Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur.
Bu il ümumi təhsil müəssisələrində ilk dərs “Şəhərsalma və Memarlıq İli”nə həsr olunacaq.
2026–2027-ci tədris ilində təqribən 2,2 milyon nəfərin təhsil alacağı proqnozlaşdırılır. Ümumi təhsil müəssisələrində 1,6 milyon, ali təhsildə 260 min, məktəbəqədər təhsil müəssisələrində 226 min, orta ixtisas təhsili müəssisələrində 64 min, peşə təhsilində isə 44 min nəfərin təhsil alacağı gözlənilir. Təqribən 124 min şagird I sinifdə təhsilə başlayacaq.
Azad edilmiş ərazilərdə yeni tədris ilində daha 15 təhsil müəssisəsi fəaliyyətə başlayır. Yeni təhsil müəssisələri Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocavənd və Zəngilanı əhatə edir.
Məktəbəqədər təhsil müəssisələrində uşaq sayı 408, işçi heyət 123 nəfərdən ibarətdir. Ümumi təhsil müəssisələrində şagird sayı 4825, işçi heyət 700 nəfərdən ibarətdir.
ZÜMRÜD