ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Ukraynadakı müharibə ilə bağlı mühüm açıqlamalar verib. Vitkoff Tramp və Putinin bu həftə görüşməsinin gözlənildiyini bildirib.
O, həmçinin ABŞ-ın danışıqlar qrupunun bu həftə Ukrayna və Rusiya tərəfləri ilə danışıqlar aparacağını da bildirib: "Ümid edirəm ki, Rusiya-Ukrayna müharibəsinin sona çatmasında real irəliləyiş görəcəyik".
Putinin Trampın fəlsəfəsini qəbul etdiyini deyən ABŞ rəsmisi, Trampın müharibəni bitirməkdə israrlı olduğunu bildirib.
TAHİR