çərşənbə günü, 04 noyabr 2026
     

Samanta Pauer yenə İrəvanda peyda oldu - "köhnə Arsax sancısı ilə"...

Image


Azər Həsrət: "Pauer açıq-aşkar şəkildə ermənilərə vəkillik edir"

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri, ermənipərəst Samanta Pauer iyulun 10-da İrəvanda peyda olub və brifinq keçirib.  S.Pauer yenə də öz ənənəsinə uyğun bəyanatlar verib və bildirib ki, Amerika Birləşmiş Ştatları Azərbaycanı  Qarabağın "məcburi köçkün əhalisinin" "öz evlərinə təhlükəsiz qayıtması" hüququnu təmin etməyə çağırır. 

USAİD-in rəhbəri Pauer qeyd edib ki, əvvəlki səfəri zamanı, 2023-cü ilin sentyabrında o, "Qarabağ ermənilərinin" Ermənistana necə "qaçdığını" görüb. Guya onları qovan varmış, onlar da qaçırmış. Azərbaycanın öz ərazisində suverenliyini təmin etməsi Paueri o qədər narahat edib ki, bu faktla barışmaq istəmir. Deyir ki, Azərbaycanın Qarabağdakı fəaliyyəti ABŞ Dövlət Departamenti tərəfindən araşdırılır, onlar hesabat hazırlayıb və sair. Anlamaq olmur ki, onlar nəyi araşdırırlar? Azərbaycan öz ərazilərində fəaliyyət həyata keçirir, öz torpaqlarında işlərini görür. Bundan ABŞ dövlət Departamenti, USAID niyə narahat olur ki?   

Heç şübhəsiz bu, açıq-açığına və həyasızcasına Azərbaycanın daxili işinə müdaxilədir. Samantadan o brifinqdə soruşan olmadı ki, bəs Qarabağın ətrafında viran edilən 7 rayon, oradan qovulan vətəndaşların hüquqları necə olacaq?

Samanta deyir ki, ermənilərin Qarabağa qayıdışı hələ təmin olunmayıb, guya onlar Qarabağdan böyük zülm içində qaçıblar və sair. Demir ki, Azərbaycan onları qaytarmağa hazır olsa da, ermənilər özləri qayıtmaq istəmirlər. 

S. Pauer öz erməni sevgisini gerçəklikdən və obyektivlikdən üstün tutaraq yenə də öz havasını çalır. Yenə də "Arsax" sancısı ilə yaşayır, guya ermənilərin geri qaytarılması vacib imiş. Erməniləri kim qovmuşdu ki, onlar  gedirdlər? Guya ABŞ Dövlət Departamentində ermənilərlə bağlı sənədlər, müsahibələr var. "Biz bu yaxınlarda dərc edilmiş ən son hesabatlardan xəbərdarıq, onlarda çoxlu sənədləşdirilmiş sübutlar var, son illərdə, o cümlədən ötən ilin sentyabrında baş verənləri yaşamış bir çox ailə ilə müsahibələr var", - deyə Samanta Pauer bildirib. Pauer qondarma hesabatlardan danışır.  Bizim də əlimizdə kifayət qədər faktlar var ki, ermənilər Qarabağdan könüllü köçüb gediblər. 

"Tərəflər sülh yolunu axtarmaqda ikən Samanta Pauer öz dövlətinin siyasətinə zidd olaraq iki xalq arasında uçrumun dərinləşdirilməsinə əlavə "töhfə" verməyə çalışdı"

Siyasi şərhçi Azər Həsərət "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, S.Pauerin Ermənistana  səfərini, onun orada verdiyi açıqlamaları yaxından izləyir. "Təbiidir ki, mümkün olduqca informasiya əldə etməyə çalışıram. Diqqətimi çəkən odur ki, bu qadın öz işini bir kənara buraxıb Azərbaycan dövlətinə xəyanət etmiş, Azərbaycan torpaqlarını bölməyə çalışmış və nəticədə də başlarına bu işlər gəlmiş ermənilərin vəkili qismində çıxış edir. Əslinə qalanda onun işi demokratiya, insan haqları və sair məsələlərdə ABŞ-ın maliyyə yardımlarını təmin etməkdir. Amma baxıram ki, o gəlir və İrəvanda Qarabağdan gəlmiş ermənilərin iş yerlərinə gedir, orada Azərbaycan qutabını ermənicə verdikləri adla bişirməklə məşğul olurlar, Pauer də onlara qoşulub qutab bişirir, bunun "erməni bişmişi" olduğunu sanki o da təsdiqləyir. Yəni məsələyə dəxli olmayan işlər görür. Bu tərəfdən də, Qarabağdan getmiş ermənilərin evlərinə qayıtması haqqında danışır. Danışa bilər. Heç nə demirik. Ancaq bunu deyərkən 700 mindən çox azərbaycanlının hələ də Qarabağa - öz evlərinə qayıda bilməməsini dilə belə gətirmir. Ondan savayı, aşağı-yuxarı 250 min nəfərdən çox azərbaycanlının  Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarına hələ də qayıda bilməməsini dilinə gətirmir. Yəni nəzərə alsaq ki, doğru-yalan rəqəmlərə görə Qarabağı 100 min erməni tərk edib, 100 min erməninin dərdini çəkən Pauer necə ola bilir ki, indiki Ermənistan ərazisindən, öz ata-baba torpaqlarından  zorla qovulmuş, deportasiya edilmiş 250 min azərbaycanlının məsələsini heç zaman yada salmır?   Bu məsələ haqda danışmır. Səbəb nədir? Pauer açıq-aşkar şəkildə ermənilərə vəkillik edir. Özü də bu onun indiki vəzifədə vəkilliyi deyil. Samanta Pauer həmişə ermənilərin tərəfində olub. Biz demirik tərəf tutmasın, tuta bilər. Amma o, ədalət hissini büsbütün unudub, yaddan çıxarıb"-deyən A.Həsrət bildirdi ki, o,  haqsız,   ədalətsiz  yerə ermənilərin tərəfindən çıxış edir.

Qeyd olunan hesabata gəlincə, A.Həsrət bildirdi ki, hələ o hesabat açıqlanmayıb və Pauerin açıqlanmayan hesabata istinad etməsi normal görsənmir. "Onun yayılmamış hesabata istinad etməsi bir dövlət etikası məsələsində də qüsurlu birisi olduğunun göstəricisidir. Ona görə də düşünürəm ki, ABŞ artıq bu qadınla yollarını ayırmalıdır. USAID rəhbəri iki xalq arasında sülhyaratma proseslərinə davamlı şəkildə əngəl olmağa çalışır. ABŞ  Dövlət Departamenti səviyyəsində, ABŞ dövlət katibi səviyyəsində tərəfləri bir araya gətirməyə çalışır.

NATO zirvəsində iştrak etmək üçün iyulun 10-da ABŞ-a səfərə getmiş Azərbaycanın xarici işlər naziri, Ermənistan xarici işlər naziri və ABŞ dövlət katibinin birgə üçlü görüşü keçirilib. Tərəflər sülh yolunu axtarmaqda ikən Samanta Pauer öz dövlətinin siyasətinə zidd olaraq iki xalq arasında uçrumun dərinləşdirilməsinə əlavə "töhfə" verməyə çalışdı".

A.Həsrətin fikrincə, bu səbəbdən də ABŞ artıq bu qadını yerində oturtmalıdır ki, iki xalq arasında yaradıla biləcək sülhə mane ola bilməsin.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ