çərşənbə günü, 11 noyabr 2026
     

Söz-fikir azadlığından sui-istifadənin əsasları - qanunvericilik aktları, ya qeyri-peşəkarlıq...

Image


Azərbaycanda söz və məlumat azadlığı qanunla tənzimlənir. Amma söz azadlığının olması o demək deyil ki, hər fürsətdə ondan sui-istifadə edilməlidir, qayda pozuntusuna yol verilməlidir. Söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində ötən illər ərzində dövlət səviyyəsində çox böyük işlər həyata keçirilib.

İli-ildən bu sahənin daha da təkmilləşdirilməsi üçün addımlar atılır. Qanunvericilik, hüquqi aktlar bizə söz, məlumat, fikir azadlığı verir və bunlardan qədərində istifadə etməsək bu yaxşı nəticə vermir.

Dahi Nizami demişkən:

Sözün də su kimi lətafəti var,

Hər sözü az demək daha xoş olar...

Amma təəssüflər olsun ki, bir sıra hallarda dövlət qanunlarının verdiyi söz azadlığından aşırı sui-istifadə hallarını müşahidə edirik. Bir qisim insanlar anlamaq istəmirlər ki, söz azadlığından aşırı sui-istifadə etməklə cəmiyyətin informasiya təhlükəsizliyinə zərbə vurur. Heç şübhəsiz, belələri ilk növbədə dövlətin qanunlarını pozur. Bu isə əsasən o şəxslərin qeyri-peşəkarlığından irəli gəlir. Bilirik ki, son dövrlər xüsusən də sosial şəbəkə hesablarında, sosial mediada və bəzi saytlarda dövlətin informasiya siyasətinə, söz və məlumat azadlığına zidd olan addımlar sərgilənir. Qadağan olunmuş informasiyanın, video görüntülərin, dəqiqləşdirilməmiş xəbərlərin yayılması halları qarşısının alınması üçün dövlət səviyyəsində ciddi tədbirlər görülür. Bu gün bizim üçün əsas məsələlərdən biri cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunmasıdır ki, buna da hər əli qələmli töhfə verməyə çalışmalıdır.

  • Qanun söz azadlığını müdafiə edir, sui-istifadəni yox...

Qeyd etdiyimiz kimi, qanunlarımız söz və məlumat azadlığının inkişafını təmin edir və media subyektləri də bu qanunlara riayət etməlidir. “Media haqqında” Azərbaycan Respublikasının Qanunu da söz azadlığını və cəmiyyətin informasiya təhlükəsizliyini müdafiə edir, özündə əks etdirir. Yəni   “Media haqqında” Azərbaycan Respublikasının Qanununda informasiyanın hansı qaydalarda yayılması, burada hansı tələblərə riayət edilməsi aydın şəkildə göstərilib. Amma təəssüflər olsun ki, mediada informasiyanın dərc olunması zamanı bəzi hallarda Qanununun müvafiq tələblərinə, faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi qaydalarına əməl edilmədiyinin şahidi olmuşuq. Dəfələrlə Baş Prokurorluq  tərəfindən bir sıra media subyektləri və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edilib. Məlum olduğu kimi, Baş Prokurorluq media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək hər zaman  bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

  • Sosial mediada “işləyən” qeyri-peşəkarlar... 

Jurnalistikaya yad adamlar da informasiya sahəsinə can atırlar ki, müəyyən vasitələrlə ora müdaxilə edə bilsinlər. Bunlar sosial şəbəkələr vasitəsilə özlərini “xəbərçi” kimi qələmə verib neqativ addımlar atmağa cəhdlər edirlər. Canlı yayımlar açan şəxslər necə gəldi danışır, informasiya təqdim edir, bəzən şəxslərin həyatını təhlükəyə atacaq hallara yol verir. Bu problem də aktualdır.

Ekspertlər hesab edir ki, hazırda “vətəndaş jurnalistikası” deyilən bir nəsnə ortaya çıxıb və müəyyən adamlar cəmiyyətin informasiya təhlükəsizliyini ciddi şəkildə pozur və bəzən düşmənin bizim əleyhimizə yaydığı informasiyanı, videonu tirajlayırlar. Əlbəttə, bütün bunlar sosial şəbəkələrdə baş verdiyindən onun təsirinə daha çox adam düşə bilir. Qanun söz azadlığına tərəfdir, amma qanun imkan vermir ki, sosial şəbəkə istifadəçiləri, sosial media təmsilçiləri, eləcə də kütləvi informasiya vasitələri hansısa ziyanverici məlumatı yaysın, tirajlasın. Hesab edirik ki, bu yolu tutanlar bu sahəyə təsadüfən gəlib düşən və öz şəxsi maraqlarını güdən, yaxud başqasının maraqlarına xidmət edən insanlardır. Bizim qanunlarımız imkan vermir ki, kimsə milli, dini, irqi zəmində hansısa bir neqativ addım ata, müzakirə keçirə, dini-ekstremis çağırış edə, qruplaşma yaradıb xoşagəlməz davranış göstərə. Bizim qanunlarımız bu kimi hallara qarşıdır. Amma bəzən görürsən ki, sosial media üzərindən buna da cəhdlər edilir. Təbii ki, aidiyyatı dövlət qurumlarının keçirdiyi monitorinq nəticəsində bu şəxslər aşkara çıxarılır. Dövlətin müvafiq qurumları bu sahədə ayıq-sayıq dayanıb və prosesi dərindən izləyir. Qanuna zidd addım atan şəxslərə əvvəlcə müvafiq olaraq xəbərdarlıq edilir, bu hal davam edərsə həmin şəxslərə qarşı hüquqi-inzibati addımlar atılır. Heç şübhəsiz ki, bu başqalarına da dərs olmalıdır ki, söz azadlığından sui-istifadə edib uyğun olmayan informasiyalar yaymasınlar.

Bütün hallarda söz azadlığından sui-istifadə hallarının yayılmasının kökündə qanunun mükəmməl olmaması yox, məhz qeyri-peşəkarlıq dayanır. Qeyri-peşəkar yanaşma özlüyündə böyük fəlakətlərə yol açır. Başlıcası isə zərərli, milli və dövlətçilik maraqlarına zidd informasiyalarla rastlaşırıq.

Ekspertlər çox yerində deyirlər ki, söz azadlığı hüquqi dövlətin əsas təsisatlarındandır. Bəli, bu sahədə həm media, həm vətəndaşlar, həm də dövlət qurumları öz əlindən gələni etməlidir ki, söz azadlığından sui-istifadə edilməsin. Burada vacib məqamlardan biri də bu sahədə mütamadi olaraq maarifləndirici tədbirlərin keçirilməsidir. Necə ki, bir neçə gün əvvəl  Baş Prokurorluq tərəfindən Qubada “Söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi” mövzusunda işgüzar konfrans keçirilib. Bu cür konfransaların, maarifləndirici tədbirlərin keçirilməsi, daha intensiv hal alması vacibdir. MEDİA-nın da bu istiqamətdə həyata keçirdiyi işlər qeyd edilməlidir.

Bir sözlə, söz azadlığından sui-istifadənin qarşısının alınması, cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunmasına, KİV başda olmaqla, hər kəs öz töhfəsini verməlidir.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ