Britaniya milyarder Fərhad Əhmədovu sanksiyalar siyahısından çıxardı...

Böyük Britaniya Azərbaycan əsilli rusiyalı milyarder, “Nortqaz” şirkətinin keçmiş səhmdarı Fərhad Əhmədovu sanksiyalar siyahısından çıxarıb. Bu barədə Böyük Britaniyanın Maliyyə Sanksiyalarına Nəzarət İdarəsi (OFSI) açıqlama yayıb.
Fərhad Əhmədov 2022-ci il aprelin 8-də Avropa İttifaqı tərəfindən sanksiya siyahısına salınıb.
Avropa İttifaqı Əhmədovun Kremlə yaxın iş adamı olduğunu və Rusiya hökumətinə gəlir gətirən əsas sektorlarda fəaliyyət göstərdiyini iddia edib. Əhmədov 2022-ci ildən Böyük Britaniyanın sanksiyaları altındadır.
TAHİR