Cümə axşamı günü, 20 avqust 2026
     

Qlobal Bakı Forumu gənclərimizə stimul verdi...

Image


Gənclər siyasəti Azərbaycan dövlətinin əsas istiqamətlərindən biridir. Azərbaycan dövlət müsatəqilliyini bərpa etdikdən sonra gənclərin bütün yönlərdə inkişafı məsələsi vacib hədəflərdən biri olaraq seçilib.

Gənclərə, onların milli-mənlik şüurunun inkişafına, vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi əhəmiyyət verilir, diqqət yetirilir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox mühüm uğurlar qazanılıb desək, yanılmarıq. Çünki qazanılan nailiyyətlər ortadadır və bunu hər kəs bilir. Görülən ardıcıl işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri çox böyük uğurlara, layihələrə imza atır, cəmiyyətin, dövlətin həyatında mühüm rol oynayır. Hər kəsə aydındır ki, Azərbaycan gəncləri vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsiplərinə, həmçinin tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunurlar.

Gənclərimiz bütün istiqamətlərdə fəallıqları ilə seçilirlər. Onlar mütamadi olaraq yerli və beynəlxalq tədbirlərdə iştirak edir, ən müxtəlif platformalarda dövlətimizi, xalqımız uğurla təmsil edirlər. Azərbaycanda çox güclü gəncliyin yetişdiyi göz önündədir. Elə bir yerli, regional və beynəlxalq tədbir yoxdur ki, orda gənclərimiz iştirak etməsin.

Bununla yanaşı ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə də gənclərlə bağlı mövzulara, onları düşündürən, onların fikrini ifadə edən məsələlərə geniş yer verilir. Azərbaycan gəncləri bütün tədbirlərdə onların özlərinə aid mövzularla bağlı çıxışlar edir, təkliflər verir, təşəbbüslər göstərirlər. Müxtəlif beynəlxalq tədbirlərdə də iştirak edən gənclərimizin potensialı çox genişdir. Onların müxtəlif xarici dillərdə sərbəst danışmaları, kifayət qədər savadlı olmaları, ölkəmizi, dünyanı yaxşı tanımaları nəticəsində böyük uğurlara nail olurlar.

Ölkəmizdə geniş yayılan könüllülük hərəkatı neçə-neçə Azərbaycan gəncinin həyatında mühüm rol oynayıb. Belə gənclər bir sıra beynəlxalq konfranslara, tədbirlərə qatılıblar.

“Gənclər danışsın, biz dinləyək”

Bugünlərdə Bakıda keçirilən XII Qlobal Bakı Forumunda da gənclər məsələsinə xüsusi yer verilib və burda Azərbaycan gəncləri ilə yanaşı xaricdən ölkəmizə gələn gənclər də iştirak edib.

Belə ki, XII Qlobal Bakı Forumunun sonuncu günündə 11-ci panel iclası “Gənclər danışsın, biz dinləyək” mövzusuna həsr olundu.

Xatırladaq ki, panel iclasına Qlobal Siyasət İnstitutunda tədqiqatçı və Lafiya Nigeriya Fondunun təsisçisi Klaudia Marta Xmielovska moderatorluq etdilər. Harvard Biznes Məktəbində MBA tələbəsi və “Terran Paragon” təşkilatının qurucusu və icraçı direktoru Uilliam Uanq bildirdi ki, onun təşkilatı qlobal istedadı inkişaf etməkdə olan ölkələrlə birləşdirmək, bilik mübadiləsini təşviq etmək və XXI əsrin bilik iqtisadiyyatını qabaqcıl şirkətlər və dövlət qurumları ilə strateji tərəfdaşlıqlar vasitəsilə irəlilətmək məqsədini güdür: “Bizim şirkətimiz gənclərə kömək edir, çünki gələcəkdə onlar liderlər olacaqlar. Biz gənclərə hər sahədə kömək etməyə hazırıq”. O, həmçinin özünün iş və təhsil təcrübəsini bölüşüb.

“De Jong Capital”da Baş ofis rəhbəri (Managing Partner Büro rəhbəri) Paskal Rathle təmsil etdiyi şirkətin strategiyası və fəaliyyəti haqqında məlumat verib.

“ABŞ-da bir şirkətdə baş icraçı direktorun maaşı sıravi işçilərin məvacibindən 40 dəfə çoxdur, bu, nə dərəcədə düzgündür? Belə ədalətsiz gəlir bölgüləri qarşısında gənclərin işlə təmin olunması və öz rifahını yüksəltməsi üçün heç bir motivasiya qalmır. Etikaya sadiqlik, bərabər bölgü məsələləri prioritet olmalıdır”, - deyə o əlavə edib.

“DIFC Authority”də Qrup Strategiyası üzrə köməkçi menecer Milind Taneja bildirib ki, bir çox inkişaf etməkdə olan ölkələrdə dövlət büdcəsinin 50 faizdən çoxu borcların və kreditlərin ödənilməsinə sərf edilir. Bu isə o deməkdir ki, onlar nə evlər tikməyə, nə təmiz enerji keçidləri üçün infrastruktur yaratmağa, nə də əsas səhiyyə xidmətlərini təmin etməyə maliyyə ayıra bilmirlər. “Bu, bizim üçün böyük bir böhrandır. Bu, təkcə iqtisadi problem deyil, həm də kifayət qədər maliyyələşmənin olmaması səbəbindən dayanıqlılıq və davamlı inkişaf üçün yaranan insan böhranıdır. Bu o deməkdir ki, biz maliyyələşdirmə məsələsini həll etmədikcə, çoxlu insanın həyatını təhlükəyə atırıq, onları əsas xidmətlərindən və iqtisadi imkanlardan məhrum edirik və nəticə etibarilə dayanıqlı inkişafla xarakterizə olunan gələcəyə sürətlə çatmağımıza mane oluruq. Beləliklə, bu məsələ çox təcili həll olunmalıdır. Son bir neçə gündə biz bu mövzu ətrafında geniş müzakirələr apardıq”, - deyə Milind Taneja vurğulayıb.

COP29 Gənclər İqlim Çempionu Leyla Həsənova çıxışında iqlim dəyişikliyinin gənclər üçün yaratdığı çağırışlardan danışaraq, onların bu qlobal problemin həllində fəal rol oynaya biləcəyini bildirib.

“Gənclərin ekoloji təşəbbüslərdə iştirakı və innovativ həll yolları tapmaq bacarığı iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır.

Davamlı inkişafın təmin olunması üçün gənclərin maarifləndirilməsi və onların qərar qəbuletmə prosesinə cəlb olunması vacibdir”. Bu fikirləri Leyla Həsənova bildirib.

Biz bu panel iclasından nümunələr verməklə Azərbaycan gənclərinin beynəlxalq müstəvidə əməkdaşlığını diqqətə çatdırdıq. Bütün dünyada normaıl düşüncəli gənclərin fikirləri də, münasibətləri də bir-birinə uyğundur.

Gənclərə stimul verən beynəlxalq tədbirlər…

Paytaxtımızda keçirilən XII Qlobal Bakı Forumu, eləcə də ondan əvvəl iki həftə davam edən COP29 tədbirləri Azərbaycan gənclərinin həyatında mühüm mərhələ oldu. Bu kimi tədbirlər imkan verdi ki, gənclərimizin potensialı üzə çıxsın və onlar özlərini ifadə etsinlər. XII Qlobal Bakı Forumu bir sıra sahələri özündə ehtiva etdi, o cümlədən də gənclərin baxışlarının işıqlandırılmasına şərait yaratdı. Heç şübhəsiz ki, belə tədbirlər gənclərimizə stimul verir, onları qlobal çağrışlara səfərbər olmağa hazırlayır. Zatən, Azərbaycan gəncləri qlobal çağrışlara cavab verən gənclərdir və yeni nəslin diqqətçəkən üstünlüklərindən də biri məhz budur.

Dövlətçiliyimizə qırılmaz bağlarla bağlı olan gənclik bütün sferalarda Azərbaycan dövlətini uğurla təmsil edir. Dövlətin qayğısı ilə əhatələnən gənclərimiz bundan da çox ruhlanır və daha irəliyə addımlar atır. Bütün hallarda, gənclərimiz onlara göstərilən münasibətdən ruhlanır və daha böyük nailiyyətləri hədəfləyirlər.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

20.08.2026 / 06:17
NATO İranın üzv ölkələrə təhdidlərinə təhdidlə cavab verdi “…strategiyamız güclü və təsirlidir”…

20.08.2026 / 06:03
Tramp İrana “əjdaha sanksiyalar” vəd etdi

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ