ABŞ-in xüsusi elçisi Stiv Vitkoff bəyan edib ki, Rusiya ilə Ukrayna arasında atəşkəs razılaşması təkcə enerji infrastrukturunu deyil, ümumilikdə bütün kritik infrastrukturu əhatə edəcək.
O, qeyd edib ki, Moskva və Vaşinqton nümayəndələri martın 23-də Ciddədə keçiriləcək görüşdə bu razılaşmanın detallarını müzakirə edəcəklər.
Vitkoff qeyd edib ki, Amerika tərəfini görüşdə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və dövlət katibi Marko Rubio təmsil edəcək.
TAHİR