İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının cənubundakı məhdud ərazidə bir supertankerin minaya düşdüyünü açıqlayıb. İki-üç milyon barel xam neft daşımaq qabiliyyətinə malik "Alqaya" adlı tankerdə yanğın baş verdiyi bildirilir.
Alovların söndürülə bilmədiyi və gəminin tamamilə yandığı bildirilir. İnqilab Keşikçiləri, marşrutdan istifadənin təhlükələri ilə bağlı xəbərdarlıqların edildiyini xatırladaraq, boğaza nəzarətin onlarda qaldığını bir daha təkrarlayıblar.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İranın iddialarını təkzib edib. CENTCOM-un açıqlamasında deyilir: "Panama bayrağı altında üzən "Alqaya" gəmisi ötən ay İran raketi ilə vurulub və istifadəyə yararsız hala düşüb. Bu həftə sonu İran bir daha Oman sahillərində lövbər salan tankeri dronla hədəfə alıb. Tanker hazırda regional tərəfdaş tərəfindən yedəklənir. İnqilab Keşikçilərinin bu əsassız iddiası, boğazdan keçən kommersiya gəmiçiliyinə mane olmaq cəhdlərində tətbiq etdiyi yalan və qorxutma taktikalarının daha bir nümunəsidir".
Tahir TAĞIYEV