Bazar günü günü, 08 noyabr 2026
     

Qərbin iki standartlı Azərbaycan siyasəti ifrata çatdı...

Image


Müstəmləkəçilik cəhdlərinin artdığı müasir dünyada işğalı sonlandırmaq, separatçılığı və terroru bitirmək ən zəruri şərtlərdən biridir. Amma bu istiqamətdə istənilən nəticələrə nail olunmasını əngəlləyən hallar da var. Bunun bariz nümunələrinə dair misalların sayı yetərincədir. Elə Azərbaycan buna ən yaxşı misaldır.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam etmiş işğalına, 1 milyondan artıq soydaşımızın Ermənistanın etnik təmizləmə siyasəti ilə üzləşərək öz doğma torpaqlarından didərgin salınmasına, şəhərlərimizin, kəndlərimizin dağıdılmasına, tarixi, mədəni və dini abidələrimizin yerlə-yeksan edilməsinə Qərb dünyası susdu. Bu fonda Azərbaycanın ötən ay həyata keçirdiyi antiterror tədbirləri regional sülh, təhlükəsizlik və sabitlik qarşısında dayanan ən böyük maneə olan  aqressiv separatizmi aradan qaldırdı. Ardınca Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, burada sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli istiqamətində tədbirləri ölkəmiz uğurla davam etdirdi və etdirir. Amma buna rəğmən, Qərb ərazi bütövlüyü və suverenlik kimi prinsiplərə hörmətsizlik nümayiş etdirir, aqressiv separatizmə tam şəkildə dəstək göstərməklə, regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması istiqamətində göstərilən səylərə mane olur. Qərb dairələri tərəfindən əsassız şəkildə Azərbaycan “etnik təmizləmə” siyasəti həyata keçirən ölkə kimi təqdim edilir. Bu hal Avropa Parlamenti, Avropa İttifaqı, Fransa, Niderland, Almaniya və digər bəzi ölkələrin mövqeyində aydın görünür. Bununla Azərbaycanın sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədləri təhrif edilərək, ölkəmizə qarşı əsassız iddialar səsləndirilir. Həmin tədbirlərin Azərbaycana qarşı davam edən hərbi təhdidlərin aradan qaldırılması və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyi gözardı edilir. Bu fonda isə Ermənistan baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki yalan dolu çıxışı alqışlanır. Erməni politoloq Alen Gevondyan qeyd edir ki, avropalılar Nikolu alqışlayanda çox səmimi idilər. Çünki öz ölkəsini Qərbin maraqları naminə qurban verən şəxsə başqa cür münasibət göstərə bilməzdilər. Paşinyan özü isə Avropa Parlamentindəki çıxışı ilə Azərbaycanın yaratdığı tarixi şəraiti, imkanı düzgün qiymətləndirə bilmədiyini göstərdi. Paşinyan Avropa Parlamentində çıxış edərək birtərəfli, heç bir reallığa əsaslanmayan, heç bir məntiqə sığmayan mülahizələr irəli sürdü. Ən faciəli məsələ ondan ibarətdir ki, guya Rusiyanın əsarətindən çıxmaq cəhdini göstərən Ermənistan Qərbin əsarəti altına düşmək üçün aciz qalaraq yalvarır. Pul, vəsait, kömək, hansısa dəstək ermənilərin dilindən düşmür. Bundan istifadə etməyə çalışan Qərb isə məsələyə ikili standartlardan yanaşıb, Ermənistana ardıcıl maliyyə və humanitar yardımının göstərilməsi, silahlandırılması istiqamətində addımlar atır. Paşinyan başda olmaqla Ermənistan rəsmilərinə edilən siyasi reveranslar, Azərbaycanın isə əsassız yerə ittiham edilməsi Qərbin ikiüzlülüyündə, ikili standartlarında və riyakarlığında heç bir şübhə yeri qoymur.

Bütün bunların fonunda ikili standartlar siyasəti xüsusi mənfi çalarda görünür. Rəsmi Bakı da dəfələrlə bəyan edib ki, Avropa İttifaqının bölgədə sülh və sabitliyin bərqərar olması, Ermənistanla sülh prosesi üzrə danışıqlara verdiyi dəstəyi yüksək qiymətləndirir. Lakin bunun əvəzində Avropa İttifaqının qərəzli mövqeyi ilə üzləşir. Qərbin Azərbaycana qərəzi Ukrayna-Rusiya, İsrail-HƏMAS müharibəsi fonunda da açıq-aydın görünür. Sual yaranır, ermənilər minlərlə Azərbaycan vətəndaşını qırıb öz yurd-yuvasından didərgin salanda niyə dinc azərbaycanlılara dəstək olmadınız? Ukrayna, İsrail  vətəndaşlarının taleyinə isə biganə qalmadınız.  Bu gün Qərbdə Azərbaycanın iştirakı olmadan keçirilən tədbirlərdə Nikol Paşinyanın və digər ermənipərəst rəsmilərin çıxışı Qərbin sülhsevərlik və vasitəçilik missiyalarına şübhələri artırır. HƏMAS-İsrail müharibəsi də Avropa İttifaqının təqdim etdiyi sülh platformalarına inamsızlıq yaradır. Qərb yenə də Ermənistana hər cür dəstək verir. Paşinyanı Avropanın müxtəlif təsisatlarında Azərbaycana qarşı qışqırdan, üzərinə götürdüyü öhdəlikəri yerinə yetirməməsi üçün rəsmi İrəvana şərait yaradan Qərbdir. Qanunların işləmədiyi, demokratiyanın olmadığı Ermənistana beynəlxalq təşkilatların loyal münasibəti, bəzi təşkilatların ölkəmizə qarşı ənənəvi təxribatları, təsir və təzyiqləri, Azərbaycanda ən xırda məsələyə reaksiya ikili standartlardır. Azərbaycan hələ də selektiv yanaşmadan və ikili standartlar siyasətindən ən çox əziyyət çəkən ölkələrdən biridir. Azərbaycan dövlətinin faşist, işğalçı, terrorçu, talançı və qarətçi Ermənistan üzərindəki şanlı qələbəsindən sonra isə Qərbin ikili standartları daha kəskin xarakter alıb. Amma Azərbaycan yenə regionda yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir. Halbuki, Qərb  Cənubi Qafqaz regionunda gərginliyi artırmaq, onu geosiyasi rəqabət məkanına çevirmək istəyir və bunun üçün Ermənistandan istifadəni hədəfləyir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ