Son günlər Ermənistan davamlı şəkildə atəşkəsi pozur,ərazilərimizi atəşə tutur.Lakin hər dəfə də Ermənistan müdafiə nazirliyi israrla bunu Azərbaycanın dezinformasiyası adlandırır.Digər tərəfdən Azərbaycanla sülh sazişi bağlamağa hazır olduğunu iddia edən Ermənistanın Azərbaycanla müharibəyə hazırlaşması haqda da məlumatlar ara vermir.
Bu arada Ermənistanın yaxın müttəfiqi İran 18 martda “Pouya Air" aviaşirkətinə məxsus İL-76 yük təyyarəsiylə Hindistandan Ermənistana silah tədarükü haqda məlumatlar yayılır.Ancaq digəl ki,Ermənistan mətbuatı əsası olmayan, məkrli niyyət güdərək guya Azərbaycanın fəal şəkildə Ermənistanın işğalına hazırlaşması haqda hay-küy salırlar.
Siyasi elmlər doktoru, tarixçi Armen Ayvazyan Azərbaycana qarşı ittihamına əsil erməni xislətinə xas şəkildə uzaqdan başlayır. Armen Ayvazyan yazısında qeyd edir ki,ABŞ Yəmənə qarşı genişmiqyaslı hava müharibəsinə başlayıb. İsrail bu gecə Qəzzada soyqırımı bərpa edib və bir gecədə ən azı 350 fələstinlini qətlə yetirib.Və nəhayət mətləbə gələn bu başa bəla tarixci iddia edir ki,İsrail və ABŞ İrana zərbə endirdiyi bir vaxtda Azərbaycan fəal şəkildə Ermənistanı işğal etməyə hazırlaşır. Paşinyan və iqtidar partiyası isə sülh müqaviləsi haqqında nağıllar danışaraq erməni xalqını yuxuya verir, parlament “müxalifəti” isə vaxt keçirməklə məşğuldur. Bu isə kədərli və hazırlıqsız bir durumdur.
Armen Ayvazyan onu da qeyd edir ki, döyüşə hazır olmaq üçün təkcə silaha malik olmaq kifayət deyil, həm də Vətənini, milli ləyaqətini, azadlığını nəyin bahasına olursa-olsun müdafiə etmək üçün iradə gərəkdir. Bir sözlə ermənilərə Ermənistanın hərbi-siyasi rəhbərliyi lazımdır...
Surxay Əliyev