çərşənbə günü, 11 noyabr 2026
     

Xarici siyasətdə uğursuzluqlar Fransanı daxili böhrana da çəkdi...

Image


Xarici siyasətində çoxsaylı uğursuzluqlara məruz qalan Fransa ölkə daxilində də ciddi problemlrlə üzləşib. Bu vəziyyətdə Fransa prezidenti Emmanuel Makronun və komandasının nüfuzu daha böyük sürətlə sarsılır.

Qeyd edək ki, xarici siyasət müstəvisində Fransanın son günlərdə aldığı ən böyük zərbə ötən ilin sonlarına təsadüf etdi. Dekabrın 30-da Fransa BMT Təhlükəsizlik Şurasında qaldırdığı Laçın-Xankəndi yolundakı vəziyyətilə bağlı Qətnamə qəbulu prosesini dayandırdığını bəyan etdi. Azərbaycan diplomatiyası beynəlxalq dairələrdə ona olan etimad nəticəsində Parisin və Ermənistanın bu addımını darmadağın edə bildi. Xatırladaq ki, 2022-ci ilin sentyabr hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasının gündəliyinə “Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu” adlı bənd daxil edilmişdi. Müzakirələrdən dərhal sonra Fransa BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri kimi Laçın-Xankəndi yolundakı vəziyyəti humanitar fəlakət kimi təqdim edən ermənipərəst mətn hazırlanmışdı. Bu sənədlə bağlı BMT-də “diplomatik müharibə” gedirdi. BMT-də prosesi bilavasitə Fransa Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparırdı. Fransa hesab edirdi ki, BMT TŞ-nə ermənipərəst bəyanatı çıxarmaqla daha sonra onu qətnamə kimi qəbul edə biləcək. İrəvan və Paris Laçın yolundakı vəziyyəti BMT vasitəsilə dəyişdirməyə can atırdılar. Amma digər beynəlxalq oyunçularla razılaşdırılmadan aparılan fəaliyyət onları qəzəbləndirdi. Bu, həm Rusiyaya qarşı növbəti erməni xəyanəti, həmçinin ABŞ-ın dəstəyi ilə aparılan sülh sazişi üzrə danışıqlara, bütövlükdə beynəlxalq ictimaiyyətə hörmətsilik idi. BMT TŞ-nın sədri olan Fransa Laçın yolundakı vəziyyətlə bağlı bəyanatı keçirə bilmədi. Azərbaycanın ciddi diplomatik səyləri ilə bəyanatdan əvvəlcə “Dağlıq Qarabağ” sözü çıxarılıb. Daha sonra sənəddə qeyd edilib ki, humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında mümkün ola bilər. Rəsmi Bakı öz tərəfdaşlarının köməyi ilə Bəyanatın mətnini o qədər yumşalda bilib ki, 6-7 redaksiya dəyişikliyindən sonra sənəd azərbaycanyönlü bəyanata çevrilib. Bundan sonra rəsmi Paris sənəddən ümumiyyətlə imtina edib. Fransa rəsmən məktubla müraciət edərək, prosesi dayandırdığını bəyan edib. Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış ediblər. Fransa bu cəhdin iflasa uğramasından o qədər qəzəblənib ki, BMT-dəki daimi nümayəndəsini geri çağırmaq istəyir. Bu fonda o da bəllidir ki, Fransa, məğlubiyyətə baxmayaraq, təxribatlarını davam etdirəcək. Bu vəziyyətdə Fransa Ermənistanı öz geosiyasi maraqları üçün Türkiyə və Azərbaycan əleyhinə alət olaraq istifadə edəcək.

Xarici siyasətdə Fransaya daha bir zərbə Burkina-Fasodan gəlib. Belə ki, Burkina-Faso Fransanın bu ölkədəki səfiri Lük Halladeyə artıq etimad etmədiyini bildirib və onun dəyişdirilməsi üçün rəsmi Parisə iki həftə vaxt verib. Bildirilib ki, bu, etimad böhranıdır, diplomatik münasibətlərin sonu deyil: “Fransa ilə əlaqələrin kəsilməsindən söhbət getmir, sadəcə, artıq hazırkı səfirlə əməkdaşlıq etmək istəmirik”. Qeyd edək ki, ötən il dekabrın 20-də Burkina-Faso hakimiyyəti Fransaya rəsmi məktub göndərərək, diplomatın dəyişdirilməsini tələb edib. Rəsmi Paris isə bu tələbə hələ reaksiya verməyib. Bu diplomatik mübahisənin səbəbləri məlum olmasa da, müşahidəçilər onu fransız diplomatının Kuduqu şəhərində yaşayan Fransa vətəndaşlarına 2022-ci il 12 dekabr tarixli çağırış məktubu ilə əlaqələndirirlər. Belə ki, məktubunda diplomat təhlükəsizlik səbəbindən Fransa vətəndaşlarını bu şəhəri tərk etməyə çağırmışdı.

Beynəlxalq müstəvidə nüfuzdan düşən Fransa ölkə daxilində də ciddi problemlər yaşayır. Hətta Fransa sakinlərinin əksəriyyəti 2023-cü illə bağlı olduqca bədbindir və bunun nə ölkə, nə də şəxsən onlar üçün əvvəlki ildən yaxşı olmayacağına inanır. Bu nəticələr “Elabe” sosioloji xidmətinin son  sorğusundan sonra bəlli olub. Sorğuda bildirilir: “Ölkə üçün, respondentlərin 50 faizinin fikrincə, 2023-cü il daha pis olacaq, 33 faizi bunun nə daha yaxşı, nə də pis, 8 faiz isə daha yaxşı olacağına inanır. Özlərinə gəldikdə, 34 faiz hər şeyin daha da pisləşəcəyini gözləyir, 38 faiz nə yaxşı, nə də daha pis, yalnız respondentlərin 16 faizi hər şeyin yaxşılaşacağına ümid edir”. Bu fonda Fransa prezidenti Emmanuel Makron xalqa müraciətində 2023-cü ildən vahid və həmrəy ölkədə yaşamağı arzulayıb. O, parçalanmış dövlətdə çətinliklərdən çıxmağın mümkün olmadığını vurğulayaraq, enerji böhranına və inflyasiyaya toxunub. Avropa məkanında Fransanın ən aşağı artım tempinə malik ölkə olduğunu vurğulayan Makron 2023-cü ilin “pensiya islahatı ili” olacağını bildirib. Makronun arzuları fransız siyasətçilər və analitiklər tərəfindən birmənalı qarşılanmayıb. Onlar “milli birliyin” dövlət tərəfindən təkrarlanan çeynənmiş ifadə olduğunu qeyd ediblər. “Parçalanma”nı vurğulayaraq vahid, həmrəy ölkə olmaqla bağlı fikirləri Fransa dövlət başçısının narahatlıqlarını əks etdirdiyini, belə ifadələr üzərində təkidlə dayanılmasının isə dövlətin bölünmədən, etirazlardan, hər an alovlana bilən sosial mühitdən nə dərəcədə qorxduğunu göstərdiyi bildirilir. Buna görə də Makronun sakitləşməyə, dialoqa meylli olduğunu bildirməsinə baxmayaraq, ilin əvvəlində pensiya islahatlarının təqdim edilməsi ilə vəziyyətin kəskinləşəcəyinin qaçılmaz olduğu qeyd edilir. Çünki dövlət başçısı həmkarlar ittifaqlarının yekdilliklə əleyhinə çıxdığı pensiya islahatının yayın sonunda qüvvəyə minəcəyini vurğulayıb. Assambleyada mütləq çoxluqdan məhrum olan Makron dialoqu təşviq etmək üçün bəzi təşəbbüslər göstərsə də, uğur əldə etməyib. Əksinə, prezident fərmanlarının həyata keçirilməsində Konstitusiyanın 49.3-cü maddəsinin təkrar istifadəsi bir tərəfdən həmkarlar ittifaqları, digər tərəfdən isə müxalifətdən olan deputatlarla münasibətlərin daha da pisləşməsinə səbəb olub. Bəzi siyasətçilər hesab edir ki, icra hakimiyyəti ona tərəfdaş və ya müttəfiq kimi xidmət göstərəcək tərəfləri daha da zəiflətməyə çalışanda, özünü daha şiddətli və nəzarətdən çıxan kütləvi hərəkatlarla qarşı-qarşıya qoymaq risqini artırır. Məhz bu durumda son 12 ildə ilk dəfə bütün həmkarlar ittifaqları pensiya islahatı əleyhinə birlikdə səfərbər olmağa hazır olduqlarını bildiriblər. Bu da o deməkdir ki, Fransa daxilində iğtişaşlar yenidən çoxalacaq. Çünki nə hökumət güzəştə gedir, nə də cəmiyyət geri çəkilməyə hazırlaşır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ