Ermənistan parlamentinin sədri: "KTMT gözləntilərimizi doğrultmadı”

img

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) gözləntilərimizi doğrultmadı”.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT-nin İrəvanda keçirilən sammiti ilə bağlı jurnalistlərin sualına cavabında bildirib.

“Əgər doğrultsa idi, onda bəyannaməni imzlayardıq”, - Alen Simonyan qeyd edib.

O, Ermənistanın bu təşkilatda qalıb-qalmayacağı ilə bağlı suala cavabında bildirib ki, belə bəyanat verməyiblər: “Ancaq KTMT-nin regiondan çıxmasından narahat olduğumuzu bildirmişik”.

Qeyd edək ki, noyabrın 23-də İrəvanda KTMT-nin sammiti keçirilib. Ermənistanın Baş naziri Nikol Paşinyan toplantının yekun bəyannaməsini imzalamaqdan imtina edib.

Peşə etikası

Son xəbərlər