Bazar günü günü, 25 oktyabr 2026
     

Ermənistan sülhə ən yaxın olduğumuz vaxt sərhədlərə təcavüz edir - kimin planıdır...

Image


Mehman İsmayılov: "Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması gercəkləşməyə doğru yaxınlaşdıqca təmas xəttində gərginlik bir qədər də artacaq"

Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni razılaşdırılandan sonra mövqelərimiz tez-tez atəşə tutulmağa başlayıb. Son günlər artıq müxtəlif istiqamətlərdə ordumuzun mövqelərinin bir neçə dəfə atəşə tutulduğu barədə rəsmi məlumat verilib.

Ermənistanla Azərbaycanın heç vaxt müşahidə edilmədiyi qədər sülhə yaxın olduğu bir dönəmdə atəşkəsin pozulması kimin maraqlarına xidmət edir? Bu təxribat kimin işinə yarayır?

Ermənistan isə bu informasiyaları təkzib edir. Adətən Ermənistan atəşkəsi təsdiqləyib, günahı qarşı tərəfin üstünə atırdı. Lakin sadəcə indi təkzib edir. Azərbaycan tərəfi isə adətən düşmənin cavab atəşi ilə susdurulduğunu qeyd edirdi, amma indiki məlumatdan görünür ki, ordumuz cavab atəşi açmır.

Məsələ ilə bağlı baki-xeber.com-a açıqlama verən politoloq Mehman İsmayılov bildirdi ki, birincisi, Ermənistan gerçək sülhdən danışmır: "Ermənistan hakimiyyəti razılaşdırılmış 17 maddədən ibarət olan çərcivə sazişinin imzalanmasını istəyir. Razılaşdırılmış 17 maddə Ermənistanın Azərbaycana qarşı başlatdığı 30 illik təcavüzün səbəblərinin deyil, nəticələrinin ortadan qaldırılmasına hesablanıb. Müharibənin səbəbləri Ermənistanın Azərbaycana qarşı ərazi iddialari idi ki, ona ən müxtəlif tərzdə libaslar geyindirirdilər. Deyirdilər ki, guya Qarabağda yaşayan ermənilərin sosial-iqtisadi problemləri var, guya onlar erməni olduqları üçun Azərbaycanda onlara ögey münasibət bəslənilir. Daha sonra tarix uydurdular ki, guya bura tarixi erməni torpaqlarıdır, ona görə də əhalinin təsərrüfat fəaliyyəti Ermənistanla bağlıdır. Gördülər ki, bunların heç biri Sovet İttifaqının, sovet Azərbaycanının və sovet Ermənistanının konstitusiyasına uyğun gəlmir. O zaman Rusiyadakı ideoloqların və strateqlərin düşundüyü tezisləri ortaya atdılar. Dedilər ki, biz millətlərin öz müqəddəratını təyinetmə hüququndan istifadə etmək istəyirik. Lakin artıq ox yayından çıxmışdı və Ermənistan 1989-cu ilin dekabr ayının 1-də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı özünə birləşdirmək barədə qərar verdi. Daha sonra ermənilər müstəqillik bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsini nəzərdə tutan maddə saldılar. Ardınca isə Ermənistan konstitusiyasının preambulasında müstəqillik bəyənnaməsinə istinad yer aldı. İndi Azərbaycan həmin ərazi iddiasının ortadan qaldırılmasını tələb edir. Yəni Azərbaycan müharibənin nəticələri ilə bərabər, həm də səbəbini aradan qaldırmaq istəyir. Paşinyan rejimi isə tələsərək istəyir ki, Türkiyə və Azərbaycanla kommunikasiyaların açılmasına nail olmaq üçün konstitusiya dəyişikliyinə getmədən 17 maddədən ibarət çərçivə sazişinin imzalanmasina nail olsun. Əlbəttə, Azərbaycanın mövqeyi sərt və obyektivdir. Ermənistan biz bu sənədi imzalamağa hazırıq, yerin və tarixin müəyyən edilməsini gözləyirik deyəndə, Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etdi ki, biz Ermənistandan Minsk qrupu həmsədirlik institutunun ləğvi barədə hüquqi müraciəti və konstitusiyaya müvafiq dəyisikliklərin edilməsini gözləyirik.

O ki qaldı Ermənistanın sülhdən danışıb, bir gündə üç dəfə atəşkəsi pozmasına, əlbəttə, Azərbaycanla Ermənistan arasında sulh sazişinin imzalanması gercəkləşməyə doğru irəlilədikcə təmas xəttində gərginlik bir qədər də artacaq. Bəlkə də bu artım həndəsi silsilə ilə müşayiət ediləcək. Çünki nə İran, nə Rusiya, nə Fransa, nə Rusiyada yaşayan 3,5 milyon erməni, nə Fransada və ABŞ-də olan erməni lobbisi, nə erməni kilsəsi, nə daşnaklar, nə qımçaqçılar, nə asalaçilar, nə də Qarabağı tərk etmiş erməni caniləri bu sənədin imzalanmasında maraqlıdır. Bu səbəbdən atəşkəsin kimin tərəfindən pozulduğunu dəqiq söyləmək çətindir. Ola bilsin ki, bu, Azərbaycana qarşı təzyiq kampaniyasının bir hissəsidir. Buna Paşinyanın özü tərəfindən əmr verilir - Azərbaycana bu cür mesaj ötürsün ki, Ermənistanda revanşist qüvvələr var, mənimlə razılaşın, ricalarımı qəbul edin, konstitusiya dəyişikliyinə getmədən sülh sazişini imzalayaq. Yəni Paşinyan bununla göstərmək istəyir ki, ölkədə sülh sazişinin imzalanmasında maraqlı olmayan qüvvələr var, mənə güzəştə gedin.

Dugər tərəfdən, Ermənistanda Paşinyana tabe olmayan qüvvələr də var. Mən hər zaman demişəm ki, Paşinyan birləşdirici fiqur deyil. Onun qarşısında duran ən təhlükəli qüvvə erməni kilsəsidir ki, daşnaklar da, qımçaqçılar da, asalaçılar da, Qarabağ caniləri də həmin kilsənin cətiri altındadır. Ona görə də biz razılaşmaya doğru addımlar atdıqca Ermənistanın daxilində vəziyyət gərginləşəcək. Çünki Azərbaycan və Türkiyə ilə sülhə gəlmək istəyən Ermənistan hakimiyyəti erməni kilsəsinin idyalogiyasına balta çalır. Əgər Azərbaycan Ermənistanı qoyduğu şərtlər daxilində sülhə gəlməyə məcbur edirsə, bu, erməni kilsəsinin ideologiyasının öldürülməsi, onun tənəzzül etməsi deməkdir. Ona gôrə də erməni kilsəsi, daşnaklar və sadaladığımız bütün digər qüvvələr var gücləri ilə bu sazişin imzalanmasına müqavimət göstərəcəklər. Üstəlik, Qarabağ ideyasından istifadə edərək insanlıq əleyhinə cinayətlər törətmiş koçaryanlar, sarkisyanlar, oqanyanlar, petrosyanlar və s-lər yenə ortadadır, yenə də öz qəbilələrini aldatmaqla, beyinlərini yumaqla məşğuldurlar. Bu sazişlə erməni kilsəsinin "böyük ermənistan" xülyasi məhv edilir, dəfn olunur. Ona görə də sözügedən qüvvələr sazişin imzalanmasına müqavimət göstərirlər. Birmənalı şəkildə bunu Paşinyanın təşkil etdiyini iddia etmək olmaz. Amna Paşinyan bundan istifadə edə bilər ki, bununla Azərbaycan tərəfinə ölkə daxilində sülh sazişinin əleyhinə olan qüvvələrin varlığı barədə mesajı ötürsün. Bununla o, Azərbaycanın maksimal tələblərindən yayınmağa ümid edir.

Eyni zamanda, bu təxribatın arxasında xarici aktorlar - İran, Rusiya və Fransa da dayana bilər. Hansılar ki, Azərbaycanla Ermənistan arasındakı münaqişənin aradan qaldırılmasını birmənalı olaraq istəmirlər.

İndi Paşinyan çıxılmaz vəziyyətdədir - Rusiyanın Ukraynada qələbə çala bilməməsi, Rusiya və İranın Yaxın Şərqdə Türkiyəyə məğlub olmaları, Tramp administrasiyasının Ermənistan haqqında yaxın zamanlarda düşünəcəyinin gözlənilməməsi İrəvanın vəziyyətini gərginləşdirən amillərdəndir. Tramp administrasiyasının Ermənistanı müdafiə edəcəyi ehtimali da əfsanəyə bənzəyir.

Eyni zamanda, Tramp administrasiyasının Azərbaycan və Türkiyə ilə xoş münasibətləri var və bu munasibətlər inkişaf edəcək. Paşinyan bütün bunları nəzərə alaraq, istəyir ki, Türkiyə və Azərbaycanın çətiri altına girib kommunikasiyaların açilmasına nail olsun.

Sonda bir daha vurğulamaq istəyirəm ki, sülh sazişinin imzalanmasına doğru hər bir addım vəziyyəti bir qədər də gərginləşdırəcək".

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ