çərşənbə günü, 11 noyabr 2026
     

Bu gedişlə ermənilər Laçın yoluna həsrət qalacaq...

Image


Ermənistanı Qarabağla birləşdirən Laçın yolundan ermənilərin sui-istifadə etməsi və Rusiya sülhməramlılarının buna imkan yaratması Azərbaycanın haqlı narazılığına səbəb olmaqdadır. Mövcud vəziyyətdə həmin yolun ölkəmiz tərəfindən bağlanması artıq qətiyyən istisnalıq təşkil etmir.

Baş verənlər Azərbaycan tərəfindən dünya ictimaiyyətinin də diqqətinə çatdırılır. Məsələn, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Polşanın Lodz şəhərində keçirilən Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxışı zamanı bu xüsusda mühüm məqamlara toxunub. Nazir qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərində minalar yerləşdirməyə davam edir: “Son zamanlar Azərbaycan ərazisində 350 mina aşkarlanıb. Onların hamısı 2021-ci ildə Ermənistanda istehsal olunub.  Ümumilikdə Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunan 2728 mina aşkar edilib. Bu minalar Laçın yolu ilə gətirilib. Bu, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş bu yoldan açıq-aşkar sui-istifadədir”. Belə olan halda ermənilərin Ermənistanla gediş-gəlişini təmin edən və təxribatlara şərait yaradan yolun Azərbaycanın nəzarətinə keçməsi tamamilə  mümkün görünür. Əslində, bunu ermənilər özləri də etiraf edirlər. Məsələn, erməni siyasi şərhçi Artsrun Pepanyan bildirir: “Ermənistan hakimiyyəti hazırda vaxt udmağa çalışır, amma İrəvan anlaya bilmir ki, Bakı artıq əvvəlkitək 30 il gözləyən deyil. Azərbaycan ordusunun dəqiq və millimetrinə qədər ölçülüb-biçilmiş hərbi əməliyyat planı artıq mövcuddur. Bu, artıq heç kimə sirr deyil. Əgər Ermənistan hakimiyyəti bir az da sağ-sol etsə, Bakının səbri tükənəcək. Bu ilin sonuna qədər Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin xırda bir səhvini gözləyəcək və dərhal əməlliyat planı işə düşəcək. Bu dəfə hər şey tez bitəcək, çünki Ermənistan özünü qorumaq qabilliyətinə qadir deyil, qaldı ki, Xankəndini və yaxud Laçın dəhlizini qoruya bilsin”. Ermənistanın “Past” nəşri də Bakının hər an Laçından keçən yolu bağlaya biləcəyini yazır: “Azərbaycan göstərir ki, erməni tərəfi Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə edir. Azərbaycanlılar ermənilərin Laçın dəhlizindən minaları yerləşdirmək üçün istifadə etdiyini beynəlxalq ictimaiyyətə nümayiş etdirirlər. Beləliklə, faktiki olaraq Azərbaycan Laçın dəhlizinin bağlanmasına şərait yaratmağı planlaşdırır. Eyni zamanda, Azərbaycan növbəti dəfə Ermənistana qarşı yeni hərbi əməliyyat üçün zəmin hazırlayır. Atəşkəs rejiminin pozulması nəticəsində yaralananlar da var. Və biz dəfələrlə uzun sürən sərhəd gərginliyi nəticəsində sonda nələrin baş verdiyini görmüşük. Aydındır ki, bu cür davranış həm də beynəlxalq ictimaiyyətin səhlənkarlığının nəticəsidir. Konkret olaraq bu, Qərbin, xüsusən də Avropanın mövqeyinə işarə edir. Sentyabrın 12-də hərbi əməliyyatların dayandırılmasında Qərb dövlətlərinin rolunun vacibliyi müzakirə olunurdusa, indi belə görünür ki, eyni dövlətlər Azərbaycana kart-blanş verir. Avropa İttifaqı atəşkəs rejiminin pozulmasını qeydə almaq üçün iki ay ərzində Ermənistan sərhədinə onlarla müşahidəçi göndərib. Bununla belə, son nəticədə həmin müşahidəçilərin pozuntunu qeydə almaq və ya bu pozuntuları qanuniləşdirmək üçün orada olub-olmaması qeyri-müəyyən olaraq qalır. Son vaxtlar Avropa İttifaqı  heç bir açıqlama verməyib, üstəlik də Azərbaycana qarşı sanksiyaların tətbiqindən söhbət gedə bilməz”.

Erməni politoloq Qarik Keryan da bildirir ki, Azərbaycan Laçın yolunu bağlamaq istəsə, onu nə Qərb, nə də Rusiya dayandıra biləcək: “Ermənistan-Azərbaycan münaqişəsinin həllində eyni vaxtda Rusiya və Qərb formatlarında iştirak etmək təhlükəlidir. Bir ilə yaxındır ki, Ermənistan hakimiyyəti iki stulda oturmağa çalışır. Onlar bir tərəfdən Ermənistan-Rusiya-Azərbaycan formatını qoruyur, digər tərəfdən də Brüssel və Vaşinqtonda keçirilən görüşlərdə ört-basdır etmədən məmnuniyyətlə iştirak edirlər. Bu, Ermənistanın Qərblə Rusiya arasında manevr etdiyi əvvəlki hakimiyyətin komplementarizm siyasətinə çox bənzəyir. Əgər keçmiş xarici işlər naziri Vardan Oskanyanın fəaliyyəti dövründə belə bir siyasət ATƏT-in Minsk qrupunun həmsədrliyinin fəaliyyəti kontekstində müəyyən mənada başadüşülən idisə, indi bu, Rusiya tərəfindən mənfi qarşılana bilər. Həmin illərdə Qərblə Rusiya arasında açıq münaqişə olmayıb. Fransanın Ermənistana yardım etmək istəyi böyükdür, lakin bu ölkənin Azərbaycan prezidenti İlham Əliyevə təsir edə bilmək üçün imkanları çox azdır. Buna görə də cəlbedici perspektivlərə arxalanmaq olmaz, vəziyyəti ayıq şəkildə qiymətləndirmək və yalnız bundan sonra hər hansı bir tədbir görmək lazımdır”. ABŞ-ın “Stratfor” analitik mərkəzi də diqqəti ona yönəldir ki, Laçın yolu ilə bağlı baş verənlər Azərbaycanın səbr kasasını daşırır: “Azərbaycan öz təsir rıçaqlarını nümayiş etdirmək üçün gücdən istifadə etməyə məcbur qalır. Azərbaycan prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla dekabrın 7-də nəzərdə tutulmuş görüşdən Paşinyanın sülh danışıqlarında Fransa prezidenti Emmanuel Makronun iştirakında israrlı olmasından sonra imtina edib. Bu, Azərbaycan rəsmilərinin Ermənistanı Qarabağ bölgəsini silahla təchiz etmək üçün Laçın dəhlizindən istifadə etməkdə ittiham etməsindən sonra baş verib”. Qurum qeyd edir ki, Azərbaycan Ermənistanın öhdəliyindən yayınması ilə barışmaq niyyətində deyil. Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının deputatı Tiqran Abrahamyan isə xatırladır ki, bu gün Ermənistanı Qarabağla birləşdirən yol dəhliz yox, yol statusuna malikdir: “Azərbaycan ətrafdakı 5 kilometrlik hissədə döyüş mövqelərini yerləşdirib. Azərbaycan əvvəldən Ermənistandan keçə biləcək marşrutla bağlı bu mövzunu bir paketdə nəzərdən keçirib. Onun ilkin şərti bunların eyni rejimlərə malik olmasıdır. Ermənistan bu vəziyyətdə Azərbaycana dəhliz verməsə, o zaman Ermənistanı Qarabağla birləşdirən yolda nəzarət-buraxılış məntəqələri yerləşdirəcəyi ilə hədələyir”. Abrahamyan vurğulayıb ki, bu, gömrük, təhlükəsizlik və bütün digər rejimlərlə malların və insanların sərbəst hərəkətini məhdudlaşdırmaq və yoxlamaq deməkdir. Erməni deputat onu da vurğulayıb ki, Azərbaycanın mümkün hərbi əməliyyatlara hazırlığı başqa ölçüyə malikdir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ