çərşənbə günü, 11 noyabr 2026
     

Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradır, ermənilər təlaşda...

Image


Ermənistanı Qarabağla birləşdirən Laçın yolunda baş verən son hadisə erməni cəmiyyətində əsas müzakirə predmetinə çevrilib. Burada hesab edilir ki, əslində, Azərbaycan Xankəndi və Qarabağda ermənilər qalan digər əraziləri artıq öz nəzarətinə qaytarmaq prosesinə başlayıb.

Xatırladaq ki, dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçərək, Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələr aparıblar. Müzakirələr əsnasında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı ciddi narahatlıq və narazılıq bir daha ifadə olunub. Bu xüsusda, faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi vurğulanıb. Müzakirələrin nəticəsi olaraq, qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə “yol xəritəsi”nin hazırlanmasına başlanılıb. Azərbaycan rəsmiləri Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçən zaman Laçın yolu 3 saatdan çox bağlı qalıb. Erməni siyasi xadim Metakse Hakopyan qeyd edir ki, bu təsadüfi xarakter daşımır: “Azərbaycanlılar Xankəndi-Gorus yolunu bir neçə saatlıq bağlamaqla beynəlxalq ictimaiyyətin reaksiyasını, risqləri yoxlamaq istəyiblər”. Onun sözlərinə görə, Azərbaycanın son məqsədi göstərməkdir ki, onlar Qarabağın tam sahibidirlər və istədikləri zaman bu həyati əhəmiyyətli yolu kəsə bilərlər: “Onlar risqləri ölçüblər, beynəlxalq ictimaiyyətin və Ermənistan hakimiyyətinin reaksiyasına toxunacaqlar. Yolu bağlamaq üçün çox sadə səbəb göstərdilər. Məqsədləri daha dərindir, lakin fəaliyyətləri ilə hər şeyi başqa istiqamətə aparmağa çalışırlar”. Erməni azərbaycanşünas Anjela Elibekova da bildirir ki, Azərbaycanın konkret məqsədləri var: 1. Laçın dəhlizini təhlükəsizlik zonası olmayan birbaşa yola çevirmək, 2.Sülhməramlıları oradan çıxarmaq, 3.Öz nəzarət məntəqələrini qurmaq, 4.Öz istəyi ilə istənilən vaxt əlaqəni bağlamaq”. Ermənistanın “Past” nəşri yazır ki, Azərbaycan yekun məqsədinə çatacaq: “Ermənistan ətrafında təhlükəsizlik vəziyyəti gərgin olaraq qalmaqda davam edir. Azərbaycan son məqsəd üçün hərbi əməliyyat baxımından  əlverişli anı gözləyir. “Bunu həmin ölkənin prezidentinin açıqlamaları da sübut edir. İlham Əliyev Cənubi Azərbaycanda yaşayan azərbaycanlılarla bağlı məsələ qaldırır. Digər tərəfdən, İlham Əliyev dünya siyasətində əsas rol oynayan Minsk qrupunun həmsədr ölkəsi Fransaya qarşı demarş təşkil edir, əslində Parisi vasitəçi kimi qəbul etmədiyini bəyan edir və Makronun planlaşdırılan danışıqlarda iştirak etməməli olduğunu bildirir. Təbii ki, Azərbaycanın Fransaya qarşı mövqeyi əsasən Paris və Ankara arasındakı gərginlikdən irəli gəlir, belə ki, bu ölkələrin maraqları bir sıra regionlarda, məsələn, Afrikadakı keçmiş Fransa koloniyaları və Aralıq dənizi regionunda toqquşur. Bu həm də ondan irəli gəlir ki, Fransa Yunanıstanı Türkiyəyə qarşı dəstəkləyir və silahlandırır, digər tərəfdən Ermənistana dəstək mövqeyini bildirir. Ancaq bu hamısı deyil. Artıq o həddə çatıb ki, Azərbaycan hətta fövqəldövlət sayılan Rusiyanı belə tənqid edir. Məsələn, artıq Bakıdan Rusiya sülhməramlılarının Qarabağda qalmayacağına dair anonslar gəlir və hətta onları öz xəritələrində Qarabağdakı yaşayış məntəqələrinin azərbaycanlı adlarından istifadə etməyə məcbur etmək cəhdi də var. Təsadüfi deyil ki, Rusiya sülhməramlı qoşunları bəyanat yayıblar ki, Azərbaycanın Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətini şübhə altına almasa yaxşı olar. Təsəvvür edin, əgər bu gün Azərbaycan yer adları ilə bağlı tələblər irəli sürürsə, sabah onların getməsi ilə bağlı konkret məsələ qaldırılana qədər, ümumiyyətlə, sülhməramlıların özlərini necə aparması, harada dayanması və sair tələblər irəli sürə bilər”.

Belə bir vaxtda emənilərin narahatlığına yol açan daha bir məsələ Qarabağı Ermənistanla birləşdirən dəhlizdə Azərbaycan postunun yerləşdirilməsinin mümkünlüyüdür. Qarabağdakı separatçı rejim bu fonda iddia edir ki, Qarabağı Ermənistanla birləşdirən dəhlizdə Azərbaycan postunun yerləşdirilməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil. Qeyd edək ki, bundan əvvəl Qarabağda yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı Andrey Volkov Qarabağı Ermənistanla birləşdirən yolda xüsusi avadanlıqla təchiz edilmiş mini-gömrük postunun quraşdırılacağını bildirib. Ermənilər iddia edir ki, burada söhbət, sadəcə, texniki müşahidə cihazlarının quraşdırılmasından gedir. Lakin “Azatutyun” radiosu məsələ ilə bağlı başqa maraqlı məlumat yayıb: “Azərbaycan mənbələri iddia edir ki, Şuşi yaxınlığında bir general-mayor azərbaycanlı jurnalistlərə Xankəndi-Gorus yolunda yerləşən Rusiyanın birinci keçid məntəqəsində “mini-gömrük postu”nun fəaliyyət göstərəcəyini deyib. Bakı Azərbaycanın müvəqqəti işğal olunmuş ərazilərində faydalı qazıntıların qanunsuz istismarını və bununla bağlı ekoloji fəsadları araşdırmaq və monitorinq etmək iddiası ilə sülhməramlıların yerləşdiyi yerə mütəxəssislər qrupu göndərib. Bu azərbaycanlı qrupun səfəri nəticəsində Qarabağı Ermənistanla birləşdirən yeganə yol olan Xankəndi-Gorus avtomobil yolu 4 saata yaxın bağlanıb, çünki onlar Rusiyanın sülhməramlıları ilə yolun düz ortasında danışıqlar aparırdılar. Bu hadisədən sonra Ermənistan parlamentinin sədri Alen Simonyan Moskvada KTMT Parlament Assambleyası Şurasının iclasında Azərbaycan tərəfinin Laçın dəhlizini bağlamaq niyyətində olduğunu bildirib. İrəvandan bu cür bəyanat ilk dəfə deyil gəlir. Bir neçə həftə əvvəl Ermənistanın baş naziri də bəyan etmişdi ki, Bakı dəhlizi bağlamaq niyyətindədir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında azərbaycanlıların“ekoloji narahatlıqları ilə bağlı suala cavabında Volkovla azərbaycanlılar arasında əldə olunan razılaşmalar barədə heç nə deməyib. Sergey Lavrov bildirib: “Bəli, biz bu mövzuya toxunduq. Qeyd etdik ki, Azərbaycan nümayəndələri, bütün digər hallarda olduğu kimi, Rusiya sülhməramlı kontingentinin nümayəndələri ilə də işləyəcəklər. Üçtərəfli bəyanatların razılaşmalarının həyata keçirilməsində azərbaycanlı tərəfdaşlarımızla yaranan məsələlər bizim üçün prioritetdir. Bu məsələlərlə bizim ordumuz məşğul olur”. Bakı Qarabağdakı hansı mədənin istisamrından narahat olduğunu dəqiq açıqlamayıb. Lakin Qarabağın erməni təmsilçiləri bunun Ağdərə rayonundakı mis-molibden mədəni olduğunu ehtimal edir. Azərbaycan mənbələrinin məlumatına görə, müzakirələr nəticəsində Rusiya sülhməramlıları və azərbaycanlılar da ətraf mühitin monitorinqi üçün “yol xəritəsi” hazırlamaq qərarına gəliblər. Bu məsələ ilə bağlı nə sülhməramlılar tərəfindən, nə də Xankəndidən heç bir izahat yoxdur. Politoloq Tiqran Qriqoryanın sözlərinə görə, Bakı indi Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmağa çalışır, bunun üçün mübarizə çoxdan başlayıb: “Əsas məqsəd bu yolda nəzarət-buraxılış məntəqəsi yaratmaqdır və ümumiyyətlə, burada hansısa keçid məntəqəsi qurmaq olar, çünki yolun yalnız bu hissəsində azərbaycanlılar və hətta hərbçilər var. İrəvandan Xankəndiyə getsəniz görərsiniz ki, hadisə baş verən ərazidə hasar var və hasarın o biri tərəfində silahlı azərbaycanlılar dayanıblar, yəni bura bəzi yerlərdə nəzarət-buraxılış məntəqəsi quraşdırmaq üçün ən əlverişli yerdir. Və bəli, mən hesab edirəm ki, son məqsəd bu yolda AzərbaycanIN nəzarət-buraxılış məntəqəsinin yaradılmasıdır”. Onun sözlərinə görə, bunun ÜÇÜN Bakını arqumentləri də var: “Ermənistan tərəfinə silah və sursat daşıNması ilə bağlı ittihamlar təsadüfi deyil. Bu onun üçün edilir ki, erməni tərəfi üçtərəfli razılaşmaları pozur. Ona görə də Azərbaycan  artıq üçtərəfli razılaşmalarda müəyyən dəyişikliklər edə bilər. Yəni Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yarada bilər”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ