çərşənbə günü, 11 noyabr 2026
     

Özəl sektor və media qurumları maaş artımını hansı mənbədən maliyyələşdirə biləcək?

Image


Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Dövlət müəssələrində  çalışanların əməkhaqqının artırılması üçün dövlət büdcəsindən 450 milyon manat vəsait ayrılacaq.

Dövlət qurumlarında maaş artacaqsa təbii olaraq özəl sektorda, mətbuatda da maaş artmalıdır. Minimum əməkhaqqı dəyişirsə gərək ümumi əməkhaqqı da dəyişsin. Amma özəl sektorun, xüsusən də media subyektlərinin əməkhaqqı artımını maliyyələşdirəcək mənbəyi yoxdur.

Bu vəziyyət media əməkdaşlarının rifahında pisləşmələrə gətirib çıxara bilər. Jurnalistlərin, media nümayəndələrinin həyat şəraitinin heç olmasa pisləşməsinə imkan verməmək üçün hansı addımlar atılmalıdır, medianı hansı yeni mənbədən maliyyələşdirmək olar? Media qurumları maliyə mənbəyini necə tapmalıdır ki, öz əməkdaşlarının maaşını artırsınlar?

  • Müşfiq Ələsgərli: “Əgər reklam və elan gəlirlərindən daxil olmalar kifayət həddə çatdırılarsa KİV-lərin də maddi durumu...”

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bizimlə söhbətində bildirdi ki, Prezidentin sərəncamı ilə artırılan əməkhaqqı minimumudur. “Bu özəl və ya dövlət olmasından asılı olmayaraq bütün sektorlara tətbiq olunur. Ölkədə minimum əməkhaqqının məbləği müəyyən edildikdən sonra bütün sektorlarda əməkhaqqı ona uyğunlaşdırılmalıdır. Məsələnin ikinci bir tərəfidir ki, burada jurnalistlərin aylıq gəlirləri minimum əməkhaqqından yüksəkdir. Yəni jurnalistlərin əməkhaqqı minimum əməkhaqqı ilə deyil, ölkədəki orta aylıq gəlirlə ölçülür. Ölkədə orta aylıq gəlirin məbləği minimum əməkhaqqından iki dəfədən artıq yüksəkdir. Bizim sorğulara görə jurnalistlərin də gəlirləri orta aylıq gəlirinə müvafiqdir. Məsələnin digər tərəfi odur ki, jurnalistikada əməkhaqqı, jurnalistlərin gəlirləri minimum əməkhaqqından yüksək və orta aylıq gəlirə müvafiq olsa da, hər halda ölkədə bir infiliyasiya gedir. Göstəricilər odur ki, bu infiliyasiyanın həddi 10 faizdən 40 faizə qədər müxtəlif istiqamətlər üzrə dəyişir. Bu baxımdan təbii bir haldır ki, jurnalistlərin də əməkhaqqında da bu infiliyasiyaya uyğunlaşdırma və əməkhaqqı artımı olmalıdır. Bu artıq günümüzün reallığıdır. Haqlı sual verirsiz ki, bu artımlar hansı mənbədən təmin olunmalıdır? Yəni bu məsələnin üzərində dayanmaq lazımdır. İşin əsas tərəfi odur ki, ümumiyyətlə, KİV qurumları kommersiya qurumlarıdır. Dünyada qəbul olunmuş standart budur ki, KİV qurumlarının gəlirləri əsasən reklam və elanlardan formalaşır. Növbəti yerlərdə isə yayım və satışdan olan gəlirlər dayanır. Yəni beynəlxalq standartlara görə KİV qurumunun gəlirinin minumum 75 faizdən yuxarısı elan və reklam gəlirlərindən formalaşmalıdır. Problem ondadır ki, Azərbaycanda reklam və elan dövriyyəsi ilə bağlı ciddi şəkildə problemlər mövcuddur. Reklam və elan dövriyyəsində problem olduğuna görə də, kütləvi informasiya vasitələrinin gəlirlərində və reklamlarında probelmlər yaranır. Düzdür, indi dövlət media ilə bağlı xüsusi proqramlar həyata keçirməklə bu sahədəki vəziyyəti tənzimləməyə çalışır. Dövlət hazırda Media Agentliyi, bundan əvvəl isə KİVDF vasitəsilə KİV-lərə yardım göstərir ki, onlar maliyə sıxıntılarını çox da hiss etməsinlər. Amma məsələ ondadır ki,  reklam və elan işi qaydaya salınmalıdır, bununla da media subyektlərinin gəlirləri artsın, onlar da həm öz maliyələrini, həm də əməkhaqqı fondunu normaya sala bilsinlər. Reklam niyə yoxdur? Bu sahədə bir az ciddi şəkildə müzakirələr var. Azərbaycandakı reklam dövriyyəsi müxtəlifliklərdə dəyişir, təqribən 10, 50 milyon aralığında götürülür. Azərbaycanda hazırda mövcud olan reklam dövriyyəsi  Azərbaycanın büdcəsinə və iqtisadi inkişafına uyğun deyil, tərs mütanasibdir. Yəni reklam dövriyyəsi kifayət qədər aşağıdır”.

M.Ələsgərlinin fikrincə, reklamın necə bölünməsi, paylanılması məsələsi üzərində düşünmək lazımdır. Ölkədə reklam işinin qaydaya salınmasına nail olmaq üçün uzun illərdir həm Azərbaycan Mətbuat Şurası, həm də media eksprtləri tərəfindən bu sahədə çoxsaylı təkliflər verildiyini deyən M.Ələsgərlinin sözlərinə görə,   reklam dövriyyəsi qaydaya salınmalıdır. KİV-lərin reklam gəlirlərinin aşağı  olmasının səbəbləri müxtəlifdir. Burada müxtəlif amillər olduğunu deyən M.Ələsgərli qeyd edir ki, səbəblərdən biri də KİV-lərin reklam menecmentliyi sahıəsində üzləşməsi problemidir. O həmçinin vurğuladı ki, reklamın ədalətli bölünməsi sahəsində də problemlər mövcuddur. Problemlər çoxdur, nəticə isə birdir ki, reklam dövriyyəsi azdır və bu səbəbdən də KİV-lər problem yaşayırlar: “Həmin o boşluğu da dövlətin verdiy yardımlarla, kompensasiyalarla, müxtəlif proqramlarla tamamlamağa çalışılır.   Ona görə hesab edirik ki, son vaxtlar ölkədə media islahatları aparılır, çox yaxşı aparılır. Media mühiti üçün uyğun olan zəruri şərtlər yetişdirilib, media qanunvericiliyi təkmilləşdirilib, media təhlükəsizliyi, etik standartlar və sair təmin olunub. Hesab edirik ki, bu iqtisadi  problemlərin də üzərinə gəlmək lazımdır. Düşünürük ki, artıq ölkədə ümumilikdə reklam dövriyyəsi, onun ardınca da  KİV-lərin reklam və elan dövriyyəsi məsələsi yenidən gündəmə gətirilməlidir, bu məsələ öz həllini tapmalıdır. Düzdür, reklam və elan burada sərbəst bir sahədir, bu müəssisələrin özündən asılıdır. Amma görükən odur ki, bu sərbəst fəaliyyətlə məsələni yoluna qoymaq olmur, mütləq burada hansısa müəyyən bir mexanizmlərin qurulmasına ehtiyac var. Fikrimizcə, uzun illərdir ki, davam edən bu müzakirə nəhayət yekunlaşmalıdır. Yəni elan və reklamların artırılması və ədalətli bölüşdürülməsi üçün müəyyən mexanizmlər qurulmalıdır. İndi bunun dünyada təcrübəsi var. Məsələn, Türkiyədə müəyyən modellər tətbiq olunub, başqa ölkələrdə də mövcuddur. Hesab edirəm ki, media islahatları fonunda bu məsələ gündəmə gətirilib nəhayət öz həllini tapmalıdır. Fikrimizcə, əgər reklam və elan gəlirlərindən daxil olmalar kifayət həddə çatdırılarsa KİV-lərin də maddi durumu, maddi müstəqilliyi xeyli yaxşılaşmış olar və onda əməkhaqqı fondunu da buna uyğunlaşdırmaqda problem qalmaz”.

  • Şakir Ağayev: “İkinci yarım illikdə MEDİA bunu nəzərə almalıdır”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev isə qeyd etdi ki, özəl sektora aid olsalar da işçilərin əməkhaqqını təmin etmələri üçün KİV-lərə dövlət büdcəsindən bəlli maliyə ayrılıb. Özəl sektorun öz büdcəsindən əməkhaqqını artılmalı olduğunu deyən Ş.Ağayev hesab edir ki, media da bir özəl sektor olaraq bu barədə düşünməlidir. “Media da bir özəl sektor olaraq bu barədə düşünməlidir, araşdırmalıdır. Təbii ki, media bu vəsaiti qanunu yolla əldə etməlidir. Medianın isə qanunu yolla əldə etməli olduğu vəsait reklamdan gələn vəsaitdir. Bu işi reklamdan gələn gəlir hesabına həll etmək olar. Çox təəssüflər ki, Azərbaycanda media üçün reklam bazarı çox məhddurdur. Demək olar ki, yox dərəcəsindədir. Təbii ki, ilk növbədə media üçün reklam bazarları açılmalıdır, genişləndirilməlidir. Ümümdaxili məhsulla müqayisə edəndə reklam bazarı çox aşağı faiz dərəcəsindədir. Bu dünyada olan medianın reklam gəlirləri ilə götürəndə demək olar ki, ən aşağı reklam bazarı Azərbaycandadır”.

O, hesab edir ki, vəziyyətdən çıxış yolunun əsas mənbəyi reklamın təmin edilməsidir. Onun sözlərinə görə, proses zamanı media subyektləri təkcə əməkhaqını qaldırmayacaq, həm də media qurumlarının sosial xərcləri də çoxalacaq, vergiyə, sosial müdafiəyə ödənilən vəsaitin həcmi də artacaq, bu isə medianın büdcəsindən gedəcək. “Bilirsiz ki, Medianın İnkişafı Agentliyi Azərbaycanda fəaliyyət göstərən saytlara və 16 çap mediasına dəstək verir. Hesab edirəm ki, əgər reklam bazarında hər hansı bir irəliləyişin yolu bulunmasa (təbii ki, bunu gözləmirəm də-Ş.A) o halda ikinci yarımillikdə MEDİA bunu nəzərə alıb ayrılan pul vəsaitini bir qədər artırarsa bu vəsaitlərlə Prezidentin sərəncamına uyğun olaraq media subyektləri də öz işçilərinin əməkhaqqlarını qaldıra bilər. Bunun üçüncü yolu yoxdur.  Üçüncü yol yalnız qanunsuz olaraq əldə edilən pullardır, bu normal deyil, qəbuledilməzdir. Ona görə də ilk növbədə təbii ki, əsas reklam mənbələri götürülməlidir. Digər tərəfdən isə MEDİA ikinci yarım il üçün vəsaitlərin artırılmasına baxarsa çox məqsədəuyğun olardı” - deyə Ş.Ağayev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ