Bazar günü günü, 25 oktyabr 2026
     

Avropa bu şəxsləri Azərbaycana təslim edəcək(?) - beynəlxalq şərait dəyişib...

Image


Uzun müddətdir xaricdə Azərbaycan əleyhinə təbliğat aparan, kəskin tənqidlər və təhqirlər səsləndirən bir neçə bloger təqsirləndirilən şəxs qismində Azərbaycan Respublikasının Baş Prokurorluquna çağırılıb.

Belə ki, təqsirləndiirlən şəxs İlqar Hacıyev aprelin 15-də saat 10:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir. İlqar Hacıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilir.

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən təqsirləndirilən şəxs Məmmədov Qurban Cəlal oğluna Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

Qurban Məmmədov şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 16 aprel 2025-ci il tarixdə, saat 10:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməli idi.

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən təqsirləndirilən şəxs Sadıqlı Tural Əlövsət oğluna Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

Tural Sadıqlı şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 15 aprel 2025-ci il tarixdə, saat 14:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməli idi.

Təqsirləndirilən şəxs Qabil Əmrah oğlu Məmmədov barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 467-13.4 maddəsinin tələbinə əsasən rəsmi xəbərdarlıq olunub.

Bildirilib ki, Qabil Məmmədov şəxsiyyət vəsiqəsi ilə birlikdə 17 aprel 2025-ci il tarixində saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlı sahəsi, 3105-ci məhəllə ünvanında Baş Prokurorluğun İstintaq İdarəsinin İnzibati binasına gəlməlidir.

Azərbaycan hökuməti indiyə qədər də bu qərarı qəbul edə bilərdi, buna heç bir maneə yox idi. Amma ötən bu müddət ərzində belə bir addım atılmayıb. İndi nə dəyişib ki, belə bir qərar qəbul edilib? Bu şəxslərin Azərbaycana ekstradisiyası hüquqi-siyasi baxımdan nə qədər realdır?

Hikmət Babaoğlu: "Düşünürəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu vaxtında və düzgün qərar verib"

Bununla bağlı baki-xeber.com-un suallarını cavablandıran deputat, siyasi şərhçi Hikmət Babaoğlu bildirdi ki, söyüş müxalifəti islamafob və erməripərəst mərkəzlərin Azərbaycana qarşı apardıqları dəyərsizləşdirmə siyasətinin tərkib hissəsi idi: "Onlar Azərbaycan xalqının dəyərlərinə, dövlətimizin başçısına, milli və dövlət dəyərlərimizə hücum edərək onları dəyərdən salaraq, ölkədə bir dəyərsizləşdirmə mühiti yaratmaq istəyirdilər. Liderlərimizə saldırmaqla islamafob mərkəslərin lidersizləşdirmə siyasətini yürüdürdülər.

Artıq informasiya müharibəsində biz yeni bir mərhələyə qədəm qoymaqdayıq. Çünki söyüş müxalifəti necə ifşa edildisə, dünyada ideoloji müstəvidə fəaliyyət göstərən digər cərəyanlar da ifşa edilməlidir. Ona görə də "Azadliq Radiosu", "Amerikanin səsi" və USAID-in ABŞ tərəfindən bağlanması - bütün bunlar baş verirsə, söyüş müxalifətinin xaricdə də fəaliyyət göstərməsi mümkün olmamalıdır.

Düşünürəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu vaxtında və düzgün qərar verib.

Azərbaycan dövlətinə, Azərbaycan xalqının milli maraqlarına qarşı ermənipərəst və islamafob mərkəzlərlə əlbir olub fəaliyyət göstərən bu şəxslər mütləq Azərbaycanın hüquq-mühafizə orqanları qarşısında cavab verməlidirlər.

Onların Azərbaycana gətirilməsi məsələsinə gəldikdə, düşünürəm kı, indiki mərhələdə bu da mümkün görünür. Çünki Avropa artıq başa düşür ki, bu siyasət onlara uğurlu nəticələr gətirmədi. Makronun da qarşıdakı mərhələdə hakimiyyətdən gedəcəyini və tamamilə yeni nəsil liderlərin Avropada hakimiyyətə gəlməsini görəcəyik. Necə ki, biz Böyük Britaniya və Almaniyada bunu artıq müşahidə etdik. Hazırda Avropanın daha çox öz problemləri ilə məşğul olmaq zərurəti yaranıb. Beləliklə, onlar başqalarına problem yaratmadan öz problemlərinin həlli ilə məşğul olacaqlar. Şübhəsiz ki, Azərbaycan dövləti də öz nüfuz və gücündən istifadə edib, həmin təqsirləndirilənlərın ölkəmizə gətrilməsinə nail ola bilər. Məncə bu çox ədalətli olardı".

Xəyal Bəşirov: "Onlar bilməlidir ki, Azərbaycanın onların yaşadıqları dövlətlərlə cinayət törətməkdə sübhəli bilinən şəxslərin mübadiləsi ilə bağlı müqavilələri var"

Hüquqşunas Xəyal Bəşirov isə bizimlə söhbətində bildirgi ki, son zamanlar Azərbaycan hökumətinin atdığı bir sıra uğurlu addımlar var: "Uzun müddət davam edən münaqişəyə son qoyuldu, ərazi bütövlüyünə və suverenliyə nail olundu. Ermənistanla sülh sazişinin bağlanması istiqamətində çox ciddi addımlar atmışıq. Lakin Azərbaycana qarşı səfərbərlik elan edən qüvvələrin dəyirmanına su tökən sapı özümüzdən olan baltalar - insanlar var ki, onlarla bağli hökumət gərəkən addımlar atmağa qərar verib. Bu həm Azərbaycan Respublikasının qanunlarına, həm də beynəlxalq hüquqa uyğun bir addımdır. Qeyd edilən şəxslər qanunazidd hərəkətləri ilə paralel şəkildə dünyanı və Azərbaycan cəmiyyətini yanıltmağa çalışırdılar ki, guya onlar siyasi təzyiqə məruz qalıblar və başqa qanunazidd əməlləri yoxdur. Halbuki, bu yaxınlarda həmin təqsirləndirilən şəxslərin törətdikləri cinayət tərkibli əməllər açıqlandı. Həmin şəxslər könüllu olaraq istintaqla əməkdaşlıq edərlərsə, onlara qarşı qanunvericilikdə olan yüngülləşdirici hallar tətbiq edilə bilər. Onlar bilməlidir ki, Azərbaycanın onların yaşadıqları dövlətlərlə cinayət törətməkdə sübhəli bilinən şəxslərin mübadiləsi ilə bağlı müqavilələri var. Biz dəfələrlə Avropanın ayrı-ayrı dövlətlərindən cinayət törətməkdə ittiham edilən şəxslərin ekstradisiyalarının şahidi olmuşuq. Bu şəxslərə münasibətdə də analoji addımlar atıla bilər. Mən düşünürəm ki, ilkin olaraq onlara könüllü gəlmək şansı yaradılacaq. Əgər onlar bu imkandan istifadə etməsələr, dövlət növbəti addımlar atacaq, onların ekstradisiyasını reallaşdıracaq".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ