çərşənbə günü, 11 noyabr 2026
     

Azərbaycan Milli Məclisinin Fransa barədə noyabr bəyanatı necə icra olunur...

Image


Fransanın dövlət səviyyəsində Azərbaycana qarşı qərəzli kampaniyasının davam etdiyini hər addımda görürük. Bu ilin noyabr ayının 15-də  Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul etmişdi və hökumət bu sənədlə qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırış etmişdi. Bu bədnam sənədin lehinə 295, əleyhinə 1 senator səs vermişdi.

Bundan iki həftə sonra, yəni noyabrın 30-da isə Fransa Milli Assambleyası Azərbaycana qarşı qətnamə qəbul edib.

Qeyd edək ki, Fransa Senatının 15 noyabrda qəbul etdiyi bəyanata Milli Məclis reaksiya verdi. Belə ki, noyabrın 16-da Milli Məclis Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bağlı Azərbaycan hökumətinə çağırış etdi.

Noyabrın 16-da qəbul edilən bəyanatda qeyd edildi ki, Milli Məclis Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq Azərbaycan hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edib:

- Fransa hökuməti tərəfindən bitərəflik təminatı verilməyənə qədər onun Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədər təşəbbüs və fəaliyyətlərdə iştirakına cəlb edilməsinə imkan verilməməsi, bu məsələlərlə bağlı Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması;

- Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildiyi təqdirdə, onların dondulması;

- Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişləri həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi;

- Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan tərəfi ilə əməkdaşlığına yenidən baxılması;

- Azərbaycanla Fransa arasında mövcud olan siyasi, iqtisadi münasibətlərə yenidən baxılması;

- Qoşulmama Hərəkatının sədri kimi Fransanın müstəmləkəçilik siyasəti, insanlıq əleyhinə cinayətlərinin və hərbi cinayətlərinin beynəlxalq təşkilat çərçivəsində qaldırılması;

- İƏT çərçivəsində Fransanın İslamafobiya siyasəti məsələsinin gündəliyə çıxarılması;

- Türk dövlətləri təşkilatları çərçivəsində Fransanın türkfobiya siyasətinin gündəliyə çıxarılması.

Təbii ki, Milli Məcslin Senatın qəbul etdiyi bədnam qətnaməyə cavabı çox kəskin idi. 

Milli Məsclisin qəbul etdiyi bəyanatdan keçən iki həftə ərzində nə kimi işlər görülüb? Yoxsa bu bəyanat qəbul edildi, sonra isə icrası üçün heç bir addım atılmadı? Qəbul olunmuş bu sənədin icrası, həyata keçirilməsi istiqamətində hansı addımlar atılıb?

  • “...Artıq sözdən əmələ keçməliyik”

Bu barədə məlumat almaq üçün Milli Məclisə müraciət etsək də, sorğumuza cavab ala bilmədik.

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Milli Məclisin sözügedən bəyanatının icrası ilə bağlı  daha operativ,  daha fəal, daha effektiv addımlar atılması arzuedləndir. “Özü də bu addımlar cavab addımları olmasın, önləyici addımlar olsun. Ona görə də şəxsən özüm illərdir, xüsusən də Milli Məclisin deputatlarını bu cür məsələləri önləmək üçün  daha fəal olmağa çağırıram. Yəni bu çağırışlarım davamlı şəkildə yazılarımda, şərhlərimdə, çıxışlarımda öz əksini tapır, deputatlara bunu necə etməyin yolları barədə də fikirlərimi deyirəm. Əslinə qalanda, istər Fransa parlamenti olsun, istərsə də başqa ölkələrin parlamentləri, siyasi rejimləri və sair olsun fərq etmir, onlarla işləmək və lazım gələndə də neytrallaşdırmaq mümkündür. Bunu etmək üçün sadəcə daha fəal olmaq, ikitərəfli münasibətləri daha yüksək səviyyəyə çıxarmaq lazımdır. Biz indi Fransadan danışırıq, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupu var. O qrup nə ilə məşğuldur? Bir hesabat versinlər. Biz görək ki, onlar ikitərəfli müstəvidə nələrə nail olublar. Ən azından o qrupun üzvləri Fransa parlamentində hansı deputatlarla dostlaşıblar, münasibət qurublar, o deputatların Azərbaycanla bağlı bilgiləndirilməsinə hansı töhfələr veriblər, yaxud Fransa parlamentinin deputatlarını Azərbaycana qonaq dəvət ediblər, onları gəzdiriblər, ölkəni tanıdıblar? Ediblərmi bunu? Nəsə şəxsən mən xatırlamıram. Bəlkə də bir-iki dəfə bu adda-budda olub, o da yaddan çıxıb gedib. Halbuki, düşünürəm ki, parlamentlərarası dostluq qrupları aktiv fəaliyyətlərlə bizə qarşı çıxmaq istəyənləri neytrallaşdıra bilərlər. Düzdür, parlamentin sədri Sahibə Qafarovanın fəaliyyətini müşahidə edirəm, çox fəaldır, xarici səfərlərini, burada qəbullarını vurğulamaq olar. Ədalətli olmaq lazımdır, o boş durmur, işləyir. Amma bu iş təkcə parlament sədrinin fəallığı ilə olmur. Əgər 125 deputat yerimiz varsa, indi deyirlər hardasa o yerlərin 10-u boşdur, lap olsun 115 yer, bunun 15-ni çıxaq ölü canlara...”

Amma yerdə qalanların fəallıq etməli olduğunu deyən A.Həsrət bildirdi ki, parlamentlərarası dostluq qrupları işləməlidir. “Milli Məsclisin 16 noyabr tarixdə qəbul etdiyi bəyanatı təqdir edirəm, yaxşı bəyanat idi, yetərincə də sərt idi. Orada müəyyən müddəalar əks olunmuşdu.  Bəyanatda Fransanın özü ilə, Əlcəzairdə, digər ölkələrdə törətdiyi soyqırımlarla əlaqədar, eyni zamanda  bu ölkəyə qarşı sərt addımların atılması ilə bağlı kifayət qədər məsələlər vardı. Elə mən özüm həmin gün AzTV-də “Əsas məsələ” verilişində təkliflər verdim ki, bəyanat verdik və irəli getməliyik, Əlcəzairdən danırıqsa, onunla bağlı müzakirələr təşkil etməliyik, bu müzakirələri xarici dillərdə, xüsusən də fransız dilində yaymalıyıq və fransız dilinin hakim olduğu bütün ölkələrə göndərməliyik. Amma biz nə etdik? Sadəcə bəyanat verib oturduq, ardından o gəldi ki, Fransa Milli Assambleyası Azərbaycana qarşı bənzər qətnamə qəbul etdi. Düzdür, əvvəlki qətnamədən fərqli olaraq elə də sərt deyil, geriləmə var, amma diqqət çəkən o oldu ki, bu qətnaməyə deputatların hamısı səs verdi. Yəni əleyhinə olan, bitərəf qalan bir nəfər yoxdur. Yoxdursa, bu o deməkdir ki, biz işləməmişik. Yəni onlarla işlənilsəydi  heç olmasa 3-5 nəfər orda çıxıb deyə bilərdi ki, bu qərar ədalətsizdir, belə etməyək. Etməyiblər. 256 nəfər bu qətnamənin lehinə səs verib. İş yoxdur deməli. Fikrimcə, artıq sözdən əmələ keçməliyik. Əmələ keçmək üçün də bu işin öhdəsindən gələ biləcək adamlar parlamentdə oturmalıdır. Yoxsa nə vaxta qədər ortada yeyib qıraqda gəzənlər parlamentdə oturmağa davam edəcək? Dövlət, millət itirir. Prezident gecə-gündüz demədən işləyir. Parlamentin sədri də çalışır, amma deputatlar da bunu etməlidir. Etmirlər, edə bilmirlər. Görünür bunların buna qabiliyyəti, bacarığı çatmır. Qabiliyyəti çatmayan adamların da orada nə işi var?”

A.Həsrət bildirdi ki, paralement üzvləri yenilənməli, daha savadlı, daha dünyagörüşlü, müttərəqqi şəxslər parlamentdə oturmalıdır, yalnız belələri Prezidentin apardığı işlərdə ona yardımçı ola bilər.

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ