Bazar günü günü, 25 oktyabr 2026
     

USAİD-in Azərbaycan səhiyyəsində şübhəli layihələri araşdırıla bilər...

Image


Məhərrəm Zülfüqarlı: “Bu məsələni aidyyəti dövlət qurumları ciddi araşdırmalıdır və nəticələr barədə cəmiyyətə məlumat verməlidir”

Donald Tramp hakimiyyətə gəldiyi gündən ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAİD) qarşı addımlar atır, onun əleyhinə fikirlər səsləndirir. Əslində, ABŞ prezidentinin bu addımı əsassız deyil, düzgün addımdır. Bütün faktlar göstərir ki, bu təşkilatın qaranlıq əməlləri saysız-hesabsız olub və onlar bu gün bir-bir açılır, ifşa edilir. Özü də ABŞ rəhbərliyi tərəfindən.

USAİD yalnız ABŞ-da deyil, dünyanın əksər regionlarında qarışdırıcılıqla məşğul olub, çirkin məqsədlərə xidmət edən layihələri maliyyələşdirib. Məlumdur ki, USAİD Cənubi Qafqazda da bu cür əməllərlə məşğul olub, bu bölgəyə daxil olan ölkələrdə müxtəlif layihələri, proqramları maliyyələşdirib.

Azərbaycan mediasında fakt qoyulur ki, USAİD doğrudan da bizim ölkədə bu cür çirkin işlərlə məşğul olub. Yəni USAİD-a qarşı atılan addım qərəzli münasibətindən irəli gəlmir, USAİD-in fəaliyyətində həqiqətən də belə şeylər var.

Azərbaycan mediasında gedən araşdırmada bildirilir ki, bir sıra Qərb institutları, o cümlədən də USAİD Azərbaycanda da müəyyən QHT-lər, təşkilatlar vasitəsilə müəyyən mənfi işlər görüb. USAİD-in fəaliyyətinə toxunan araşdırmada vurğulanır ki, USAİD Azərbaycanda son illərdə daha çox kənd təsərrüfatı, qadın sahibkarlığı, kiçik və orta biznes, gənclərin bacarıqlarının artırılması ilə bağlı layihələri dəstəkləyib, regionlarda Qadın Resurs Mərkəzləri yaradıb. Bildirilir ki, ümumilikdə isə son 34 il ərzində USAID Azərbaycanda humanitar yardım, səhiyyə sektoru, iqtisadi və idarəetmə islahatlarına bütövlükdə 431 milyon dollar vəsait ayırıb.

“...Əvvəlcə, müxtəlif nazirliklər yanında İctimai Şura rəhbərləri və üzvlərinin ələ alınması məsələsinə aydınlıq gətirək. Əslində bu, bəlli faktdır və müxtəlif səviyyələrdə etiraf da olunub. Belə ki, bir müddət öncə Azərbaycan Milli QHT Forumu İctimai Şuraların formalaşdırılmasında pozuntulara dair bəyanat yaydı. Bəyanatda qeyd olunurdu ki, hazırda mərkəzi icra hakimiyyəti qurumları üzrə mövcud İctimai Şuraların təxminən 25%-i eyni şəxslərdən ibarətdir: "Azərbaycan əleyhinə iş aparan bir sıra xarici donorların, Qərb səfirliklərinin təsiri altında olan şəxslərin dövlət qurumları yanında İctimai Şuralara müxtəlif üsullarla düşməsi, bu statusdan sui-istifadə etməsi, mandatlarından kənar fəaliyyət halları, özlərini “qrant vasitəçiləri” kimi apararaq məlumatlar toplaması barədə siqnallar narahatlıq doğurur. Bəzi Qərb səfirliklərinin Azərbaycanda İctimai Şuralarda təmsil olunan QHT-ləri ələ almağa çalışaraq, onlara özlərinin balansında olan nəqliyyat vasitələrini bağışlamaq istəkləri barədə də məlumatlar var". Bu bəyanat özü də təsdiq edir ki, donor təşkilatlar İcitmai Şura üzvlərindən dövlət qurumlarına təsir etmək, onlar vasitəsilə müvafiq məlumatlar toplamaq, öz məqsədlərini həyata keçirmək üçün istifadə ediblər. O da maraqlıdır ki, Azərbaycanda İctimai Şuralar layihəsinin donoru elə USAID olub”.

Mətbuatda qeyd olunur ki, xarici donor təşkilatların dövlət qurumlarının rəhbərləri ilə də əməkdaşlıq etdiyinə dair açıq mənbələrdə kifayət qədər məlumatlar var. “...Elə götürək USAID-lə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in əməkdaşlığını. TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovla USAID-in Vaşinqton ofisinin nümayəndələri və təşkilatın Azərbaycandakı nümayəndəsi arasında dəfələrlə müxtəlif görüşlər keçirilib. Məsələn, belə görüşlərdən biri 7 dekabr 2021-ci ildə keçirilib. Görüşdə birgə əməkdaşlıq və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Növbəti görüş isə 2022-ci ilin noyabrında baş tutub. Bu dəfə geniş tərkibdə. Belə ki, görüşdə USAID-in Vaşinqton Ofisinin səhiyyə üzrə eksperti Mark Austin, USAID-in Vaşinqton Ofisinin idarəetmə məsələləri üzrə eksperti Sarah Svift, USAID-in Azərbaycan Nümayəndəliyinin idarəetmə məsələləri üzrə əməkdaşı Bianka Ksoll, USAID-in Azərbaycan Nümayəndəliyinin missiya direktoru vəzifəsini icra edən Angelina Allen-Mpyisi, USAID-in Azərbaycan Nümayəndəliyinin layihələrin idarəedilməsi üzrə mütəxəssisi Emin Məmmədli, TƏBİB-dən isə Vüqar Qurbanovla yanaşı bir neçə departament və şöbə rəhbəri iştirak edib.

Görüşlə bağlı rəsmi məlumatda qeyd olunub ki, ekspertlərin səfərinin məqsədi "Azərbaycanda səhiyyə sisteminin ehtiyaclarını müəyyən etmək və USAID-in Azərbaycanda həyata keçirdiyi layihələri müzakirə etmək"dir. Görüşdə, həmçinin, USAID-in Azərbaycanda “Pandemiyaya cavab tədbirləri” layihəsi, eləcə də digər birgə layihələr barədə danışılıb və bu layihələr çərçivəsində USAID-in TƏBİB-lə sıx əməkdaşlıq etdiyi vurğulanıb.

Bü görüşlərin nəticəsi olaraq, yerli təlim və sertifikatlaşdırma proqramları vasitəsilə işçi qüvvəsinin biliklərinin təkmilləşdirilməsi, təlim və simulyasiya mərkəzinin, xəstəxanadaxili infeksiyalar və mikrob əleyhinə davamlılıq üzrə milli istinad laboratoriyasının yaradılması istiqamətində işlər görülür.USAID-in TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə tərəfdaşlığı çərçivəsində xeyli seminar və vebinarlar təşkil olunub, TƏBİB və İTS əməkdaşlarının ABŞ ictimai səhiyyə sistemi ilə tanış olmaq və yeni tərəfdaşlıqlar qurmaq üçün ABŞ-a səfəri təşkil olunub, həmçinin TƏBİB-in tabeliyində olan Sumqayıt Tibb Mərkəzində Simulyasiya və Təlim Mərkəzi yaradılıb. Bu layihəyə USAID tərəfindən 3,35 milyon dollar vəsait ayrılıb”. Araşdırmada qeyd olunur ki, həmin məbləğə nəinki təlim mərkəzi, hətta ayrıca xəstəxana da tikmək olardı:”...Bunlar USAID-lə TƏBİB rəhbərinin sıx əməkdaşlığını əks etdirən faktların heç də hamısı deyil. Bu əmədaşlıq nəticəsində “Məqsədəuyğun xəstəxanalar: müasir səhiyyənin tələblərinə cavab vermək üçün keyfiyyət və davamlılığın prioritetləşdirilməsi” mövzusuna həsr olunan, xeyli sayda yerli və xarici səhiyyə işçilərinin qatıldığı 3 günlük regional görüş, təcili yardım, ürək masajı təlimləri və s. layihələr həyata keçirilib. Və bütün bunlara USAID tərəfindən milyonlarla dollar vəsait ayrılıb...”

Belə şəraitdə USAİD-in Azərbaycandakı layihələrinin də araşdırılması yaxşı olmazdımı?

“USAİD-lə və başqa Qərb təşkilatları ilə əməkdaşlıq əlaqələri olan bütün təşkilatlarda bu proses getməlidir”

Siyasi ekspert, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, uzun müddətdir müxtəlif beynəlxalq təşkilatların Azərbaycandakı çirkin fəaliyyətinin araşdırılmalı olduğunu deyir. “İndiki dövrdə Tramp administrasiyası ABŞ təşkilatlarına qarşı tənqidi hücumlara keçib, mətbuata qarşı da belə addım atır. “Azadlıq”, “Amerikanın səsi” radiolarının və başqa media qurumlarının maliyyələşdirilməsi dayandırılıb. Bunlar ABŞ hakimiyyətinin yürütdüyü siyasətdir. Amerika dövlətinin uzun illər inkişaf etməkdə olan dövlətlərdə apardığı siyasətə indiki dövrdə isə, fikrimcə, birtərəfli qayadada kəskin, düşmən münasibət bildirmək düzgün deyil. Niyə? Çünki uzun müddət Azərbaycan ərazisində Soros Fondunun, Milli Demokratiya və Respublika institutlarının, o cümlədən də USAİD-in ofisi olub. Bu qurumlar həm iqtidarla, həm də müxalifətlə əməkdaşlıq ediblər, çoxlu sayda proqramlar icra edilib, xarici səfərlər, seminarlar olub. Eyni zamanda o təşkilatlar dövlət qurumları ilə, nazirliklərlə müqavilə bağlayıb onlara qrant şəklində vəsait veriblər. Mətbuatda indi bu barədə məlumatlar yayılır, müxtəlif faktlar açılır, amma çox təəssüf ki, o qurumlar buna münasibət bildirmir. Mətbuat nümayəndələrinə təşəkkür edirəm ki, onlar bu məsələləri qaldırıblar, gündəmə gətiriblər. Araşdırma aparılmalıdır ki, hansı dövlət qurumları ilə USAİD-in və başqa təşkilatların əlaqələri olub, hansı dövlət qurumlarına hansı dəstək verilib. Burda korrupsiya halları olub, yoxsa yox? O vaxt bu qurumdan bəhrələnən insanlar bəlkə də ona görə səslərini çıxarmırlar ki, orda bu qədər neqativ hallar olub. Soros Fondu dünyada tənqid olunur, rəngli inqilabların birmənalı “memarı” Soros Fondudur. Amma Soros Fondu ləğv edilənə qədər baxaq görək onun idarə heyətinin üzvləri kimlər olub? Onlara diqqət yetirəndə görmək olur ki, Soros Fondunun uzun müddət idarə heyəti üzvləri içərisində indiki milləöt vəkilləri də, məmurlar da var. Məsələn, Respublikaçılar İnstitutu, Milli Demokratiya İnstitutu ilə bilavasitə əməkdaşlıq edib orda işləyən insanlar indi dövlət qurumlarında var. Bu yaxınlarda Dövlət Turizm Agentliyinin aparatında işdən çıxarılanlar oldu, hətta bir nəfər də həbs edildi, bu cür insanlar digər dövlət qurumlarında da var. Çox təəssüf ki, bunlar bir kampaniya xarakteri daşıyır. Bir də görürsən bir həftə, on gün dedilər, danışdılar və susdular. Bu proses uzun illər gedibsə bu gündəmdə qalmalıdır, bunlar aşkara çıxarılmalıdır, tənqid olunmalıdır. Aşkara çıxarıldıqca baxıb görmək lazımdır ki, onlar Azərbaycan dövlətçiliyi əleyhinə hansı işlər görüblər. Amma Turizm Agentliyi haqda da dedilər ki, istintaq gedəcək, elə də qapandı. Eyni mövzular müxtəlif qəzetlərdə yazıldı, bir nəfər tutuldu, onun da istintaqı necə gedir, heç kim bilmir. Mənə elə gəlir ki, bu məsələ cəmiyyətə çatdırılmalıdır, burda qapalı heç nə olmamalıdır, insanlar da gələcəkdə dövlət və millət üçün fəaliyyətini bilavasitə səmimi göstərməlidir.

USAİD-in Azərbaycandakı əməllərinə, hansı qurumıarla əməkdaşlıq etdiyinə dair məlumatları aidiyyəti dövlət qurumları araşdırıb üzə çıxara bilər. Söhbət təkcə mətbuatda adı çəkilən təşkilatdan getmir, müxtəlif dövlət qurumları ilə də USAİD-in sazişləri olub, vəsaitlər ayrılıb. Bu barədə maliyyə hesabatları ciddi yoxlanılmalıdır. Belə olarsa biz gələcəkdə dövlətimizə kənardan gələn təhlükələrin qarşısını ala bilərik, Azərbaycan dövləti daha da inkişad edər. Yoxsa bir-iki həftə danışıb, sonra üstündən keçsək, heç nəyə nail ola bilmərik və bu da dövlətimizin ziyanına işləyər.

Fikrimcə, USAİD-lə və başqa Qərb təşkilatları ilə əməkdaşlıq əlaqələri olan bütün təşkilatlarda bu proses getməlidir. Bu məsələni aidyyəti dövlət qurumları ciddi araşdırmalıdır və nəticələr barədə cəmiyyətə məlumat verməlidir. Çünki burda çox ciddi ittihamlar var”-deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ