"Laçın dəhlizi Ermənistan tərəfindən razılaşmalara zidd formada istifadə edilir" - Ceyhun Bayramov

img

Laçın dəhlizi Ermənistan tərəfindən razılaşmalara zidd formada istifadə edilir. Minalar Laçın dəhlizi vasitəsilə gətirilərək Azərbaycan ərazilərində basdırılıb.

Trend-in xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov bu gün ADA Universitetində Ağdam Beynəlxalq Konfransı çərçivəsində çıxışından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, üçtərəfli bəyanata əsasən, dəhlizin prinsipləri və istiqamətləri var.

“Dəhliz bu prinsiplərə zidd olaraq istifadə edilir. Buna son qoyulmalıdır. Bu barədə Azərbaycan tərəfi bütün lazımi addımları atacaq. Bununla bağlı həm beynəlxalq müstəvidə, həm də digər tərəfdaşlarla danışıqlarımız davam edəcək”, - deyə C.Bayramov əlavə edib.

Nazirin sözlərinə görə, Ermənistanın üçtərəfli bəyanatla bağlı destruktiv addımları qəbuledilməzdir.

Onun sözlərinə görə, Ermənistanın bu addımları post-münaqişə dövründə münasibətlərin normallaşmasına vurulan ən ciddi zərbədir.

“Üçtərəfli bəyanatın fundamental prinsipləri pozulur. Həmin prinsiplər sırasında bütün erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması öhdəliyi hələ də yerinə yetrilmir”, - deyə C.Bayramov əlavə edib.

Peşə etikası

Son xəbərlər