çərşənbə günü, 04 noyabr 2026
     

“Nazirlər Soveti sədrinin erməni müavinini maşına basıb Kəmərli kəndinə apardılar” - yalanlar açılır...

Image


Qasım Hacıyev: "O vaxt Rəsizadəni Mərkəzi Komitədən Qazaxa göndərmişdilər ki, get camaatı razı sal və Qazaxın o torpaqları Ermənistana verilsin"

Azərbaycanla Ermənistan arasında normallaşmanın başlandığı, sərhədlərin delimiyasiyası və demarkasiya prosesinin getdiyi bir vaxtda, xüsusən də Qazaxın dörd kəndinin Azərbaycana qaytarılmasından sonra Ermənistan tərəfdən yeni uydurmalar mətbuata gətirilir.  

"Sputnik Armeniya"da "Bulaq və kilsə tələb etdilər: azərbaycanlılar Ermənistan SSR Nazirlər Soveti sədrinin müavinini necə oğurladılar" başlıqlı yazı yayımlanıb. Sözügedən erməni mətbuatına açıqlama verən "Armgiprozem" Dövlət Torpaq İdarəetmə Layihə İnstitutunun keçmiş rəhbəri Sergey Arutyunyan "1984-cü ildə sovet respublikaları - Ermənistan-Azərbaycan sərhədində faciəli sonluqla nəticələnə biləcək hadisə baş verdi" - deyib.

Yazırlar ki, guya 1984-cü ilin baharında Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini Vladimir Movsisyan və "Armgiprozem"in rəhbəri Sergey Arutyunyan torpaq idarəçiliyi məsələlərini həll etmək üçün inzibati sərhədə gediblər. "Missiya adi görünürdü, lakin tez bir zamanda onların həyatı bahasına başa gələn dramatik qarşıdurmaya çevrildi".

Guya bunlar Dovex kəndinə çatan kimi Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Şamil Rəsizadənin başçılıq etdiyi bir qrup "təcavüzkar" azərbaycanlının əhatəsində qalıblar. "Etirazçılar arasında qadınların çox olması diqqət çəkirdi. Camaat Ermənistan rəsmilərindən bulağın və Voskepar kilsəsinin Azərbaycan tərəfinə təhvil verilməsini tələb edirdi.

Movsisyan bundan imtina edərək, ironik şəkildə kilsəni yalnız azərbaycanlılar xristian olduqdan sonra təhvil verəcəyini bildirdi".

Yazırlar ki, bu irad toplaşanları daha da qızışdırdı, vəziyyət tez bir zamanda nəzarətdən çıxdı: azərbaycanlılar Movsisyan, Arutyunyan və daha iki erməninin olduğu "Niva"nı təhvil verib zorla Az.SSR-in Qazax rayonuna apardılar.

Orada onları guya torpaqlarından imtina ilə bağlı sənəd imzalamağa məcbur etməyə çalışıblar. Movsisyan Arutyunyanı sənədi imzalamağa dəvət edərək, onun heç bir hüquqi qüvvəyə malik olmayacağına əmin edib. Lakin o özü də bunun doğura biləcəyi nəticələri başa düşərək, imzalamaqdan qəti şəkildə imtina edib"-deyə cəfəng iddia irəli sürüblər. 

"Rəsizadə camaatla azərbaycanca danışmağa başlayanda birdən məlum oldu ki, Movsisyan ədəbi dili onlardan daha yaxşı bilir. Bundan sonra azərbaycanlı məmur bir qrup yerli sakini yola salıb və ermənilər azad edilib.

Baş verənlərlə bağlı xəbər tez Moskvaya çatdı və böyük qalmaqala səbəb oldu. Ermənistan və Azərbaycan SSR torpaq istifadəçilərinin sərhədlərinin dəqiqləşdirilməsi və bərpası üçün komissiya yaradıldı".

Movsisyan bu barədə deyib ki, guya daş və çubuqla "silahlanmış"  izdiham onları Kəmərlu kəndinə aparıb və orada 1675 hektar erməni torpağının Azərbaycana verilməsi ilə bağlı sənədin imzalanmasını tələb ediblər. "Daha çox inandırmaq üçün balta gətirdilər və onu "təyinatı üzrə" istifadə edəcəkləri ilə hədələdilər. Amma yenə də imtina etdi.

Nəhayət azadlığa buraxıldılar. Movsisyan Ermənistana sarsıntı və xəsarətlərlə qayıtdı, lakin ən əsası, heç bir sənədə imza atmadı".

Arutunyanın bu cəfəng iddialarını olduğu kimi ona görə verdik ki, ermənilərin necə yalanlar, uydurmalar ustası olmasını hər kəs bir daha görsün. 

"Movsisyan Qazaxın sözügedən  ərazisinin Ermənistana verilməsini rəsmiləşdirmək üçün gəlmişdi, layiqli cavabını aldı" 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə şərhində: "Arutyunyanın nağıllarını oxudqca bunların nə qədər düzənbaz, yalançı və saxtakar olduğunu bir daha gördüm. Arutyunyan hadisələri özlərinə uyğun şəkildə şərh edib, özlərinə sərf edən formada qələmə verib. Söhbət Ermənistan torpaqlarının Azərbaycana verilməsindən yox, Azərbaycan torpaqlarının Ermənistana verilməsindən gedirdi. Onlar bizdən torpaq istəyirdilər.

Bəli, keçən əsrin 80-ci illərində belə böyük bir hadisə baş verdi. Mərkəzi Komitə tərəfindən ora göndərilən Rəsizadəyə göstəriş verilmişdi ki, Qazaxın torpaqlarını Ermənistana verilməsinə camaatı razı salsın. Necə ki, əvvəllər Azərbaycan torpaqlarının hissə-hissə  Ermənistana verilməsini təşkil etmişdilər, Qazaxın o ərazilərinin də Ermənistana verilməsini təşkil etmək  istəyirdilər. Rəsizadəyə də tapşırıq verilmişdi ki, bu məsələni Ermənistanın xeyrinə həll etsin.  

Xatırladım ki, hətta o vaxt Moskvanın göstərişi ilə Azərbaycanın bir çox ərazilərindən ümumilikdə 22 min hektar torpaq alınıb Ermənistana verilmişdi. Onun da 2 min kvadrat kilometri Gədəbəy ərazisinə aid idi və Gədəbəydən, Şınıx bölgəsindən əkinə yararlı münbit torpaqları alıb Ermənistana vermişdilər. Eyni zamanda Laçın rayonunun kəndlərinin əkin və otlaq sahələri onlara verildi. Görün, nə qədər ərazimizi qanunsuz şəkildə ermənilərə veriblər. Qərbi Zəngəzuru verdikləri kimi, o torpaqlarımızı da ermənilərin ixtiyarına keçirdilər. Çünki o dövrdə Ermənistanın arxasında Moskva dayanırdı. Bu gizlin deyil, bunu qeyd etmək lazımdır. Ermənistan dövlətini Azərbaycan torpaqlarında Moskva yaratmışdı. Hətta ermənilərin gücü çatmayanda, ədavətdən, revanşizmdən əl çəkmək istəyəndə belə, onlara Moskvadakı havadarları imkan vermirdi. Erməniləri əlaltıları hesab etdikləri üçün hər yerdə münaqişəli məsələlərə onları salırdılar ki, həyasızlıq etsinlər. O cümlədən də Azərbaycan xalqı onlardan çox əziyyət çəkib. Qazax və Tovuz rayonlarının ərazisindəki torpaqları, əkin sahələrini, otlaqları ermənilər hissə-hissə öz əllərinə keçirtdilər. Azərbaycan xalqının mal-qoyun saxladığı fermaları ləğv edib yerində donuz fermaları yaratdılar. Ermənilər havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını mənimsədilər. Onlarla bağlı uydurma tarixlər yaratdılar, uydurma sənədlər hazırladılar. İndi də nağıl danışırlar ki, guya o vaxt azərbaycanlılar torpaq üstündə onları incidib. Sual etmək olar ki, ermənilərin qədim, tarixi Azərbaycan torpaqlarında nə işi vardı? Nə qədər ilhaq etmək, nə qədər torpaq tutmaq olar, nə qədər yerləşmək olar? Bir ovuc millətdir, hər yeri tutmaq istəyirlər. Torpaqları həddən artıq çoxdur. İrəvan da, Qərbi Zəngəzur da  qanunsuz şəkildə onlara verilib. Hələ bu azmış kimi, Azərbaycan SSR-ə daxil olan ərazilərə də təcavüz ediblər, sərhəd rayonların əhalisini sıxışdırıb o torpaqları onların əlindən alıblar. 

Ermənistan tərəfin keçən əsrin 80-ci illərində baş verən hadisəni yada salmasına ehtiyac və lüzum belə yox idi. 

Dediyim kimi, o vaxt Rəsizadəni Mərkəzi Komitədən Qazaxa göndərmişdilər ki, get camaatı razı sal və Qazaxın o torpaqları Ermənistana verilsin, o vaxt azərbaycanlılar Rəsizadəni çox sərt şəkildə cəzalandırdılar. Doğrudan da, orda böyük qalmaqal qopdu, böyük narazılıq baş verdi. Amma camaat Ermənistan SSR-in Nazirlər Sovetinin sədr müavinini də tutub gətirməkdə çox haqlı idi. Ermənistan SSR Nazirlər Sovetinin sədr müavininin Kəmərlidə nə işi vardı? Niyə Azərbaycan torpaqlarını ələ keçirmək istəyirdi? Movsisyan Qazaxın sözügedən  ərazisinin Ermənistana verilməsini rəsmiləşdirmək üçün gəlmişdi, layiqli cavabını aldı.  

Ermənilər ömrü boyu haqsızlıq ediblər, bu hadisə də camaatın haqsızlığa dirənişi idi. 

Ermənilər özlərinə o qədər arxayın idilər ki, ərazilərin hamısına erməni və rus dilində reklamlar yerləşdirirdilər. Hətta Azərbaycan ərazisində bunu edirdilər. Onlar o qədər harınlaşmışdı ki, camaatın ayağa qalxıb onları cəzalandıracağına inanmırdılar. Doğrudan da o hadisə baş verib. Ermənini cəzalandırdılar, başa saldılar. İddia edirlər ki, erməni nazir müavini başından zədə alıb. Onsuz da onların hamsının başı zədəlidir, ermənilər xəstədirlər. Xəstə olmasalar belə işlərə baş qoşarlar? Bilmirlər ki, o torpaqlar Azərbaycan torpaqlarıdır? Nələri vardısa onunla niyə kifayətlənməyiblər? İrəvan, Göyçə, Qərbi Zəngəzur onlara verilmişdi, niyə qane olmadılar? Sərhəd kəndlərinin ərazisində nə işləri vardı? Sovet dövründə konkret sərhədlər vardı, amma ermənilər o sərhədlərlə kifayətlənməyib irəli keçdilər. Qazaxın kəndlərini işğal etdilər. Xəbər Moskvaya çatan kimi, Moskva Ermənistanın tərəfini tutdu. Çünki Azərbaycan ərazilərinin Ermənistana verilməsi rəsmi Kremlin öz marağına xidmət edirdi. Apardığımız tədqiqatlar da göstərir ki, Cənubi Qafqazda ermənilərlə azərbaycanlıların mübahisəsi düşürsə, orda cinayət baş verirsə hər zaman azərbaycanlılar "günahkar" çıxarılır. Bu bir tarixi gerçəklikdir, bunu sübut edən sənədlər var. Ermənilərin kilsə və bulaq haqqında dedikləri də cəfəngdir. Kilsə də, bulaq da yerində durur. Azərbaycanlılar kilsəni nə vaxt dağıdıblar, hansı abidəni dağıdıblar? Belə şey yoxdur. İndi də durub özlərini yazıq, məzlum kimi göstərirlər. O vaxt ermənilər Qazaxın ərazisini ilhaq etməyə gəlmişdilər, camaat da onların layiqli cəzasını verdi. Nə Qazaxda, nə də Azərbaycanın başqa bölgələrində ermənilərin torpağı olmayıb, ermənilər havadarlarının köməyi ilə zaman-zaman bizim əraziləri parça-parça mənimsəyiblər. Onların dediklərinin heç bir əsası yoxdur" - deyə Q.Hacıyev əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - VİDEO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ