Bazar günü günü, 25 oktyabr 2026
     

İmamoğlunun həbsi Türkiyənin siyasi gündəmini çalxalayır...

Image


Qardaş Türkiyədə siyasi səhnədə baş verənlər dünya miqyasında da yaxından izlənilir. Söhbət İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasından gedir. Polis İmamoğlunu martın 19-u səhər tezdən evinə reyd zamanı saxlayıb.

“Anadolu” agentliyinin məlumatına görə, prokurorlar aralarında onun, o cümlədən iş adamları və jurnalistlərin də olduğu 100-ə yaxın şəxsin saxlanması barədə göstəriş verib. Onlara cinayətkar təşkilata rəhbərlik, üzvlük, hədə-qorxu ilə tələb etmə, rüşvət alma, şəxsi məlumatların qanunsuz əldə edilməsi və tender nəticələrinin saxtalaşdırılması maddələri ilə ittihamlar verilib. Prokurorluğun bildirdiyinə görə, Əkrəm İmamoğlu və bir çox başqa şəxslər iş adamlarını pul verməyə məcbur ediblər, haqsız qazanc əldə ediblər, cinayət fəaliyyətindən qazanılan vəsaitləri yuyublar. Hətta prokurorluq İmamoğlunu cinayətkar təşkilatın lideri adlandırır. İmamoğlunun özü tutulmazdan əvvəl X hesabında yazıb: “Xalqın iradəsi hədə-qorxu və ya qeyri-qanuni hərəkətlərlə boğula bilməz. Mən taleyimi təkcə İstanbulun 16 milyon əhalisinə deyil, həm də Türkiyənin 86 milyon vətəndaşına, bütün dünyada demokratiya və ədaləti dəstəkləyən hər kəsə tapşırıram. Əsas hüquq və azadlıqlar uğrunda mübarizəmdə əzmkaram”. Bir gün əvvəl, martın 18-də İstanbul Universiteti “açıq-aşkar səhv”i əsas gətirərək İmamoğlunun diplomunu ləğv edib. Medianin məlumatına görə, bu, onu prezident seçkisində iştirak imkanından məhrum edir, çünki namizədin universitet diplomu olmalıdır. İmamoğlu bu qərarı qanunsuz və akademik sistemə siyasi müdaxilə adlandırıb. Xatırladaq ki, Türkiyədə növbəti prezident seçkisi 2028-ci ilə təyin edilib. Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası prezident seçkisinin erkən keçirilməsini tələb edir. Bu məqsədlə bir neçə gün sonra partiyanın namizədinin müəyyən edilməsi ilə bağlı seçki olmalı idi. Amma indi İmamoğlu “cinayət təşkilatı yaratmaq”, “PKK ilə birgə hərəkət etmək” və “korrupsiya” cinayətləri ilə ittiham olunur. Baş verənlər, gözlənildiyi kimi, Cümhuriyyət Xalq Partiyasının kəskin etirazlarına səbəb olub. Partiya sədri Özgür Özəl İstanbul qeyd edib ki, xalqın əvəzinə qərar vermək, xalqın iradəsini dəyişdirmək və ya bunun qarşısını almaq üçün güc tətbiq etmək çevrilişdir: “Hazırda xalqın növbəti prezidenti təyin etməsinə mane olacaq qüvvə var. Biz növbəti prezidentimizə qarşı çevriliş cəhdi ilə üz-üzəyik. Millətimiz öz dövlətini sevir, amma kimlərsə tərəfindən dövlət xalqın qarşısına çıxsa, xalq buna imkan verməz. Əsl güc xalqdır və sonda yenə də xalq qazanar. Sonda yenə millətin dediyi olacaq və Türkiyə qalib gələcək”. Ankara Böyükşəhər Bələdiyyəsinin sədri, Cümhuriyyət Xalq Partiyasından olan Mansur Yavaş da İmamoğlunun saxlanılmasına kəskin etiraz edib: “Bu ölkədə qanunun aliliyini, demokratiyanı və xalqın iradəsini müdafiə edən hər kəs bilməlidir ki, seçilmiş bələdiyyə sədrinə qarşı bu cəhdlər qəbuledilməzdir. Diplomun ləğvi, ardınca da İmamoğlunun evinin qarşısına toplaşan polis və onların komandasına qarşı həbs prosedurları... Bu mənzərə hüquqi dövlətə yaraşmaz. Saxlanma səbəbi bilinməsə də, daha əvvəl məhkəməyə gedib ifadə verən bələdiyyə sədrinin bu gün saxlanılması nəyin göstəricisidir? Həqiqətən ədalət axtarırsansa, ilk növbədə hüququn əsas prinsiplərinə əməl etməlisən. Bilinməlidir ki, millətin iradəsinə zidd heç bir müdaxilə cavabsız qalmır. Qeyri-qanuni üsullarla, təzyiq və təhdidlərlə həyata keçirilən bu təcrübələrdən ən böyük zərəri demokratiyamız görəcək. Amma biz susmayacağıq! Heç kim unutmasın: Əkrəm tək deyil!”.

Əkrəm İmamoğlunun həbsindən sonra onun həyat yoldaşı Dilek İmamoğlu da mühüm açıqlamalar verib. "Terror ittihamı haqqında nə düşünürsünüz" sualına o belə cavab verib: "Belə şeyə ancaq gülmək olar. Belə bir şey mümkün deyil, ola bilməz. 20 gündür 3-5 nəfər sosial şəbəkələri alt-üst edir, bu tamamilə böhtandır. Bir-birimizdən, həmkarlarımızdan gizlədəcək heç nəyimiz yoxdur. Biz şəffafıq... Biz özümüzü millətimizə etibar edirik, çünki həyatımızı açıq-aşkar yaşayırıq. Bir ana kimi övladlarımı psixoloji cəhətdən güclü saxlamaq üçün məsuliyyət daşıyıram, amma Allaha şükür ki, övladlarım çox güclüdür”. Türkiyənin Millətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı səslənən iddialara cavab verib: “Heç kəs ayrıseçkiliyə məruz qalmayacağı kimi, heç kimin də ideoloji, siyasi, iqtisadi üstünlüyü və ya imtiyazı yoxdur. İstanbul Böyükşəhər Bələdiyyə sədri ilə bağlı verilən məhkəmə qərarına səbr və sağlam düşüncə ilə yanaşmaq, qanunun verdiyi hər bir qərara hörmət etmək ortaq məsuliyyət olmalıdır. Heç kim toxunulmaz, əlçatmaz deyil. Ədalət və qanuna qarşı çıxmaq, hətta onu müzakirəyə açmaq iğtişaş və zorakılıq mühitinə dəvətdir. Qanuni bir tədbiri çevriliş adlandıraraq qaralamaq, hüquq axtarışı üçün küçələrə çıxmağa hazırlaşmaq dəli olmuş, ağıl və əxlaq səviyyəsini itirmiş siyasi fəsaddır. Mən Türkiyə məhkəmə sisteminə tam güvənirəm. Həm fərdi, həm də sosial müstəvidə zorakılığın qarşısının alınması bizim hər zaman həssas olduğumuz aktual mövzudur”.

Onu da qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiyaya qarşı əməliyyat fonunda daha bir neçə nəfər də saxlanıb. Saxlanılanlar arasında tanınmış adlar da var. Şişli Bələdiyyə sədri Rəsul Əmrah Şahan, Bəylikdüzü Bələdiyyə başçısı Mehmet Murad Çelik, tanınmış jurnalist İsmayıl Saymaz, KİPTAŞ-ın İdarə Heyətinin sədri Əli Qurd, İBB sədrinin müavini Mahir Polad və digərləri buna misaldır. “Financial Times” qəzeti yazır ki, İmamoğlu CHP-nin prezidentliyə namizədini müəyyən etmək üçün keçirəcəyi ilkin seçkilərdə yeganə namizəd olacaqdı: "Seçkilərin 2028-ci ildə keçirilməsi planlaşdırılır, lakin partiya namizədinin indi müəyyən edilməsinin CHP-nin parlamenti erkən seçki qərarı verməyə məcbur edəcəyini göstərir". ABŞ-ın aparıcı qəzetlərindən olan “Washington Post” tərəfindən isə İmamoğlunun ilk dəfə 2019-cu ildə İstanbul bələdiyyə başqanı seçildiyi və keçən il ikinci dəfə seçkilərdə qalib gəldiyi xatırladılıb. ABŞ-ın CNN telekanalı da İmamoğlunun saxlanılması xəbərinə “Ərdoğanın əsas rəqibi” prizmasından baxıb. Materialda tənqidçilərə istinad edərək bildirilib ki, həbslərin siyasi xarakterli olması da istisna deyil.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ