Bazar günü günü, 08 noyabr 2026
     

Fransa qaz və qızılımızı daşıyır, bizi fransızlaşdırır - əzilən xalqlar Fransanı rüsvay etdilər...

Image


Oktyabrın 20-də Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Trend xəbər verir ki, konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edir.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Qvadelupanın Azadlıq uğrunda Xalq Birliyinin üzvü Jan-Jakob Bisep konfransda deyib ki, Qvadelupa əhalisi 4 əsrdir Fransanın müstəmləkəsi altında yaşayır. Biz artıq tam suveren ölkə olmaq istəyirik. Qvadelupa əhalisi Fransaya qarşı illərlə mübarizə aparan qəhrəman millətdir.

O qeyd edib ki, Qvadelupada müstəqillik tərəfdaşı olan qruplar Fransa tərəfindən öldürülür və onların sayı əhaliyə açıqlanmır.

“Biz torpaqlarımız üçün mübarizə aparırıq. Qvadelupa gəncləri Fransanın göndərdiyi müəllimlərdən dərs alırlar. Onlar öz kitablarında bizim dilimizi, tariximizi, mədəniyyətimi təhrif edir, gənclərimizə Fransa tarixini və dilini öyrədirlər. Həmin gənclər daha sonra Fransanın müəyyən etdiyi yerlərə işləməyə gedirlər. Bizim xalq bu haqsızlıqlarla daim mübarizə aparıb. Ölkəmdə yüzlərlə insan fransız polisləri tərəfindən həbs edilir, bir çoxu amansızlıqla qətlə yetirilir.

Qvadelupanın təbii sərvətləri illərdir Fransa tərəfindən mənimsənilir. Ölkəmdə yaşayan vətəndaşların sosial vəziyyəti heç də yaxşı deyil. Biz hakimiyyətdə olan insanlardan lazım olan tədbirləri görmələrini tələb edirik. Böyük dövlətlər Karib hövzəsində insan hüquqlarını əzərək öz güclərini nümayiş etdirirlər. Karibdə sülh yenidən bərqərar olmalıdır”,- deyə o bildirib.

Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol isə deyib ki, milyonlarla insan Afrikadan Karib bölgəsinə qovulub: “Bu gün Amerika qitəsində ən talesiz qrupların Afrika qitəsindən gəldiyini görürük. Ədalətsizliyin olduğunu qəbul edən təşkilatlar tədbir görməyə çağırır, lakin Fransa bu mövzunu müzakirə etmək istəmir”.

“Biz Fransaya görə maliyyə, iqtisadi baxımdan asılı vəziyyətdə qalırıq. Ölkəmizdəki qızıllar çıxarılır və Fransaya aparılır. Qızıllar çıxarılanda çaylarımız çirklənir, təbiətimiz zərər görür”.

Bu sözlər Fransız Qvianasının Sosial Azadlıq və Dekolonizasiya naminə Hərəkatının üzvü Moris Pindarda aiddir.

“Fransa şirkətləri meşələrimizdən, təbii resurslarımızdan istifadə edir. Bizim üçün öz ölkəmizdə heç bir gəlir yoxdur. Həmçinin mədəniyyət sahəsində də dominantlıq var. Buralarda dərslər Fransa ilə bağlı dərsliklərdən keçilir. Onlar bizi xalq kimi qəbul etmir, insan hüquqlarımız tapdalanır. Buna görə küçələrə çıxıb etiraz edirik”, - deyə M.Pindard qeyd edib.

Fransız Polineziyası Assambleyasının üzvü Heinui Robert le Caill isə bildirib ki, Polineziya illərdir Fransanın müstəmləkəsi altındadır: “Bizim millətin taleyi Azərbaycan xalqına bənzəyir. Hər iki xalq uzun illər ədalətsizliklə mübarizə aparıb. Lakin bizim əsas fərqimiz Polineziya xalqının hələ də bu problemdən əziyyət çəkməsidir”.

O qeyd edib ki, Polineziyada yaşayan yerli əhali öz mədəniyyətindən, dilindən uzaqlaşdırılıb. Onlara öz dillərində danışmaq qadağan olunub.

“Fransa bizim ölkəmizin adını dəyişərək Fransız Polineziyası adlandırıb. O, hər kəsin maraq dairəsində olan Sakit Okean hövzəsindən uzaqlaşmaq istəmir. Məhz bu səbəbdən həmin bölgədə yerləşən xalqlara münasibətdə müstəmləkəçilik siyasəti həyata keçirir. Fransa təbii resurslarımızı istismar edir. Yerli əhalini kömür və qazın çıxarılması kimi ağır işlərdə çox az məvacib müqabilində işlədir. Fransa Polineziyanın kömür və qazından hər il 25 milyard dollar qazanır. Öz qazının 70 faizini müstəmləkə altında saxladığı ölkələrdən əldə edir.

Müstəqillik tərəfdarı olan qrupların üzvləri Fransa tərəfindən həbs edilir. Hər ay minlərlə polineziyalı gənc Fransa ordusuna çağırılır və onlar Fransanın müstəmləkə siyasətini bərqərar etmək yolunda həlak olurlar. Biz haqqımız olan suverenliyi istəyirik”, - deyə bildirib.

Heinui Robert le Caill deyib ki, Sakit Okeanda Fransanın müstəmləkəsinə çevrilmiş ölkələr özünüidentifikasiyanı dəstəkləyə bilmirlər: “Fransa bu ölkələrin öz nəzarəti altında qalması üçün səy göstərir. Polineziya muxtariyyət statusu alıb, lakin bu, yalnız kağız üzərindədir. Əslində, bütün qərarları onun adından Fransa qəbul edir", - deyə o vurğulayıb.

Yeni Kaledoniya nümayəndəsi Kayizi Pier deyib ki, ölkəmizin gələcəyi ilə bağlı qərarlar bizim və tərəfimizdən yaradılmış institutlar tərəfindən qəbul edilməlidir. “Fransa bizi azadlıq imkanından məhrum edib və müstəqilliyimizi tanımaq istəmir. Makronun hazırda Fransada yeritdiyi siyasət müstəmləkəçilik siyasətidir", - deyən Kayizi Pier Yeni Kaledoniyanın məqsədinin Fransadan müstəqillik əldə etmək olduğunu bildirib.

“Fransa hakimiyyəti insan haqları təşkilatlarının fəaliyyətinə mane olur”. Bunu isə konfransda çıxışında Böyük Britaniyanın "CAGE" müstəqil insan haqları təşkilatının icraçı direktoru Məhəmməd Rabbani deyib.

"Mən insan haqları təşkilatında çalışıram. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Polşada konfransı keçirilən zaman mən ölkəyə gələn kimi Polşanın hakimiyyət orqanları tərəfindən həbs olundum. "Niyə?" sualına cavab olaraq Polşa hakimiyyət orqanları aydın şəkildə bildirdi ki, bunun üçün Fransadan təlimat alıblar. Sonra isə Polşadan deportasiya olundum", - o deyib.

Yeni Kaledoniyanın Lifu kommunasının bələdiyyə müşaviri Kayzi Pyer deyib ki, Makron müstəmləkəçilik xəttinə sələflərindən daha çox sadiqdir.

“Biz fransızlarla mübarizə aparmırıq. Onlara böyük hörmətimiz var. Bu ölkənin müstəmləkəçilik siyasəti bizi qane etmir. Fransa Prezidenti Emmanuel Makron sələflərindən daha çox müstəmləkəçilik xəttinə sadiqdir”, - deyə müşavir qeyd edib.

Əlcəzairin Ali təhsil və elmi tədqiqatlar nazirinin müşaviri Youcef Houri deyib ki, Fransa planetimizdə dərs verə biləcək ən son ölkədir.

Fransanın Əlcəzairə qarşı törətdiyi soyqırımı siyasətindən bəhs edən Youcef Houri bildirib: “Fransızlar 1945-ci ilin martında 45 min əlcəzairlini, 1952-ci ildə Konstantin şəhərində 230 nəfəri öldürüblər. 1961-cı ildə Parisdə 300 nəfər əlcəzairli qətlə yetirilib. Soyqırımı uşaqlara, qadınlara, qocalara, bütünlükdə hər kəsə qarşı həyata keçirilirdi. Fransa bütün qadağan olunmuş silahlardan istifadə edərək Əlcəzair xalqını qətlə yetirirdi”.

Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol isə diqqəti ona çəkib ki, Azərbaycan müstəmləkə siyasətindən danışır, digərləri isə susur.

"Digər dövlətlər müstəmləkə siyasəti barədə susmağa üstünlük verdiyi halda Azərbaycan öz mövqeyini bildirir. Biz Bakıda toplaşmışıq və mövcud imkanlardan istifadə edərək gələcəkdə bu mövzunu BMT səviyyəsinə çıxaracağımıza ümid edirik. Qeyd etmək lazımdır ki, Azərbaycan hazırda Qoşulmama Hərəkatına sədrlik edir, sonra isə Hərəkata Uqanda sədrlik edəcək. Biz növbəti addımlarımızı diqqətlə müzakirə edərək bu problemi ictimai müzakirə olunması üçün qaldırmalıyıq", - deyə o vurğulayıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ