çərşənbə günü, 11 noyabr 2026
     

“Azərbaycan-Serbiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib” - Vüqar Rəhimzadə

Image


“Azərbaycanın xarici siyasəti çoxşaxəliliyi ilə daim diqqətdədir. Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasətimizin uğurları göz qabağındadır. Bu fikir daim önə çəkilir ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə qarşılıqlı maraqlar və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərinin inkişaf səviyyəsinə diqqət yetirdikdə tarixi Zəfərimizdən sonra bu sahədə uğurların geniş miqyas aldığını  daha aydın görmək mümkündür.

Buna əmin olmaq üçün təkcə son zamanlar dövlət  başçısı İlham Əliyevin  bu və ya digər ölkələrə  səfərlərinin, beynəlxalq təşkilatların tədbirlərində iştirakının miqyasına diqqət yetirmək kifayətdir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyəm ki, Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə əlaqələrin inkişafına xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin noyabrın 23-də Serbiya Respublikasına rəsmi səfəri də bunun bariz nümunəsidir.

Səfər çərçivəsində  istər prezidentlərin təkbətək, istərsə də geniş tərkibdə görüşlərində, həmçinin  səfərin mahiyyətini özündə əks etdirən dövlət başçılarının mətbuata birgə bəyanatlarında  diqqəti çəkən mühüm məqamlardan biri Prezident İlham Əliyevin şəxsi nüfuzuna, yürütdüyü  siyasətə böyük dəyərin verilməsi oldu. Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşündə  Serbiya liderinin “Azərbaycan bizim çoxdankı dostumuzdur və ümidvaram ki, bundan sonra da biz münasibətlərimizi daha da inkişaf etdirəcəyik. Heç kəs bir faktı inkar edə bilməz ki, biz yaxın dostuq, yaxın dost kimi qalırıq”, eyni zamanda, müxtəlif istiqamətlərdə  əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında “Mən Prezident Əliyevə dedim ki, bütün şəffaf protokol məsələlərinə görə bəzi sənədlər imzalanmalı olsa da, onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, bu, belə də olacaq. Bu, bizim üçün həqiqətən də vacibdir” kimi fikirləri cənab İlham Əliyevin nüfuzuna, şəxsi keyfiyyətlərinə, həm ölkə daxilində, həm də beynəlxalq arenada birlik, həmrəylik çağırışlarını real həyatda təsdiqləməsinə verilən dəyər kimi qəbul edirik.  Dövlət başçısı İlham Əliyevin daim haqqın, ədalətin, beynəlxalq hüququn yanında olması əksər dövlətlərin yüksək dəyərləndirdiyi  məqamlardandır.»

 Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, səfər çərçivəsində imzalanan Birgə Bəyanat, Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum” və onun əlavəsi olan  Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi, həmçinin ayrı-ayrı sahələr üzrə sənədlər iki ölkə arasında əlaqələrin inkişafında hüquqi baza olaraq gələcək barədə aydın təsəvvür yaradır: “Qarşılıqlı səfərlər həm aktual məsələlərin müzakirəsi, həm də əməkdaşlıq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayan və hüquqi baza olan sənədlərin imzalanmasında vacib faktorlardan biridir. Hər bir məsələnin müzakirəsi problemə birgə yanaşmaların ortaya qoyulmasına çağırışlar edir. Serbiya Prezidenti  ölkəsinin Azərbaycanla  oxşarlıqları fonunda bu  mühüm məqamı diqqətə çatdırdı ki, hər iki dövlət öz ərazi bütövlüyünü qətiyyətli şəkildə qoruyub saxlayır və biz bir-birimizə beynəlxalq arenada, beynəlxalq təsisat və təşkilatlarda BMT Nizamnaməsinə və beynəlxalq ictimai normalara əməl edərək kömək edirik. Biz bu məsələdə bir-birimizə etibar edə bilərik.

Günümüzün əsas çağırışı olan bu məqama da xüsusi diqqət yönəldildi ki, yalnız bir neçə ölkənin beynəlxalq hüquq normalarına riayət etməsindən başqa beynəlxalq hüquqdan çox az bir şey qalıb. Beynəlxalq hüququn norma və prinsiplərinə  əməl etməyin gələcək üçün yeganə imkan və seçim olduğu bir daha açıqlandı. Nəzərə alaq ki, dövlət başçısı İlham Əliyevin elə bir xarici səfəri yoxdur ki, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllindən bəhs olunmasın. İşğal və postmünaqişə dövrlərindən geniş bəhs edən dövlət başçısı İlham Əliyevin diqqət göstərdiyi əsas məsələ bəzi aparıcı dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlər olur. Serbiyaya səfəri zamanı mətbuata bəyanatında da  dövlət başçısı İlham Əliyev BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin 27 il icrasını gözləməsindən bəhs etdi. Bildirdi ki, bəzən bu qətnamələr bir neçə saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə biz 27 il gözlədik. Dövlət başçısı mətbuata bəyanatında bu çağırışı etdi ki, ona görə dünya ictimaiyyəti beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı öz təkliflərini verməlidir. Biz də Azərbaycan olaraq buna hazırıq. Çünki qəbul edilmiş qərarlar əgər həyatda öz əksini tapmırsa, yerinə yetirilmirsə, əlbəttə ki, bu, çox düşündürücüdür.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, hər bir səfər əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcıdır: “Prezident İlham Əliyevin Serbiyaya noyabrın 23-də reallaşan səfəri ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğu vaxta təsadüf edir. Səfərin məqsədi məhz  ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Serbiya əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Dövlət başçısı İlham Əliyevin “Belə səfərlərimiz çox olacaq. Bizim dostluğumuz da əbədi olacaq” fikirləri gələcək barədə aydın təsəvvür yaradır. Onu da qeyd edək ki, indiyədək iki ölkə arasında 44 sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış “Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında” Bəyannamə və 2018-ci ildə imzalanmış “Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı” xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə keçmiş Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının dəstəkləndiyi qeyd olunmuşdu. Bu səfər isə tarixi Zəfərimizin yaratdığı reallıqların müzakirəsi və müəyyənləşdirilən hədəflərə nail olmaq üçün birgə səylərin göstərilməsi  baxımından diqqətdə oldu.”



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ