ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşündə Ukraynaya hərbi yardım məsələsi gündəmə gətirilməyib.
Trampın sözlərinə görə, Putin Ukraynaya hərbi yardımın dərhal kəsilməsini tələb etməyib. Putinin hərbi dəstəyin dayandırılmasını tələb etdiyinə dair iddiaları təkzib edən Tramp deyib: "Biz heç vaxt yardımı müzakirə etməmişik. Çox şeylər haqqında danışdıq, amma yardım heç vaxt müzakirə olunmadı".
Xatırladaq ki, Kreml Putinin görüşdə Ukraynaya hərbi yardımı dayandırmağın münaqişənin diplomatik yolla həlli istiqamətində işləmək üçün əsas şərt olduğunu bildirdiyini açıqlayıb.
Tramp həmçinin amerikalı əsgərlərin münaqişədə iştirak etmədiyini və belə bir vəziyyətin Üçüncü Dünya Müharibəsinə səbəb ola biləcəyini vurğulayıb.
Rusiya ordusunun təxminən 2500 Ukrayna əsgərini mühasirəyə aldığını bildirən Tramp, "Bu yaxşı vəziyyət deyil. Biz bu müharibəni bitirmək istəyirik" deyib.
TAHİR