Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla artıq razılaşdırılmış sülh sazişi layihəsini imzalamağa hazır olduğunu bildirib. Bu barədə Armenpress nəşri Paşinyanın feysbuk səhifəsindəki paylaşımına istinadən məlumat yayıb. “Ermənistan və Azərbaycan arasında sülh sazişinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. "Mən bu sənədi imzalamağa hazıram" - deyə Ermənistanın Baş naziri yazıb.
Doğrusu Ermənistanın baş nazirinin bu gəlişi gözəl sözlərini bəlkə də müsbət mənada qəbul etmək olardı.Ancaq məsələ orasındadır ki,o,Azərbaycanın bütün şərtlərini qəbul etmədən yarımçıq sülh sazişini imzalamaqdan dəm vurur. Bununla da belə rəy yaratmağa çalışır ki,görürsünüz artıq Ermənistan sül sazişinə hazırdır. Digər tərəfdən öz ölkəsində belə qeyri-ciddi imiciylə tanınan baş nazirin bu gün dediyi fikrlərlə dünən söylədiyi fikirlər üst-üstə düşmür.
Surxay Əliyev