çərşənbə günü, 11 noyabr 2026
     

Qərbi azərbaycanlıların siyahıyaalınmasının ilkin nəticələri nələri təsdiqləyir… - MÜSAHİBƏ

Image


Qərbi azərbaycanlıların öz halal haqqına qovuşmaları, tarixi torpaqlarına, yurd-yuvalarına qayıtmaları üçün prosesə rəsmən start verilib.

Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar mətbuata bildirib ki, Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızla bağlı siyahıyaalma prosesi başlayıb.

Soydaşlarımızın siyahıyaalınma prosesi, bu sahədə qarşılarına çıxan çətinliklər, o çətinliklərin aradan qaldırılması üçün görülən işlər, xaricdə yaşayan qərbi azərbaycanlılarla əlaqələrin hansı yollarla qurulması və sairlə bağlı Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqardan müsahibə götürdük.

  • “1988-1991-ci illərdə deportasiya edilən soydaşlarımızın qeydiyyataalması tam yekunlaşandan sonra başqa dövrlərdə deportasiya edilənlərlə bağlı proses başlayacaq”

- Ülviyyə xanım, Qərbi Azərbaycandan soydaşlarımızın sonuncu deportasiyası 1988-1991-ci illərə təsadüf edib. Qərbi Azərbaycan İcması da ilkin olaraq bu dövrdə deportasiyaya məruz qalanların siyahıyaalınmasını həyata keçirir. Siyahıyaalma hansı səbəbdən əvvəlcə 1988-1991-ci illərdə deportasiya edilənlərə şamil edilir?

-   Bir neçə aydır ki, bu siyahıyaalma prosesi başlayıb. Siyahıyaalmanın 1988-1991-ci illərdə deportasiya edilən soydaşlarımızdan başlamasının səbəbi də insanların çoxunun fiziki olaraq həyatda olması, işimizin daha sürətli getməsi üçün onlarla rahat ünsiyyət qurmaq və onlardan daha dolğun informasiya alamaq imkanları ilə bağlıdır. Qeyd edildiyi kimi bu insanların əllərində istər Ermənistan Respublikasında yaşadıqlarına, istər ali təhsil almalarına, mülklərinə dair sənədləri var. Fiziki baxımdan da əksəriyyəti həyatda olduğu üçün onlarla ünsiyyət saxlayırıq. Təbii ki, digər deportasiya edilənlərlə də bağlı işlər gedir. Amma bu siyahıyaalma əsasən 1988-1991-ci illəri əhatə edir.

- Qeydiyyat prosesi necə gedir?

- İlkin olaraq sırf həmin dövrdə deportasiya olunan insanların özləri qeydiyyata alınır. Onların varisləri təbii ki, ayrıca bir kateqoriyadır. 250-300 min rəqəm səsləndirilir, amma bundan çox rəqəmin ortaya çıxacağı gözlənilir. 1988-1991-ci illərdə deportasiya edilən soydaşlarımızın qeydiyyataalması tam yekunlaşandan sonra başqa dövrlərdə deportasiya edilənlərlə bağlı proses başlayacaq.

- Bildiyimiz qədər XX əsrdə soydaşlarımız Qərbi Azərbaycandan təxminən 4 dəfə deportasiya ediliblər. 1905, 1918-1920, 1948-1953-cü illərdə də  soydaşlarımız deportasiya ediliblər. Bu gün təbii ki, əsasən onların varisləri həyatdadır. Hətta elələri var ki, xarici ölkələrdə yaşayırlar. Onların varislərini axtarıb-aramaq çətinlik yaratmır ki?

- Əslində, müəyyən çətinliklər var. Bəli, onlar arasında hətta ölkəmizdən köçüb xaricdə yaşayanlar da, ölkəmizdə yaşayanlar da var. Miqrasiya təbii prosesdir.  Varislərdən dolayı yolla məlumat almaqdansa, işimizin daha sürətli getməsi üçün 1988-1991-ci ildə deportasiya edilənlərdən başlayanda daha tez nəticə ala bilərik.  Təəssüf ki, 1905, 1918-1920, 1948-1953-cü illər zaman baxımından bizdən çox uzaqda olduğu üçün o dövrlərdə deportasiya edilənlərdən bəlkə də çox az sayda həyatda qalanlar var. Dediyim kimi, özləri deportasiya edilənlərin özləri ayrı, varislər isə ayrıca bir kateqoriya olacaq. Ümumilikdə hər iki kateqoriyanı, eyni zamanda  bütün deportasiyaları götürdükdə 5 milyona yaxın bu deportasiyalarla əlaqəli qərbi azərbaycanlı var.

- Ülviyyə xanım, qərbi azərbaycanlıların dünyada yayılma coğrafiyasına da diqqət yetirək. Dünyanın neçə ölkəsində təxminən neçə qərbi azərbaycanlının yaşadığını öyrənmək üçün hansı üsullardan istifadə ediləcək? Onların sayını, hansı şəcərəyə mənsub olduqlarını, nə zaman xaricə getdiklərini öyrənmək, araşdırmaq çətin olmayacaq ki?

-  Qərbi Azərbaycan İcmasının xaricdə iki-üç nümayəndəlikləri var.  Bunların sayı artırılacaq. Bu nümayəndəliklər vasitəsilə xaricdə yaşayan qərbi azərbaycanlılar barədə məlumat toplayacağıq, onlar bu nümayəndəliklərə cəlb olunacaqlar.

- Qeydiyyataalma prosesində hansı çətinliklərlə üzləşirsiniz ki, o problemləri həll etmək çətin olur və bununla bağlı arxivlərə, yaxud müəyyən dövlət qurumlarına müraciət etməli olursunuz?

-  Hazırda çətinliklər sırf rəqəmlərin çoxluğu ilə bağlıdır. Çünki həmin dövrdə həqiqətən də çox sayda insane deportasiya olunub. Həmin dövrdə azərbaycanlıların yaşadıqları 300 yaşayış məntəqəsindən 150-dən çoxunun əhalisi hazırda siyahıya alınıb. Dediyim kimi, ola bilsin, deportasiya edilənlərin sayı 250-300 mini aşacaq. Çünki həmin dövrdə deportasiya edilənlərin sayı daha çox idi. Sadəcə o deportasiya SSRİ-nin dağılmasına, xaos dövrünə düşdüyündən ola bilsin, o rəqəmlər az göstərilib. Biz araşdırma aparırıq və hesab edirəm ki, rəqəmlər artacaq. Biz yerli icra orqanları, bələdiyyələrlə əməkdaşlıq edirik, onlar bizə cavab verirlər, birgə araşdırmalar aparırıq. Təbii, İcmanın özünə müraciət edənlər olur. Çətinlik bu rəqəmlərin çoxluğu ilə bağlıdır, başqa elə bir çətinlik yoxdur.

- Deportasiya edilən soydaşlarımızın bir çoxunun Ermənistan SSRİ tərəfindən verilən pasportları qalmayıb, onların bir çoxunun evinin, mülkünün sənədləri yoxdur. Bu insanlar evlərindən təkcə canlarını götürüb qaçıblar. Bunların məsələsi necə olacaq?

- Hazırda biz ilkin mərhələdəyik. Qeyd edilənlərin hamısı müəyyənləşdiriləcək. Sənəd göstərə bilməyən soydaşlarımızdan məlumatlar şifahi şəkildə alınacaq. Onların sənəd göstərə bilməməsi o demək deyil ki, onlar orada yaşamayıblar. Arxivlərdə və başqa yerlərdə onlarla bağlı sənədlər qalıb. İlk növbədə o insanlardan şifahi məlumat alınacaq, vəziyyətə uyğun qərar veriləcək.

- Prosesin nəticəsi nə olacaq?

- Ümumiyyətlə, icma olaraq məqsədimiz sülh yolu ilə dinc şəraitdə öz ata-baba torpaqlarımıza geri qayıtmaqdır. Bizi birləşdirən ən böyük amal budur ki, biz sülh yolu ilə öz torpağımıza qayıdıb dinc yanaşı yaşamaq istəyirik. Bütün amalımız, atdığımız bütün addımlar buna doğrudur. Biz ilk növbədə mənzərəni gözümüzün qabağında formalaşdıracağıq ki, maddi-mədəni, tarixi irsmizlə yanaşı bizə dəyən maddi ziyan nə qədərdir? Bu mənzərəni formalaşdırdıqan sonra təbii ki, beynəlxalq aləmdə də təbliğatımızı apararkən, beynəlxalq təşkilatlara bu barədə məlumat verərkən bu rəqəmlər əlimizdə olacaq, onlara tam dəqiqləşmiş məlumat verəcəyik.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ