çərşənbə günü, 11 noyabr 2026
     

Şok - Vardanyanın Xankəndidən təyyarə ilə qızıl daşımaq planı da puç oldu...

Image


Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, fəallarının Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq bir aya yaxındır davam edir.

Qeyd edək ki, aksiya iştirakçıları mütəmadi olaraq Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən Azərbaycan, ingilis və rus dillərində olan plakatlar qaldıraraq şüarlar səsləndirirlər.

Aksiyanın tələblər yerinə yetirilənə kimi davam etməsi nəzərdə tutulur. Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Məhz bundan sonra da aksiyaya start verilib. Amma onu da bildirək ki, Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər. Buna rəğmən, Ermənistan, eləcə də Qarabağdakı separatçı rejim guya aksiya nəticəsində Qarabağda qalan ermənilərin blokada vəziyyətinə düşdüyünü iddia edir. Heç bir əsas olmadan Ermənistanın baş naziri Nikol Paşinyan  keçirdiyi son hökumət müşavirəsində Laçın dəhlizinin Azərbaycan tərəfindən hələ də blokada edildiyini bildirib. Onun sözlərinə görə, çoxsaylı çağırışların səslənməsinə baxmayaraq, Azərbaycan məsələnin həlli üçün heç bir addım atmır. Paşinyan bu dəfə də Rusiyadan gözləntilərini dilə gətirib: “Bu mənada beynəlxalq birlikdən, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan, habelə sülhməramlı kontingenti Qarabağda yerləşdirilən və 9 noyabr 2020-ci il bəyanatına müvafiq olaraq Laçın dəhlizinə nəzarət üçün birbaşa öhdəliyi olan Rusiya Federasiyasından daha predmetli addımların atılmasını gözləyirik”. Bu durumda Qarabağda separatçıların başına gəlmiş erməni əsilli qaçaq, rusiyalı milyarder Ruben Vardanyan Xankəndi şəhərində hava limanının açılmasının zəruriliyi ilə bağlı bəyanat yayıb və bunu “qış aylarında normal şəraitdə yaşamağın yeganə çıxış yolu” adlandırıb. İddiasını əsaslandırmaq üçün Vardanyan Azərbaycanı, guya Qarabağda ermənilərə ərzaq, dərman və yanacaq gətirən yeganə yol olan Laçın-Xankəndi yolunu nəqliyyat vasitələrinin keçidini “bağlamaqda” ittiham edir. Halbuki, bütün humanitar yüklər Qarabağdan Ermənistana və geriyə təhlükəsiz şəkildə hərəkət edir. Aksiya başlayan gündən etirazçılar Rusiya sülhməramlılarının və ya Xankəndidə yaşayan dinc ermənilərin maşınlarının maneəsiz keçməsi üçün şərait yaratmağa hazır olduqlarını bəyan ediblər. Vardanyanın Xankəndi aeroportunun açılmasının zəruriliyi ilə bağlı çıxışı isə, əslində, əhəmiyyətsiz haldır. Axı ermənilər təxminən 10 il bundan əvvəl bu aeroportu açmağı planlaşdırırdılar. Azərbaycan hökumətinin xəbərdarlıqlarına baxmayaraq, ermənilər beynəlxalq hüququ kobud şəkildə pozaraq, 2008-ci ildə aeroportun əsas terminalının tikintisinə başlayıblar. Amma 2011-ci il mayın 9-na planlaşdırılan “möhtəşəm açılış” baş tutmadı. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası işğal olunmuş ərazilərdə hava limanının tikintisinin və Bakının icazəsi olmadan başqa ölkələrdən Xankəndiyə aviareyslərin təşkilinin qanunsuz olduğunu qətiyyətlə bəyan etdi.  Eləcə də Azərbaycan birmənalı olaraq işğalçılara Bakının icazəsi olmadan Xankəndiyə uçan təyyarələrin hansı aqibətlə üzləşə biləcəyi ilə bağlı xəbərdarlıq etdi. Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Avropa Mülki Aviasiya Konfransı da bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyib. Daha sonra 2020-ci ildə Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyi Azərbaycanın altı hava limanının coğrafi koordinatlar siyahısına daxil edilməsi xahişi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edib və Xankəndi Hava Limanı da bu siyahıya daxil edilib.

Beləliklə, hava limanı Azərbaycanın icazəsi olmadan fəaliyyət göstərə bilməz. Vardanyan da ilk dəfə deyil ki, Xankəndi hava limanının işə düşməsinin “humanitar böhranın” yeganə həlli yolu olduğunu iddia edir. Aydındır ki, Xankəndi aeroportu Qarabağdakı ermənilərin humanitar ehtiyaclarını ödəmək üçün kritik əhəmiyyət kəsb etmir. Çünki Qarabağa humanitar yüklərin tədarükü sərbəstdir. Vardanyan növbəti dəfə öz məqsədlərinə çatmaq üçün Qarabağ ermənilərinin arxasında gizlənir. Çünki  ona hava limanı şəxsi maraqları, qanunsuz biznesi üçün lazımdır. Lakin Azərbaycanın bu məsələdə mövqeyi dəyişməzdir. Bakının razılığı olmadan Xankəndidən uçuşlardan söhbət gedə bilməz. Buna rəğmən, Qarabağda separatçı-terrorçu rejim “hava limanı planı”nı davamlı gündəmə gətirir. Belə ki, separatçı rejimin qondarma “spikeri” Artur Tovmasyan Rusiya, ABŞ və Fransaya müraciət ünvanlayıb. Separatçılar hər üç ölkədən Rusiya sülhmərmlılarının müvəqqəti yerləşdiyi ərazidəki Xankəndi hava limanının istifadəsinə dəstək istəyirlər. Lakin qeyd edildiyi kimi, belə bir istəyin yerinə yetirilməsi qeyri-mümkündür. Çünki bura Azərbaycan torpaqlarıdır və hava məkanı da Azərbaycana məxsusdur. Rəsmi Bakının icazəsi olmadan helikopterin belə qaldırılması mümkün deyil. Erməni politoloq Qarik Keryan da deyir ki, ABŞ, Fransa və Rusiyadan nəsə gözləmək mənasızdır: “Ukrayna müharibəsindən sonra bu ölkələr arasında təmaslar, faktiki dayandırılıb. Ümumilikdə isə, Xankəndi hava limanının işə salınması fantaziyadır. Vaxtilə bura bərpa olundu, əvvəllər də istifadəsi çətin idi, indi isə mümkün deyil. Çünki hava məkanından istifadə beynəlxalq qanunlara ziddir. Qarabağın hava məkanı de-yure Azərbaycanın nəzarəti altındadır. Azərbaycan buna icazə verməyəcək”. Ermənistan mediası Ruben Vardanyanın hava limanı ilə bağlı dediklərini populizm adlandırır və yazırlar ki, “bu, boş danışıq”dan başqa bir şey deyil. Erməni ekspert Hakop Badalyan bu xüsusda qeyd edir: “Azərbaycan Qarabağ hava məkanında uçan istənilən təyyarəni, yaxud helikopteri vura bilər, beynəlxalq hüquqla buna əsası var”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ