Bazar günü günü, 08 noyabr 2026
     

Ermənistanın Qarabağdan oğurladığı sənət inciləri virtual dünya muzeyində qoyulacaq...

Image


UNESCO oğurlanmış mədəni sərvətlərin ilk virtual muzeyini yaratmaq planlarını açıqlayıb. Bu barədə erməni mediası məlumat yayıb. Qeyd edilir ki, layihənin məqsədi mədəniyyət nümunələrinin qaçaqmalçılığı və mədəni irsin unikal əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmaqdır. 

Dəyəri 2,5 milyon dollar olan muzey İnterpolla birgə yaradılacaq və 2025-ci ildə açılacaq. Ziyarətçi hər bir obyektin mədəni əhəmiyyətini izah edən artefaktların və materialların ətraflı 3D təsvirləri ilə bir sıra virtual məkanları gəzə biləcək. Layihənin memarı 2022-ci ildə Pritzker mükafatını almış Diebedeau Francis Quéré idi. 

UNESCO-nun belə bir əhəmiyyətli muzey yaratması  bizim əlimizə imkan verir ki,  Azərbaycan da ermənilərin oğurladığı tarixi irsin siyahısını o muzeyə təqdim etsin və ermənilərin mədəni irsimizə qarşı talançılığı, oğurluğu ifşa olunsun. Eyni zamanda ermənilərin  qaçaqmalçılıq yolu ilə xarici qara bazarlara, şəxsi kolleksiyalara satdıqları mədəni irs nümunələrimiz, muzey eksponatlarımız barədə geniş məlumat yayılsın, dünya bilsin ki, Azərbaycanın mədəni irsi talan edilib, oğurlanıb. 

Əlbəttə, əgər UNESCO ermənipərəstlik nümayiş etdirməsə və obyektiv olsa biz ermənilərin oğurladığı mədəni irs nümunələrimizi o virtual muzey vasitəsilə dünyada tanıda bilərik. Amma o qeyri-obyektivlik edərsə, vəziyyət ürəkaçan olmaz.

  • "Yaradılması nəzərdə tutulan bu muzeydə ermənilərin oğurladıqları eksponatlarımız haqda məlumatların əks olunması bizə çox lazımdır" 

Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, mədəni irs üzrə mütəxəssis Faiq İsmayılov “Bakı-Xəbər”ə şərhində  "150 min muzey eksponatlarımızın itkisi ilə bağlı əlimizdə tutarlı rəsmi sübutlar  varmı? Buna qismən nail olmaq olar. Məsələn, Laçın tarix diyarşunaslıq muzeyinin 5000 min eksponatının, Kəlbəcər eyni adlı muzeyin 30 min eksponatı, Xankəndi şəhərindəki eyni adlı muzeyin 50 min eksponatının inventar kitabları birinci Qarabağ müharibəsi dövründə Azərbaycan Mədəniyyət Nazirliyindən yoxa çıxdı. Bura Şuşadakı 8 muzey, Qubadlı, Zəngilan, Ağdam muzeyləri daxildir. Cəbrayıl muzeyi qismən eksponatlarını çıxarmışdı. 

Bura eyni zamanda 4 şəkil qalereyası daxildir.  Birinci Qarabağ müharibəsində bizim muzeylərdən qarət olunan eksponatların sayı məlumdur. Bundan başqa, mülki vətəndaşların saxlancında qorunan fərməş, xurcun, xalça, palaz, və digər məişət əşyaları da etnik təmizləmə zamanı ermənilər mənimsədilər"-deyə bildirdi. 

Ermənistanın işğalı dövründə   ərazilərimizdə  qalan muzeylər və eksponatların sayı haqqında məlumat verən F. İsmayılov qeyd etdi ki, eksponatların sayı 102 757 olub. 

O vurğuladı ki, Xankəndi şəhəri Tarix Diyarşunaslıq muzeyində 22591, Şuşa tarix muzeyində 5000, Şuşa şəhərində Ü.Hacıbəyovun ev muzeyində 300, Şuşa şəhərində Bül-Bülün ev muzeyində 369, Şuşa şəhəri Azərbaycan xalçası və xalq tətbiqi sənəti dövlət muzeyinin Şuşa filialında 163, Şuşa şəhəri Qarabağ Dövlət Tarix Muzeyində 500, Şuşa şəhəri Qarabağ Ədəbiyyat Muzeyində 5000, Şuşa şəhəri Mir Möhsün Nəvvabın ev Muzeyində 100, Şuşa şəhəri Tarix Diyarşunaslıq muzeyi 2000, Ağdam şəhəri Çörək muzeyi 694, Ağdam şəhəri Qurban Pirimovun xatirə muzeyi 700, Ağdam şəhəri Rahib Məmmədov adına döyüş şöhrəti muzeyində 500, Ağdam şəhəri Tarix Diyarşunaslıq muzeyində 2290, Ağdərə şəhəri Tarix Diyarşunaslıq muzeyində 5000,  Füzuli şəhəri Xalq Tətbiqi Sənəti Muzeyində 800, Füzuli şəhəri Tarix Diyarşunaslıq muzeyində 3200, Hadrud şəhəri Tarix Diyarşunaslıq muzeyində 3000, Qubadlı şəhəri Tarix Diyarşunaslıq muzeyində 5000,  Laçın şəhəri Sarı Aşığın xatirə muzeyində 500, Laçın rayonu Güləbird kəndi Tarix Diyarşunaslıq muzeyində 32000, Kəlbəcər şəhəri Tarix Diyarşunaslıq muzeyində 2000, Cəbrayıl şəhəri Tarix Diyarşunaslıq muzeyində 6000, Zəngilan şəhəri Daş muzey 50 eksponat olda da, ermənilər tərəfindən oğurlanıb. 

 "Biz 150 min eksponatımızın  ermənilər tərəfindən oğurlandığını, onların qənimət kimi götürüldüyünü  rəsmi sənədlər əsasında təqdim etməliyik. Gerçəklik budur ki, ermənilər bizim muzeylərimizin eksponatlarını qarət edib özlərini də dağıdıblar. Amma çox təəssüflər olsun ki, nazirlik o zaman bu eksponatların inventar kitablarını qorunmadı. 1990-2000-ci illər arası apardığım araşdırmalara görə, Almaniyada, Amerikada, İngiltərədə, Səudiyyə Ərəbistanında qara bazarlarda Azərbaycanın milli mədəni irs nümunələri olan xalçalar, palazlar, fərməclər "erməni milli dəyərləri" kimi satışa çıxarılıb satılırdı. Ermənilər bizim muzey sərvətlərimizi qara bazarlarda alver predmetinə çeviriblər. Bunlar hamısı Birinci Qarabağ müharibəsi dövründə Azərbaycandan qənimət kimi aparılan eksponatlar idi. Eyni zamanda eksponatların bir qismi "erməni mədəni irs nümunələri" adı altında xarici ölkələrin dövlət rəhbərlərinə, vəzifəli şəxslərinə hədiyə edilirdi. Bunlar bizim yaralı yerimizdir. Biz bunların indiyə qədər qeydiyyatını aparmamışıq. O muzeylərin eksponatlarını saylarının və nədən ibarət olduqlarını hələ müəyyənləşdirib başa çatdırmışıq. Bütün bunlar Mədəniyyət Nazirliyinin birmənalı vəzifələri idi və bu baş vermədi". 

F. İsmayılov qeyd etdi ki, mövcud beynəlxalq virtual muzeylərə müraciətlər  təqdim olunarkən mütləq ora sənədlər də verilməlidir. O vurğuladı ki, muzeylər qarət olunarkən onların kataloqları, qeydiyyat kitabları da məhv edilib.  Amma o sənədlərin əsli Bakıda qalmalı idi, Mədəniyyət Nazirliyində qorunmalı idi. Bu səbəbdən böyük çətinlik qarşısında qaldığımızı deyən F. İsmayılovun sözlərinə görə, UNESCO-nun yaradacağı virtual muzeyə təqdim etmək üçün indidən sənədlərin hazırlığına başlamaq lazımdır. "Ermənistanın Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan muzeylərindən, rəsm qalereyalarından oğurlayıb apardıqları eksponatlarla bağlı İnterpola da müraciət etməliyik. Prosedur qaydası belədirsə, onda gərək İnterpola müraciət göndərək ki, beynəlxalq miqyasda Azərbaycan eksponatlarının rəsmi axtarışına başlasın. Bilmirəm, indiyə qədər müraciət etmişikmi? Bu çox çətin prosesdir, amma hesab edirəm ki, bu işə qismən nail ola bilərik. Tarixi reallıqda baş verənlərin olduğu kimi  UNESCO-nun planlaşdırdığı beynəlxalq virtual muzeydə əks olunacağını deməkdə çətinlik çəkirəm. Bilmirik o muzey hansı kriteriyalar əsasında sənəd qəbul edəcək ki, biz həmin  sənədləri onlara təqdim edək. Bəlkə ümumi məlumat istəyəcəklər, bəlkə fotoşəkillərlə kifayətlənəcəklər, deyə bilmərəm. Bəlkə də ermənipərəstlik edəcəklər. Amma bütün hallarda tədricən prosesi başlatmaq lazımdır. Yaradılması nəzərdə tutulan bu muzeydə ermənilərin oğurladıqları eksponatlarımız haqda məlumatların əks olunması bizə çox lazımdır"-deyə F. İsmayılov qeyd etdi. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ