Bazar günü günü, 25 oktyabr 2026
     

Harutyunyan: "Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu" - MƏHKƏMƏ + FOTO

Image


Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 14-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

Məhkəmənin baxış iclasında təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesində təqsirləndirilən şəxslərə cinayətkar birliyin tərkibində funksiya və vəzifələr, vaxtilə Ermənistan tərəfindən işğal edilmiş Qarabağda hakimiyyətin zorla ələ keçirilməsi, o cümlədən Ermənistanın rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərmiş qondarma rejimdə “inzibati ərazi bölgüsü”, müxtəlif vəzifələrə təyinatların aparılması və vəzifədən çıxarma, dövriyyədə olan pul vahidi, xarici və daxili bank əməliyyatlarının həyata keçirilməsi, müxtəlif malların idxal və ixracı, qondarma rejimin qanunsuz iqtisadi fəaliyyəti nəticəsində istehsal olunan məhsulların üzərində istehsal yeri kimi hansı ölkənin adının qeyd edilməsi, gömrük məsələləri, qondarma rejimin fəaliyyət göstərdiyi ərazilərə səfərə gedən şəxslərə icazə və ya vizaların verilməsi, erməni sakinlərin hansı ölkənin vətəndaşları olmaları, onlara şəxsiyyəti təsdiqləyən sənədin hansı qurum tərəfindən verilməsi, “büdcəyə” vəsaitlərin toplanma qaydası, həmin proseslərdə Ermənistan dövlətinin, onun dövlət qurumlarının, silahlı qüvvələrinin, yüksəkvəzifəli şəxslərinin rolu və iştirakına dair suallar ünvanlanıb.

Əvvəlcə təqsirləndirilən şəxs Bako Sahakyana dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən suallar verilib.

Bako Sahakyan dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab verərkən qondarma rejimin “büdcəsi”nin Ermənistandan daxil olan vəsaitlər hesabına formalaşdırıldığı etiraf edib. O, bu vəsaitlərin hər il verildiyini bildirərək deyib: “Büdcə” Ermənistan tərəfindən verilən “kreditlər” hesabına, həmçinin fərdi gəlirlərdən formalaşırdı. Bundan başqa, hər il müəyyən pul toplanılması həyata keçirilirdi, dünyanın bir çox ölkələrindən kim istəyərdisə, xeyriyyə fondları vasitəsilə kömək edə bilərdi”.

Təqsirləndirilən şəxs Ermənistanın ayırdığı vəsaitlərin “faizsiz kreditlər” adlandırılmasına baxmayaraq, həmin pulların geriyə qaytarılmadığını da etiraf edərək bildirib: “Biz 1991-ci ildən 2023-cü ilədək Ermənistandan göndərilmiş heç bir məbləği qaytarmamışıq, çünki bu, məntiqsiz bir şey idi. Ona görə ki, bizim şəxsi resurslarımız ehtiyaclarımızı qarşılamağa qadir deyildi”.

O etiraf edib ki, Azərbaycanın vaxtilə işğal altında olmuş suveren ərazilərində istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb.

B.Sahakyan işğal dövründə Ermənistan vətəndaşlarının Qarabağda, Qarabağda yaşayan erməni sakinlərin isə Ermənistanda həmin ölkənin vətəndaşlarının statusu ilə daşınmaz əmlak ala bildiklərini, digər hüquqlardan da istifadə etdiklərini bildirib və deyib: “Ermənistan bizim üçün xarici ölkə hesab edilmirdi”.

O, sualları cavablandırarkən bildirib ki, Ermənistan silahlı qüvvələrinə tabe olan qondarma rejimin “ordusu” onun ən böyük silahlı birləşməsi idi.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran B.Sahakyan qeyd edib ki, qondarma rejimin “müdafiə naziri”, “Silahlı qüvvələrin baş qərargah rəisi” və bu kimi digər yüksək vəzifələrə təyinat Ermənistan Müdafiə Nazirliyinin təqdimatı əsasında həmin ölkənin prezidenti tərəfindən həyata keçirilib. O, bu işlərə qarışmadığını deyib və bildirib: “Biz bunu gizlətmirdik”.

Təqsirləndirilən şəxs etiraf edib ki, qondarma rejimin “hərbi qurum”ları ilə bağlı bütün bölgü və idarəetmə məsələləri Ermənistan Respublikası tərəfindən aparılıb.

B.Sahakyan deyib ki, işğal edilmiş ərazilərə silah-sursat Ermənistan Respublikasından gətirilirdi.

O, işğal altında olan ərazilərdə hərbçilərin maaşının necə verilməsi barədə sualın cavabında deyib: “Büdcə” və “ordu” ilə bağlı bizim belə bir xərclərimiz yox idi. Bütün hərbi xərclər, verilən əməkhaqları, əsgərlərin təminatı birbaşa Ermənistan büdcəsindən ayrılırdı. Bunun bizə ayrılan “kreditlərə” aidiyyəti yox idi”.

Bako Sahakyan dövlət ittihamçısı Fuad Musayevin suallarına cavab verərkən bildirib ki, qondarma rejimin “müdafiə naziri” ona deyil, Ermənistanın hərbi-siyasi rəhbərliyinə məruzə etdiyi üçün Qarabağdakı hərbçilərin sayını dəqiq bilmir. O, buna baxmayaraq, qondarma rejimin “müdafiə naziri” ilə münasibətləri yaxşı olduğuna görə hərbçilərin qeyri-rəsmi sayını öyrəndiyini bildirib: “Müdafiə naziri” Qarabağın “prezident”inə rəsmi şəkildə məruzə etmirdi. Amma bizim özümüzün münasibətlərimiz var idi, bu da təbiidir. Çünki “müdafiə ordusu” Qarabağın təhlükəsizliyini təmin edirdi. Mən bilməli idim ki, bizim sayımız nə qədərdir”.

Təqsirləndirilən şəxs Azərbaycanın işğal altında olan ərazilərində keçirilən hərbi təlimlərin planının Ermənistan silahlı qüvvələrinin rəhbərliyi tərəfindən təsdiqləndiyini bildirib.

Bako Sahakyan işğal olunmuş ərazilərdə “İskəndər M”, “Toçka U” və digər dağıdıcı silahlar barədə də Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandırıb.

O, sadalanan silahların işğal edilmiş ərazilərdə olmadığını bildirərək deyib: “Bu silahlar Qarabağ ərazisində mövcud olmayıb. “Prezident” olduğum müddətdə (2007-2020-ci illərdə) bu silahların Qarabağa gətirilmədiyini dəqiq deyə bilərəm”.

Təqsirləndirilən şəxs, həmçinin qeyd edib: “Müdafiə qurumları”nın “rəhbəri” qondarma rejimin “prezident”inə məruzə etməyə borclu olmasa da, bu silahların əhəmiyyətini nəzərə alaraq, onlar bizə verilsəydi, “ordu komandiri” bu barədə mənə məlumat verməli idi”.

B.Sahakyan qeyd olunan silahlardan istifadə edilməklə Azərbaycanın mülki obyektlərinin atəşə tutulması, bunun kimin göstərişi ilə həyata keçirilməsi barədə isə bunları bildirib: “Deyə bilərəm ki, həmin artilleriya atəşləri Qarabağ ərazisindən olmayıb”.

Təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən deyib ki, Azərbaycanın işğal altında olan ərazilərində istehsal edilmiş məhsullar Ermənistan vasitəsilə xaricə satılarkən üzərində “Made in Armenia” sözləri yazılıb. O əlavə edib: “Çünki Qarabağın “ixrac” etməyə hüququ, imkanları yox idi. “İxrac olunan” növlər çox deyildi. Yalnız bir neçə şirkət idi ki, “ixrac”la məşğul olurdu. Bu şirkətlər Ermənistanda qeydiyyatdan keçirdi, filiallar, qardaş şirkətlər kimi. Çünki sertifikatlaşdırma və digər sənədləşdirmə işləri üçün yeganə yol bu idi. Son mərhələdə bu məhsul Ermənistandan ixrac olunurdu. Yaxud Ermənistanda qeydiyyatdan keçmiş hansısa şirkətə köçürülürdü, həmin şirkət vasitəsilə emal edilirdi”.

Təqsirləndirilən şəxs deyib ki, qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu. Qarabağın pul vahidi və bank sistemi yox idi.

A.Harutyunyan söyləyib ki, işğal dövründə Ermənistan vətəndaşları qondarma rejimdə nazir təyin edilə bilərdilər. O, qondarma rejimin “ordu”sunun maliyyələşdirlməsindən də danışaraq bildirib: “Ordu”nun maliyyələşdirilməsi birmənalı olaraq Ermənistandan idi. “Ordu” Ermənistan Müdafiə Nazirliyinin büdcəsindən maliyyələşirdi. Bundan başqa, bütün vəzifələrin təyinatı Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifədə oturan şəxsləri tərəfindən həyata keçirilirdi. “Müdafiə ordusu”nun “komandiri”, eyni zamanda, “müdafiə naziri” adlandırılırdı. Biz təyinatla bağlı məxfi qərar aldığımız zaman yayımlayırdıq ki, guya bu əmr bizim tərəfimizdən verilib. Əmrin yerinə yetirilməsi qaydasını isə daha yaxşı Levon Mnatsakanyan deyə bilər. Biz yalnız deyirdik ki, “müdafiə naziri” təyin etmişik.

“Qarabağ ordusu” Ermənistan silahlı qüvvələrinin bir bölməsi hesab olunurdu. Təsəvvürümə görə, yuxarıdan-aşağı - baş qərargah rəisindən aşağıya doğru qərarlar verilirdi. Bunlar hamısı məxfi prosedurlarla aparılırdı. Onlarla tanış deyiləm. Düşünürəm ki, bunlara daha dəqiq cavabı Mnatsakanyan verəcək. Əsas hərbi xadim Ermənistanın baş qərargah rəisi idi, həm müharibə, həm də sülh şəraitində. Müdafiə nazirinin də Ermənistanda bir neçə funksiyaları var. Bilmirəm kimin hansı səlahiyyətləri var, amma əsas cavabdeh baş qərargah rəisi idi. Nəinki silah-sursat, bütün təchizat Ermənistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi, yəni, hər şey”.

O, Azərbaycanın işğal altında olan ərazilərindəki erməniəsilli hərbçilərin sayını dəqiq bilmədiyini, lakin onların çoxunun Ermənistan hərbçiləri olduğunu bildirib.

A.Harutyunyan qondarma rejimin “prezidenti” seçilməsindən də danışıb: “Bu “vəzifə”ni 2020-ci il mayın sonunda təhvil almışam. Koronavirus pandemiyasının ən aktiv mərhələsi idi. İyun ayında Ermənistanda Təhlükəsizlik Şurasının birgə iclası idi. Orada Ermənistan Respublikasının prezidenti, baş naziri ilə görüşmüşəm, siyasi vəziyyətdən, yəni, danışıqlar prosesindən söhbət gedib. Danışıqlardan başa düşdüm ki, Ermənistan ordusu uzunmüddətli döyüş əməliyyatlarına hazır deyil. Avqustun sonunda Ermənistan Respublikasının baş naziri Qarabağa gələndə onu qəbul etdim”.

O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırarkən Gəncə şəhərində mülki infrastrukturun və dinc əhalinin raket atəşinə tutulmasından da danışıb. A.Harutyunyan bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyandan məlumat aldığını bildirərək deyib: “Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan idi. Mənim baş qərargah rəisi ilə söhbətim olub. Birinci mərhələdə mənə Gəncədə yerləşən hava limanının vurulması barədə məlumat verib. Daha sonra isə mənim onunla heç bir təmasım olmayıb”.

A.Harutyunyan hazırda Azərbaycanda mühakimə olunan Ermənistan Respublikasının vətəndaşı Ruben Vardanyanla bağlı da danışıb, onu çox yaxşı tanıdığını bildirib: “Ruben Vardanyanı 2005-ci ildən tanıyıram. Onunla dəfələrlə görüşmüşəm. Sonuncu görüş 2023-cü ilin avqust, sentyabr, oktyabr aylarında olmalı idi. İki ay yarım - üç ay müddətində “dövlət naziri” olub.

Məhkəmənin növbəti iclası martın 17-nə təyin olunub. Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

ZÜMRÜD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ