Azad olunan ərazilərdə indiyə qədər 268 nəfər minaya düşüb, 45-i həlak olub

img

2020-ci il Vətən müharibəsinin başa çatmasından bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycan ərazilərində Ermənistan istehsalı yeni minaların aşkarlanması və davam edən mina təhdidi barədə bugünkü açıqlamasında deyilir.

Bildirilib ki, həlak olan 45 nəfərdən 35-i mülki şəxsdir.

"Qeyd edilənlər bir daha göstərir ki, Ermənistan normallaşma prosesinə və bölgədə sülhün bərqərar olması səylərinə maneçilik törədir. Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və Ermənistanın Üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərinin ciddi pozuntusudur", - deyə əlavə edilib.

Peşə etikası

Son xəbərlər