı

26.08.2026 / 08:40
Putin Hindistan MİD rəhbərini Kremldə qəbul etdi - açıq qalan suallar var…

26.08.2026 / 08:20
Amerika parkında Özbəkistan pavilyonları - Mirziyoyev Trampa iki ənənəvi əsər hədiyyə etdi

26.08.2026 / 08:06
Sənətçi Güllünü öldürənin öz qızı olduğu təsdiqləndi - ağırlaşdırılmış ömürlük həbs…

26.08.2026 / 07:48
İran və Oman Hörmüzdən gəmilər üçün müvəqqəti keçid barədə anlaşdı

26.08.2026 / 07:43
Medvedev Finlandiya prezidentini "əsl axmaq" adlandırdı

26.08.2026 / 06:44
MKİ hesabat dərc etdi, kəşfiyyatın rəhbəri Moskvaya uçdu… Müəmma…

26.08.2026 / 06:05
Tramp ölkədə bayraqların endirilməsini əmr etdi - musiqiçi Parton üçün

26.08.2026 / 05:50
İran prezidenti müsəlman ölkələrini birliyə çağırdı

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

25.08.2026 / 17:39
Tramp İranla bağlı dünya liderlərinə bir-bir zəng vuracaq - xəbərdarlıq və hədə zəngi...

25.08.2026 / 17:25
Paşinyan Köçəryanın bütün gəlir qaynaqlarını da qurudur… Şirkət direktorları saxlandı - 2,6 milyardlıq yeyinti…

25.08.2026 / 17:11
Paşinyan Köçəryan və Sarkisyanı bitirmək üçün hərəkətə keçdi – biri həbs edildi, digərinə cinayət iş açıldı…

25.08.2026 / 16:55
Qazaxıstanda "Ədalət"lə "Əmanət" birləşsə də, Tokayevin planları ilə bağlı qeyri-müəyyənlik qaldı...

25.08.2026 / 16:34
“Azəripək” “Azərxalça”ya birləşdirilir - FƏRMAN

25.08.2026 / 16:32
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevrilir...

25.08.2026 / 16:29
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM

25.08.2026 / 16:25
Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi

25.08.2026 / 16:22
Qeyri-neft ixracı 184 faiz böyüdü - qızılın ölkə iqtisadiyyatında xüsusi çəkisi artır...

25.08.2026 / 16:03
İsrail özünü "Yaxın Şərqdə ən demokratik ölkə" elan etdi - Türkiyə bu bəyanatı cavabsız buraxdı...

25.08.2026 / 15:45
Ukrayna Rusiyanın Afipski və Həştərxan neft-qaz emalı zavodlarını vurdu…

25.08.2026 / 15:30
Ermənistanın Avroittifaqa üzvlük referendumunun vaxtı bəyan edildi...

25.08.2026 / 15:17
Laçında Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirildi

25.08.2026 / 15:12
Azərbaycan memarlığında xəlvətiyyələr...

25.08.2026 / 15:03
Prezident seçkiləri Ukraynanı məğlubiyyətə sürükləyə bilər...

25.08.2026 / 15:00
Bakı ilə Daşkənd bir-birinə əvəzsiz qapılar açır - biri Mərkəzi Asiyaya, digəri Avroatlantik məkana...

25.08.2026 / 14:52
Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...

25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi - əlaqələri kəsin…

25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ