İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, ABŞ prezidenti Donald Tramp İranla danışıqlarla bağlı ziddiyyətli siqnallar göndərir, Tehranın özü isə İranın şərtləri yerinə yetirilənə qədər danışıqlar aparmaq niyyətində deyil.
"İranın şərtləri yerinə yetirilənə qədər danışıqlar aparılmayacaq. Nöqtə!", - deyə Rzayi sosial mediada yazıb.
O, Trampın "ziddiyyətli siqnallarına" - "danışıqların olmaması"ndan "danışmağa hazırıq"a qədər - cavab verilməməsinə çağırıb.
Rzayi vurğulayıb ki, neft və boğazlar ətrafındakı risklər dəyişib, vəziyyəti xilas etmək cəhdləri gələcəkdə baş verəcək hadisələrin qarşısını almayacaq.
Tramp əvvəllər Tehranla danışıqları bərpa edib-etməmək barədə qərar verəcəyini bildirmişdi. O, əlavə etmişdi ki, ümumiyyətlə diplomatik həll yolu ideyasına açıqdır.
Tahir TAĞIYEV