Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Rusiya Ermənistandan hərbi bazasının Gümrüdən çıxarılması ilə bağlı heç bir sorğu almayıb.
"Ermənistan tərəfindən Gümrüdə yerləşən Rusiya hərbi bazasının geri çəkilməsi ilə bağlı heç bir sorğu almamışıq" – deyə o "İzvestiya" qəzetinə açıqlamasında bildirib.
Diplomat vurğulayıb ki, Moskva bu hərbi bazanın Ermənistan və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının vacib elementi olduğuna inanmağa davam edir.
Tahir TAĞIYEV